• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Böyük Zəfərə aparan yolun 5 ili FOTOLAR

Mədəniyyət

26-09-2025, 16:08

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir AMEA Azad Həmkarlar İttifaqının və Mərkəzi Elmi Kitabxananın birgə təşkilatçılığı, alimlər, Vətən müharibəsinin qaziləri, şəhid ailəsi üzvlərinin iştirakı ilə baş tutub.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli artıq Vətən müharibəsində qələbəmizin 5 illiyinin qeyd olunduğunu, tariximiz, dövlətçiliyimiz üçün böyük əhəmiyyətə malik Vətən müharibəsi, Qarabağ savaşı xalqımızın, müstəqil Azərbaycan dövlətinin tarixində ən böyük, şanlı və şərəfli səhifələrdən birini təşkil etdiyini vurğulayıb. "Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz 30 il işğal altında qalmış qədim Azərbaycan torpaqlarını azad etdi. Bu, tarix boyu qazandığımız ən böyük qələbə və nəhəng tarixi hadisədir. Cənab İlham Əliyevin müharibə günlərində dünyanın ən müxtəlif televiziyalarına verdiyi 30-dan çox müsahibə sözün əsl mənasında həm müharibənin ideologiyasını təşkil etdi, həm də müharibədə xalqımızın birliyi və həmrəyliyinin təmin olunmasına, səfərbərliyinə əsl çağırışlar kimi səslənərək ideoloji cəbhədə də qalibiyyətimizi təmin etdi" - deyə akademik İsa Həbibbəyli qeyd edib.

AMEA rəhbəri çıxışında Azərbaycanın dünyada 44 gün ərzində özünün taleyini, mübarizəsini, ideallarını həll etməyi bacaran bir ölkə kimi böyük nüfuz əldə etdiyini, Azərbaycan xalqının qalib xalq, Azərbaycan Ordusunun qalib ordu, Müzəffər Ali Baş Komandanımızın isə qalib lider statusu qazandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. AMEA rəhbəri vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı mükəmməl bünövrə və Azərbaycan Prezidenti İlham Əliyevin qüdrətli sərkərdəlik məharəti, xalqımızın, ordumuzun birliyi bizim qalib xalq statusu qazanmağımızın əsl səbəbidir.

"2023-cü ilin sentyabrında bir günlük antiterror tədbirləri ilə xalqımızın əbədi və əzəli torpaqlarından erməni separatçılarının çıxarılması başa çatdı və ölkəmizin suverenliyi tam təmin olundu. Təsadüfi deyildir ki, cənab Prezident 2025-ci ili "Konstitusiya və Suverenlik İli" elan etdi. Ölkəmizdə keçirilən dünyamiqyaslı tədbirlər Azərbaycanı tək qalib ölkə kimi yox, həm də suveren, müstəqil dövlət kimi tanıtdı. Dünyanın digər ölkələrində baş verən və sonu hələ də görünməyən müharibələrə nəzər salsaq, Qarabağda Azərbaycan Prezidentinin Dəmir yumruğu ilə qazanılan qələbənin nə demək olduğunu bu müqayisədə aydın şəkildə görə bilərik. Bu gün Azərbaycan Prezidentinin BMT-nin iclas zalında böyük dövlətlərin rəhbərləri ilə görüşləri, danışıqları göstərir ki, ölkəmizə hansı səviyyədə ehtiram göstərilir. Vaşinqtonda 8 avqustda imzalanmış sənədlər, sülh müqaviləsinin paraflanması Prezident İlham Əliyevin 2020-ci ildə başladığı işi sülh müqaviləsi ilə başa çatdırmaq əzmində olduğunu göstərdi. Azərbaycan xalqı inanır ki, Prezident İlham Əliyevin müdrik siyasəti ilə, böyük iradəsi ilə tezliklə sülh müqaviləsi imzalanacaq və Zəngəzur dəhlizi açılacaq, ölkəmiz tranzit ölkə kimi yeni iqtisadi imkanlar, dostlar, tərəfdaşlar qazana biləcəkdir".

Akademik İsa Həbibbəyli bildirib ki, şəhidlərin qanıyla qazandığımız torpaqları qorumaq hamımızın borcudur.

Şəhid kapitan Nurlan Mustafayevin anası Rahilə Ramazanova çıxış edərək, Vətən qarşısında ana borcunu yerinə yetirdiyini qürurla vurğulayıb. Bildirib ki, müharibənin ağır nəticələri gözlənilsə də, işğal altındakı torpaqların, eləcə də qürur və ləyaqətin qaytarılması qaçılmaz idi.

Vətən müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidovun həyat yoldaşı Könül Həmidova əzizini itirməyin acısı ilə qüruru birgə yaşadığını bildirərək tədbirin təşkilatçılarına təşəkkürünü ifadə edib.

Tədbirdə, həmçinin şəhid kapitan Həmidağa Hüseynzadənin atası Bağı Həmidzadə və şəhid Rauf İbadovun atası Məhərrəm İbadov çıxış ediblər. Onlar bildiriblər ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında yetişən zabit və əsgərlər şərəfli missiyanı layiqincə yerinə yetirərək valideynlərini fəxarətli ediblər.

AMEA Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov çıxışında 44 günlük Vətən müharibəsində əldə edilən Qələbənin xalqımızın birlik və qəhrəmanlığının göstəricisi olduğunu diqqətə çatdırıb. O, şəhidlərimizin əziz xatirəsinin daim ehtiramla yad ediləcəyini vurğulayaraq gənc nəslə bu Qələbənin fəlsəfəsini ötürməyin vacibliyindən danışıb. Bildirib ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında şəhid və qazilərin şücaətlərinin əbədiləşdirilməsi istiqamətində onlarla tədbir keçirilib. Akademiyada da şəhid ailə üzvləri, o cümlədən qazi əməkdaşları olduğunu diqqətə çatdıran S.Həsənov Vətənə layiqli oğullar yetişdirdikləri üçün şəhid və Vətən Müharibəsi iştirakçılarının ailələrinə minnətdarlığını bildirib.

