Sizin reklam burada 728×90
Son dəqiqə

"YouTube"dakı videoların 20%-dən çoxu süni intellektlə yaradılan keyfiyyətsiz kontentdir - ARAŞDIRMA

29.12.2025 09:00 564 1 dəq oxunur
"YouTube"dakı videoların 20%-dən çoxu süni intellektlə yaradılan keyfiyyətsiz kontentdir - ARAŞDIRMA
"YouTube"un yeni istifadəçilərə tövsiyə etdiyi videoların 20 faizindən çoxu süni intellekt vasitəsilə yaradılmış aşağıkeyfiyyətli kontentdir.

Oxu.Az bildirir ki, bu barədə "The Guardian" nəşri "Kapwing" şirkətinin araşdırmasına istinadən xəbər verib.

Nəşrin məlumatına görə, bu cür süni intellekt məzmunu sosial şəbəkələrdə sürətlə yayılır və müəlliflərinə ildə təxminən 117 milyon dollar gəlir gətirir. "Kapwing" şirkətinin apardığı tədqiqat çərçivəsində "YouTube"un 15 min ən populyar kanalı (hər ölkə üzrə top-100 kanal) təhlil edilib və tamamilə süni intellekt məzmunundan ibarət olan 278 kanal aşkarlanıb.

Bu kanallar ümumilikdə 63 milyarddan çox baxış toplayıb və 221 milyon abunəçi cəlb edib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az