Sizin reklam burada 728×90
Son dəqiqə

Zaqatala sakininin yaşadığı evdən heroin və tiryək aşkarlanıb - FOTO/VİDEO

10.03.2023 01:08 467 1 dəq oxunur
Zaqatala sakininin yaşadığı evdən heroin və tiryək aşkarlanıb - FOTO/VİDEO
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bakunews.az-ya verilən məlumata görə, keçirilən tədbir zamanı şəhər sakini, əvvəllər məhkum olunmuş Zeynal Barabaşov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilərkən 90 qrama yaxın heroin və külli miqdarda tiryək aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, Z.Barabaşovun digər hüquqazidd əməllərdə iştirakının olub-olmaması araşdırılır.


Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az