Sizin reklam burada 728×90
Son dəqiqə

Zaqatalada axtarışda olan şəxsdən tiryək götürülüb

22.11.2022 11:31 601 1 dəq oxunur
Zaqatalada axtarışda olan şəxsdən tiryək götürülüb
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutularaq istintaqa cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bakunews.az-ya verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən rayon sakini, əvvəllər də narkotik və oğurluq cinayətləri törətdiyi üçün məhkum olunmu Eldar Xasayev saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan külli miqdarda tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, E.Xasayev bir müddət əvvəl Bakı şəhərində törətdiyi cinayətə görə axtarışda olub.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az