• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Azərbaycan nümayəndə heyəti Bosniya və Herseqovinaya səfər edib - FOTO

İqtisadiyyat

13-04-2023, 15:07

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Bosniya və Herseqovinaya səfəri çərçivəsində iqtisadi əməkdaşlığın inkişafı perspektivlərinin reallaşdırılması məsələləri müzakirə edilib.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Bosniya və Herseqovinaya səfər edib.

Bosniya və Herseqovinanın Nazirlər Şurasının sədri xanım Boryana Krişto ilə görüşən Mikayıl Cabbarov Azərbaycanın bu ölkə ilə əlaqələrə önəm verdiyini, iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi üçün böyük potensial olduğunu vurğulayıb. Ölkəmizdə investisiya fəaliyyətinin təşviq edilməsi ilə bağlı görülən işlər, xarici investisiyalar üçün yaradılmış əlverişli mühit diqqətə çatdırılıb, Bosniya və Herseqovina şirkətləri fəal əməkdaşlığa dəvət olunub.


Boryana Krişto Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulayaraq, Bosniya və Herseqovinada baş vermiş daşqınlar zamanı ölkəmizin göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini, qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edib. Söhbət zamanı Bosniya və Herseqovina şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağı ifadə olunub. 

Bosniya və Herseqovinanın xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşaraçla görüşdə qarşılıqlı sərmayələrin və biznes dairələri arasında birbaşa təmasların artırılması barədə fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, ölkələrimiz arasında investisiya, nəqliyyat-logistika, ticarət, sənaye, kənd təsərrüfatı, turizm, əczaçılıq və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün imkanlar var. Nazir Mikayıl Cabbarov Azərbaycanda sahibkarlığın stimullaşdırılması və rəqabət qabiliyyətinin artırılması üçün görülən işlər, kiçik və orta biznesə dəstək mexanizmləri və digər tədbirlər nəticəsində qeyri-neft ixracında əldə olunmuş uğurları diqqətə çatdırıb, ixrac coğrafiyasının genişləndirilməsi baxımından Bosniya və Herseqovina bazarının Azərbaycan sahibkarları üçün cəlbedici və yeni imkanlar açdığını vurğulayıb. Staşa Koşaraç ikitərəfli iqtisadi münasibətlərin gücləndirilməsi perspektivləri, investisiyaların təşviqi, qeyri-neft sektorunda qarşılıqlı təcrübə mübadiləsi barədə fikirlərini bölüşüb.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Bosniya və Herseqovina Federasiyasının Baş naziri Fadil Novaliç ilə görüşündə ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişaf perspektivləri müzakirə edilib. İşğaldan azad olunmuş ərazilərimizin inkişafı, Qarabağ regionunda icra edilən infrastruktur layihələri, bərpa-quruculuq işləri, həmçinin bu ərazilərin investisiya potensialı və zəngin təbii ehtiyatları, sərmayədarlar üçün yaradılmış əlverişli investisiya mühiti, güzəştlər və sektoral imkanlar barədə məlumat verilib.

Fadil Novaliç ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, Bosniya və Herseqovina Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji layihələrini Avropanın enerji təhlükəsizliyinin təmin olunması baxımından yüksək qiymətləndirir. Söhbət zamanı Bosniya və Herseqovinanın iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlı olduğu diqqətə çatdırılıb.

Bosniya və Herseqovinanın Serb Respublikasından olan nümayəndə heyəti ilə keçirilən görüşdə Azərbaycanla iqtisadi münasibətlərin prioritet istiqamətləri, investisiyaların və ticarət əlaqələrinin təşviqi sahəsində perspektivlər barədə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Bosniya və Herseqovinanın Xarici Ticarət Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan Respublikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarov və Bosniya və Herseqovina Xarici Ticarət Palatasının Prezidenti Zdravko Marinkoviç imzalayıblar. Sənəd iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün əlavə imkanlar yaradacaq.




Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat / Ölkə

10-10-2022, 22:20

Moldova ilə iqtisadi tərəfdaşlığın genişləndirilməsi müzakirə edilib

İqtisadiyyat

7-09-2022, 18:23

Bolqarıstanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

İqtisadiyyat

24-02-2023, 18:34

Özbəkistanla iqtisadi əməkdaşlığın gücləndirilməsi məqsədilə həyata keçirilən işlər müzakirə olunub - FOTO

İqtisadiyyat

30-03-2023, 22:02

Azərbaycan nümayəndə heyəti İspaniya Parlamentinin Deputatlar Konqresində müzakirələr aparıb

İqtisadiyyat

20-02-2023, 20:28

İqtisadiyyat naziri Dağıstan Respublikası Hökumətinin sədri ilə görüşüb

İqtisadiyyat

3-02-2023, 20:23

Mikayıl Cabbarov İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri ilə görüşüb