Sonda çıxış edən MEK-in Qarabağ müharibəsi fondunun müdiri, şəhid polkovnik Babək Səmidlinin bacısı Röksanə Səfərzadə Mərkəzi Elmi Kitabxanada şəhidlərin xatirəsinin əbədiləşdirilməsində mühüm işlərin görüldüyünü, bu mövzuda yazılmış yeni nəşrlərin, elmi işlərin, məlumatların toplanıldığını bildirib.











Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm

7-08-2022, 21:00

Şəhid zabit Məhəmməd Şəbiyevin anım mərasimi keçirilib

Cəmiyyət

8-03-2025, 18:11

AMEA-da 27 mart - “Elm Günü”nə həsr olunmuş tədbir keçiriləcək

Cəmiyyət

26-09-2025, 15:44

Daxili İşlər Nazirliyində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib

Cəmiyyət

8-03-2025, 15:12

AMEA-da görkəmli şəxslərin adına fəxri diplom təsis olunub

Siyasət

23-04-2024, 11:26

AMEA-nın bir sıra elmi müəssisələrinin YAP ərazi partiya təşkilatlarının sədri vəzifəsinə seçkilər keçirilib FOTOLAR

Cəmiyyət

6-11-2023, 17:58

44 günlük zəfər səlnaməsi

Cəmiyyət

6-05-2024, 12:37

“Ölməyən şəhid ömrü” kitabının təqdimat mərasimi keçirildi FOTOLAR

Cəmiyyət

25-09-2025, 13:48

Türkiyə Müdafiə Nazirliyi İkinci Qarabağ müharibəsi şəhidlərini yad edib

Mədəniyyət

7-11-2023, 02:15

MEK-də 8 Noyabr - Zəfər Günü münasibətilə sərgi təşkil edilib

Ölkə

7-04-2024, 01:19

"Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə" adlı elmi seminar keçirilib FOTOLAR

Ölkə

28-09-2023, 04:18

MEK-də şəhidlərin əziz xatirəsi yad edilib FOTO

Ölkə

29-11-2023, 00:02

AMEA-da “Multikultural cəmiyyətdə kitabxanaların rolu” mövzusunda I beynəlxalq elmi konfrans işə başlayıb

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Dünən, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
Xəbər lenti
  • Bu gün, 15:25
    “Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi - Kosmetoloq qanunsuz işləyib
  • Bu gün, 15:03
    Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir"
  • Bu gün, 13:50
    Ukrayna ordusu Rusiyada iki neft emalı zavodunu vurub
  • Bu gün, 13:22
    “İyundan yanan transformator hələ də düzəlməyib” - Məktəbdə nə işıq var, nə su...
  • Bu gün, 12:58
    İlham Əliyev: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
  • Bu gün, 12:40
    “İdeal Kredit” və vəzifəli şəxsi ümumilikdə 56 min manat cərimələnib - TƏFƏRRÜAT
  • Bu gün, 12:31
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Bu gün, 12:26
    Mərkəzi Klinikada qalmaqal: Şöbə müdiri infrakt keçirən qadının oğlunu təhqir etdi -İTTİHAM VAR...
  • Bu gün, 12:00
    Milli Məclisdə tullantıların idarə olunması ilə bağlı dinləmə keçiriləcək
  • Bu gün, 11:04
    Ceyhun Cəlilovdan ƏCAİB TƏDARÜK... - BU NƏDİ BELƏ?
  • Bu gün, 10:58
    Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib
  • Bu gün, 10:52
    “Bakı 4 №-li Yol İstismarı” MMC-dən şikayət - “Pulumuzu verməyən adama Vüsal Nəsirli tərəfindən yüksək vəzifə verildi”
  • Bu gün, 10:41
    Azərbaycan XİN Malini təbrik edib
  • Bu gün, 10:34
    “Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı: Gözlənilməz hökm - TƏFƏRRÜAT
  • Bu gün, 10:15
    Azərbaycan neftinin qiyməti 117 dollardan aşağı düşüb
  • Bu gün, 09:36
    Tehrandan Vaşinqtona sərt mesaj
  • Bu gün, 08:47
    Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • Dünən, 22:09
    Sumqayıtlı məktəbli Rza Həmidov SASMO 2026-da qızıl medal qazandı
  • Dünən, 21:57
    Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
  • Dünən, 19:40
    Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?
  • Dünən, 19:24
    Xəzər dənizində zəlzələ olub
  • Dünən, 19:15
    Ağstafada 490 minlik “abadlıq”: söküntü və qazıntı var, konkret ünvan isə göstərilmir
  • Dünən, 18:42
    Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
  • Dünən, 17:43
    Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH
  • Dünən, 14:57
    Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?
  • Dünən, 14:32
    "Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar
  • Dünən, 13:50
    44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
  • Dünən, 13:34
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Dünən, 13:23
    21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
  • Dünən, 13:15
    Məktəblər açıldı, təmir isə hələ bitmədi - uşaqlar məktəbə hansı yoldan gedir?
  • Dünən, 13:05
    Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
  • Dünən, 12:40
    Restoranda mühafizəçi işləyən kişinin meyiti tapıldı
  • Dünən, 12:27
    Pensiyalar sabah tam ödəniləcək
  • Dünən, 12:22
    44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
  • Dünən, 11:53
    İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə