Sizin reklam burada 728×90
Son dəqiqə

Smartfonun “RAM”ını necə artırmaq olar?

03.09.2022 17:29 745 1 dəq oxunur
Smartfonun “RAM”ını necə artırmaq olar?
Telefonunuz tez-tez donursa, nə etməlisiniz?


Telefonun "RAM"ını hər hansısa kənar proqram olmadanda artırmaq mümkündür.

bakunews.az trend-ə istinadən məlumatı təqdim edir:

Öncə "Xiaomi" telefonlarında bunu yoxlayaq.

1. "Ayarlar"ı açın və aşağıya bir qədər sürüşdürün.

2. Ekranda "Əlavə Tənzimləmələr" xanasını seçin.

3. İndi "Yaddaş uzantısı" xanasını seçin.

4. Telefonunuzu yenidən başladın.

5. Telefonunuzun yaddaşı seçdiyiniz "RAM"dan daha çox olmalıdır.

Diqqətinizə çatdırmaq istərdik ki, bu özəllik yeni telefonlara aiddir.

İndi "Samsung" markalı telefonlarda bunu yoxlayaq.

1. "Parametrlər"i açın və aşağıya bir qədər sürüşdürün.

2. Ekranda "Batareya və cihaza qulluq" xanasını seçin.

3. İndi "RAM" xanasını seçin.

4. Daha sonra "RAM Plus" xanasına daxil olun.

5. "RAM Plus" xanasına növbəti dəfə toxunun və telefonunuzun müəyyən etdiyi "RAM"ı seçin.

6. Telefonunuzu yenidən başladın.

7. Telefonun yaddaşı seçdiyiniz "RAM"dan daha çox olmalıdır.

Bu özəllik yeni telefonlara aiddir.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az