İqtisadiyyat

25-01-2023, 21:31

Macarıstanla yeni biznes təşəbbüslərinin reallaşdırılması üçün geniş imkanlar var - FOTO

İqtisadiyyat

3-04-2023, 21:55

Azərbaycan və Rusiya arasında regionlararası əlaqələrin inkişaf dinamikası müzakirə olunub

Siyasət

25-08-2022, 16:48

Prezident Bosniya və Herseqovinanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

İqtisadiyyat

2-08-2022, 16:58

Özbəkistanla yeni birgə layihələr tərəfdaşlığımızı gücləndirəcək

Araşdırma
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Hadisə
24-10-2026, 11:49
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
22-10-2026, 17:42
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
21-10-2026, 09:57
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
19-10-2026, 19:00
Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib
19-10-2026, 12:27
Xəzər dənizində zəlzələ olub
19-10-2026, 09:45
Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
Xəbər lenti
  • Bu gün, 21:44
    Lənkəranda gənc yazar Aynur İsmayılın “Təsadüfmü, zərurətmi?” kitabının təqdimatı keçirilib
  • Bu gün, 19:01
    Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
  • Bu gün, 18:45
    Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
  • Bu gün, 18:28
    Yaşıllaşdırma birliyi ağacları məhv edir? – Növbəti nöqsan
  • Bu gün, 18:06
    Əhalinin siyahıyaalınması üzrə qrupun işçilərinin aylıq vəzifə maaşları təsdiqlənib
  • Bu gün, 17:55
    Cəlilabadda məktəbin acınacaqlı vəziyyəti - "Uşaqlar yeriməyə qorxur" - Video
  • Bu gün, 17:08
    Zelenski: ABŞ-nin Ukraynaya hava hücumundan müdafiə sistemləri verməsi yubanır
  • Bu gün, 16:52
    Elçin Yusubov baş məsləhətçiyə 80 minlik xidməti avtomobil verib - TƏFƏRRÜAT
  • Bu gün, 16:14
    Bahar Muradova Salyanda vətəndaş qəbulu keçirəcək
  • Bu gün, 15:52
    YAP-ın Balakən təşkilatının eks sədri həbs edildi - BUNA GÖRƏ...
  • Bu gün, 15:33
    Bakıda "Sülhün dili və dezinformasiyaya qarşı mübarizə" mövzusunda xüsusi sessiya keçirilir
  • Bu gün, 15:02
    İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
  • Bu gün, 14:45
    Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?
  • Bu gün, 14:25
    Bakıda sabah 21 dərəcə isti olacaq
  • Bu gün, 13:11
    Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib
  • Bu gün, 13:05
    Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
  • Bu gün, 12:52
    Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib
  • Bu gün, 12:39
    Nizami rayonundakı Park Bulvarın aldığı təsərrüfat mallarından Coşqun Cəbrayılovun payı nə qədərdir
  • Bu gün, 12:19
    Niderlandın xarici işlər naziri Azərbaycandan sonra Ermənistana səfər edəcək
  • Bu gün, 12:11
    Az qala hər il rəhbər dəyişdirən xəstəxana dövlətə MİLYONLAR BORCLUDUR... - İLGİNC FAKT
  • Bu gün, 11:49
    İlham Əliyev Avstriya Prezidentini təbrik edib
  • Bu gün, 11:38
    Mandatından İMTİNA EDİR? - GƏLİŞMƏ
  • Bu gün, 11:04
    Rusiya Dəmir Yolları: Ukrayna Anapa-Moskva qatarına dron zərbəsi endirib
  • Bu gün, 10:47
    Mikayıl Cabbarovun sevimli kadrı HƏBS OLUNA BİLƏR - İDDİA
  • Bu gün, 10:22
    Yeni Ramana küçəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq
  • Bu gün, 09:54
    Bərdədə bir vaxtlar Statistika idarəsi deyilən bir idarə var idi
  • Bu gün, 09:25
    Binəqədi və Qaradağ rayonlarının bir hissəsində qaz olmayacaq
  • Bu gün, 09:17
    "Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
  • Bu gün, 08:47
    Həftənin ilk günü paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
  • Dünən, 17:00
    Almaniya "İstəklilər koalisiyası"nın ilk hərbi təlimlərində iştirak edəcək
  • Dünən, 16:00
    Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
  • Dünən, 15:30
    Səudiyyə Ərəbistanı husilərin atdığı 10 ballistik raketi məhv edib
  • Dünən, 15:00
    Bakıda yağış yağacaq, şimşək çaxacaq
  • Dünən, 13:00
    Bakıda "Turandot" tamaşasının premyerası baş tutub
  • Dünən, 12:30
    ABŞ-də baş verən atışmada 12 nəfər yaralanıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə