Sizin reklam burada 728×90
Son dəqiqə

Şirvanda avtoxuliqanlıq edən şəxslər saxlanılıblar -

25.07.2023 10:27 317 1 dəq oxunur
Şirvanda avtoxuliqanlıq edən şəxslər saxlanılıblar -
Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində hərəkətdə olan “Xəzər” markalı avtomobillə yol hərəkəti qaydalarını pozan, “VAZ-21074” markalı avtomobillə isə avtoxuliqanlıq hərəkətləri edən sürücülər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən hər iki sürücü - Cavid Əsgərzadə və İsmayıl Məcidov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və hüquqi qiymət verilməsi üçün Şirvan Şəhər məhkəməsinə göndərilib. Məhkəmənin qərarları onlar 25 sutka inzibati qaydada həbs ediliblər.



Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az