Sizin reklam burada 728×90
Son dəqiqə

Ucarda narkotik “plantasiyası” aşkarlandı: 140 kol müsadirə edildi

21.09.2026 09:49 133 1 dəq oxunur
Ucarda narkotik “plantasiyası” aşkarlandı: 140 kol müsadirə edildi
Ucar rayonunda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Keçirilən tədbirlər zamanı əvvəllər dəfələrlə məhkum olunmuş 61 yaşlı Telman Hüseynovun yaşadığı ünvana baxış keçirilib.

Baxış zamanı evin həyətində xüsusi qulluq göstərilməklə yetişdirildiyi bildirilən 140 ədəd narkotik tərkibli kol aşkarlanıb. Həmçinin evdən narkotik vasitələrin də götürüldüyü qeyd olunur.

Beləliklə, yaşayış evinin həyətinin narkotik tərkibli bitkilərin yetişdirildiyi sahəyə çevrildiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az