• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Naxçıvanda sahibkarlığın inkişafı barədə müzakirələr aparılıb - FOTOLAR

İqtisadiyyat / Bölgə / Ölkə

7-02-2023, 21:29

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə dövlət qurumlarının təmsilçiləri və iş adamlarından ibarət nümayəndə heyətinin Naxçıvana səfəri çərçivəsində “Naxçıvanda sahibkarlığın inkişafı: çağırışlar və perspektivlər” mövzusunda görüş keçirilib.


Görüşdə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək bildirib ki, dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlar Naxçıvanın inkişafında yeni mərhələnin başlanmasına zəmin yaradıb. Bu baxımdan, Naxçıvanda idarəetmənin təkmilləşdirilməsi, şəffaflığın artırılması, iqtisadi resurslardan səmərəli istifadə, özəl bölmənin inkişafı kimi istiqamətlər prioritetdir.

Qeyd olunan məsələlərlə bağlı dövlət qurumlarının və özəl bölmənin nümayəndələrinin birgə iştirakı ilə müzakirələrin aparılması, çətinliklərin həlli yollarının tapılması, bu istiqamətdə fəaliyyət və təşəbbüslərin dəstəklənməsi mühüm əhəmiyyət kəsb edir. Diqqətə çatdırılıb ki, sahibkarlığın genişləndirilməsi ilə bağlı qətiyyətli addımlar atılacaq, bu sahədə nöqsanların aradan qaldırılması məqsədilə səmərəli tədbirlər həyata keçiriləcək.

Görüşdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, qlobal çağırışlar fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda davamlı iqtisadi inkişaf, makroiqtisadi dayanıqlılıq təmin edilib, böyük Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub, iqtisadi potensial artıb. Ölkəmizdə biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, qanunvericilik təkmilləşdirilir, dövlət-biznes dialoqu genişlənir.

Sahibkarların maliyyə resurslarına daha rahat və sistemli çıxışının təmin olunması, vergi, sosial və digər güzəştlərin tətbiqi, investisiyaların stimullaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi və s. tədbirlər biznes fəaliyyətinin daha da genişlənməsinə münbit şərait yaradır. Məqsədyönlü dövlət proqramları çərçivəsində bölgələrimizin tarazlı inkişafının sürətləndirilməsi prioritetinə uyğun olaraq həyata keçirilən tədbirlər bütün regionlarımızı, o cümlədən, Naxçıvanı da əhatə edir.

Bu istiqamətdə dövlət başçısının tapşırığına uyğun olaraq, Naxçıvanın sosial-iqtisadi inkişaf proqramı və strateji layihələr hazırlanır. Bu layihələr çərçivəsində yeni iş yerləri yaradılacaq ki, bu da iqtisadi inkişaf zəncirinin tamamlanmasına xidmət edəcək.

Bildirilib ki, iqtisadiyyatın dayanıqlılığı və əhalinin rifah səviyyəsininin daha da yüksəldilməsi üçün Naxçıvanın zəngin resursları, dağ-mədən sənayesi, turizm, ticarət, nəqliyyat-logistika, habelə insan potensialından səmərəli istifadə olunması, biznesin müasir tələblərə uyğun gücləndirilməsi, regionun ixrac potensialının artırılması və s. tədbirlər planlaşdırılır. Bütün qeyd edilənlərlə yanaşı, Zəngəzur dəhlizinin açılması Naxçıvanı mühüm nəqliyyat qovşağına çevirəcək, Azərbaycanın beynəlxalq logistika mərkəzi kimi rolunun daha da artmasına şərait yaradacaq.

Vurğulanıb ki, Naxçıvanda sosial-iqtisadi sahədə, xüsusilə də özəl sektordakı çətinliklərin həll edilməsi əsas hədəflərdəndir. Bu sırada respublikada fəaliyyət göstərən maliyyə qurumlarının Naxçıvanda filiallarının açılması, güzəştli kredit, zəmanət və digər dəstək mexanizmlərinin tətbiq dairəsinin genişləndirilməsi, Naxçıvan sahibkarlarının güzəşt və imtiyazlardan istifadəsinə şərait yaradılması, onların KOBİA, AZPROMO və digər qurumlarla əməkdaşlığının qurulması, habelə başqa inkişaf və təkmilləşdirmə məqsədli tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə müvafiq qurumların birgə və koordinasiyalı fəaliyyətinin təşkili önəmlidir.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov Muxtar Respublika iqtisadiyyatının müxtəlif sahələrində rentabelliyin artırılması, sahibkarlıq subyektlərinin fəaliyyətinin təkmilləşdirilməsi və genişləndirilməsi, ixracyönümlü və rəqabətqabiliyyətli məhsul istehsalının, nəqliyyat-tranzit imkanlarının artırılması, qonşu ölkələrlə, xüsusilə Türkiyə ilə ticarət əlaqələrinin gücləndirilməsi qarşılıqlı faydalı layihələrin reallaşdırılması, enerji mübadiləsi, gömrük-keçid prosedurlarının sadələşdirilməsi və s. məqsədlərə nail olunması baxımından islahatların əhəmiyyətini vurğulayıb.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev Naxçıvanda iqtisadi sahədə mövcud vəziyyət, bölgənin iqtisadi potensialı, iqtisadi fəaliyyət sahələri üzrə həyata keçirilən tədbirlər və biznes mühiti barədə məlumat verib.

Görüşdə Naxçıvanda özəl sektorun qarşılaşdıqları məsələlər və qarşıda duran çağırışlarla bağlı müzakirələr aparılıb, sahibkarların təklifləri dinlənilib.
Tədbirdən sonra Naxçıvan Biznes Mərkəzinin sərgi salonuna baxış keçirilib, bir neçə istehsal müəssisəsinin fəaliyyəti ilə tanışlıq olub.


bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat / Bölgə

7-02-2023, 21:23

İN: Naxçıvanda iqtisadi sferada həyata keçirilən tədbirlər müzakirə olunub - FOTOLAR

Bölgə

8-02-2023, 20:39

Naxçıvan üzərindən elektrik enerjisinin ixracı müzakirə edilib - FOTO

İqtisadiyyat

28-09-2022, 17:54

İqtisadiyyat Nazirliyində Almaniya səfiri ilə görüş

Cəmiyyət

16-09-2022, 20:34

Şuşada növbəti beynəlxalq tədbir – Şuşa Türk Biznes Forumu keçirilib

İqtisadiyyat

28-12-2022, 14:31

Sahibkarlara mükafatlar təqdim edilib - FOTOLAR

İqtisadiyyat

3-04-2023, 21:55

Azərbaycan və Rusiya arasında regionlararası əlaqələrin inkişaf dinamikası müzakirə olunub

İqtisadiyyat

1-05-2023, 21:07

İN: Özbəkistanla iqtisadi əməkdaşlıq genişlənir - FOTO

İqtisadiyyat

17-05-2023, 20:54

Moldovanın Baş nazirinin müavini, iqtisadi inkişaf və rəqəmsallaşma naziri ilə görüş keçirilib - FOTO

Siyasət

3-02-2023, 19:30

AİİB-lə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

İqtisadiyyat

17-09-2022, 19:08

Azərbaycan və Türkiyə biznes dairələri arasında əməkdaşlığın inkişafı müzakirə edilib

İdman

22-07-2022, 15:44

Rəşad Nəbiyev Naxçıvan Güləş Federasiyasına bir dəst tatami hədiyyə edib

İqtisadiyyat

13-04-2023, 15:07

Azərbaycan nümayəndə heyəti Bosniya və Herseqovinaya səfər edib - FOTO

Araşdırma
Şəhid anası imtahandan kəsildi, imtiyazsız namizəd imtahansız işə götürüldü – Quba-Xaçmaz RTİ-də qəribə kadr seçimi
Şəhid bacısı kənarda, “razılaşan” işdə: Quba-Xaçmaz RTİ-də qəribə prioritet oyunu Şəhid bacısı aldadıldımı?
Quba-Xaçmaz Regional Təhsil İdarəsində qanunsuz təyinatlar və səlahiyyət aşımı iddiaları
Quba-Xaçmaz Regional Təhsil İdarəsində direktor rotasiyası: qaydalar kağız üzərində, reallıq isə başqa | FOTOfakt
Mürkür məktəbində uşaqlara təzyiq iddiası: Uşaq Birliyi rəhbəri şagirdləri polis hədəsi ilə susdurur?
Quba-Xaçmaz Regional Təhsil İdarəsində “imtahansız rəhbərlik” modeli – keçə bilməyənlər necə rəhbər olur?
Hadisə
Dünən, 10:14
Qubada ailənin 8 üzvünün zəhərlənmə iddiası ilə bağlı araşdırma başlayıb
8-02-2026, 11:00
Narkotik çəkib maşın sürürdü - Həbs edildi
7-02-2026, 15:57
Şəmkirdə 68 yaşlı qadının qəsdən öldürüldüyü məlum olub - BİRGƏ MƏLUMAT
7-02-2026, 11:26
Ötən gün ölkədə ərazisində 7 avtomat silahı, 17 tüfəng aşkar edilib
6-02-2026, 12:42
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş - Foto
6-02-2026, 10:41
Bakıda liseydə şagird müəllimini güllələyib
Xəbər lenti
  • Bu gün, 09:48
    ADSEA növbəti dəyişiklik astanasında: Orxan İmanlı xidmət rəhbəri vəzifəsinə gətirilir
  • Bu gün, 09:30
    Premyer Liqa: "Şamaxı" "Qarabağ"ı, "Neftçi" "Qəbələ"ni qəbul edir
  • Bu gün, 09:19
    Saleh Məmmədova Kür sahilində villa tikən sevimli kadrı Arif Abbasovda yola salınacaqmı?
  • Bu gün, 09:06
    BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı sürücüləri diqqətli olmağa çağırıb
  • Bu gün, 01:04
    Şəhid anası imtahandan kəsildi, imtiyazsız namizəd imtahansız işə götürüldü – Quba-Xaçmaz RTİ-də qəribə kadr seçimi
  • Dünən, 17:14
    Elxan İbrahimovun yerinə Tahir Budaqov gətirildi
  • Dünən, 17:05
    Aytən Səfərova: “İnzibati Xətalar Məcəlləsində avaralıq maddəsi var”
  • Dünən, 16:49
    Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il uzadılıb
  • Dünən, 16:43
    "Halal Nemət 1000 Bərəkət"in sosiskasından tük çıxdı - VİDEO-FOTO
  • Dünən, 16:29
    Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Cey Di Vensə açıq məktub ünvanlayıblar
  • Dünən, 16:23
    Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
  • Dünən, 16:12
    Naxçıvan MR Baş naziri kollektivə təqdim edilib
  • Dünən, 16:00
    İmişlidə qalmaqallı məktəb direktorunu deputat niyə müdafiə edir? – Qohumluq əlaqəsi
  • Dünən, 15:52
    Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik edib
  • Dünən, 15:41
    Yol Polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
  • Dünən, 15:40
    Köhnə istehsal, yeni qiymət – ‘Azərsun Holdinq’in konserv məhsulları və suallar…
  • Dünən, 15:16
    Şamaxıda böyük qalmaqal: Şər-böhtan iddiaları, dövlət vəsaitinin “duzlu qum” adı ilə silinməsi — Nazim Eynallı Vüsal Nəsirli ilə üz-üzə
  • Dünən, 15:03
    DİN inspektor vəzifələrinə qadınların xidmətə qəbulu ilə bağlı müsabiqə elan edib
  • Dünən, 14:43
    Prezidentdən Cabbar Musayevlə bağlı - Sərəncam
  • Dünən, 14:37
    Saleh Məmmədova Kür sahilində villa tikən sevimli kadrı da yola salınacaqmı?
  • Dünən, 13:23
    “Bu, dilimizin gələcəyi üçün yol xəritəsidir” – MÜHÜM AÇIQLAMA
  • Dünən, 13:21
    Sabah Bakıya və rayonlara qar yağacaq - PROQNOZ
  • Dünən, 13:06
    DTX bu şəxsləri axtarır
  • Dünən, 12:56
    Bu məlumatları yayan media subyektləri məsuliyyət daşıyacaq
  • Dünən, 12:48
    Vensin Ermənistana səfər proqramı açıqlandı
  • Dünən, 12:33
    Azərbaycan MN rəhbərliyi Ər-Riyadda "World Defense Show" sərgisində iştirak edib
  • Dünən, 11:59
    KİV: Türkiyə–Ermənistan sərhədində “Alican” keçid məntəqəsinin bərpası yekunlaşır
  • Dünən, 11:54
    "O yekəqarının kiçik bir möhürü var, onu vurmasa, mal buraxılmayacaq"
  • Dünən, 11:40
    Naxçıvan Muxtar Respublikasına yeni Baş nazir təyin olunub
  • Dünən, 11:31
    İki bacı, iki yeznə, əmioğlu, xalaoğlu: Hamısını vəzifəyə təyin edib
  • Dünən, 10:58
    Milli Xalça Muzeyində macar qloben ustasının fərdi sərgisi olacaq
  • Dünən, 10:50
    Neft avtomatlaşdırmasından aqrar siyasətə – bu karyera doğrudanmı məntiqlidir?
  • Dünən, 10:37
    Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
  • Dünən, 10:31
    Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... FOTO
  • Dünən, 10:14
    Qubada ailənin 8 üzvünün zəhərlənmə iddiası ilə bağlı araşdırma başlayıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə