• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Alim Qasımov: "Həyatım plan üzərində qurulmayıb, hər şey bədahətən baş verir"

Mədəniyyət

14-08-2022, 11:35

Ailəmiz beş nəfərdən ibarətdir. Amma Xalq artisti, görkəmli muğam ustadı Alim Qasımov avazına qulaq asdığım anda məndən ailəmizin neçə nəfərdən ibarət olduğunu soruşsalar, şübhəsiz, altı olduğunu deyərəm. Alim avazı, bəli, o avaz ki, evimizin bir parçası, ruhumuzun isə ən ali zirvəsidir.

Yaxşı yadımdadır, illər öncə Alim Qasımovun sazı bizə hədiyyə olunanda atam onu alıb ehmalca evimizin ən yüksək hesab etdiyimiz nöqtəsinə, "Qurani-Kərim"in yanına qoymuşdu. Uşaq olsam da, elə o andaca Alim sənətinin - muğamın müqəddəsliyinin fərqinə varmışdım.

Bu gün Alim Qasımovun doğum günüdür. Tez-tez tarix və şəxsiyyət məfhumlarından danışırlar. Elə doğum günündə bunu özümə borc bilərək demək istəyirəm ki, Alim tanrının və tarixin bizə bəxş etdiyi ən əziz şəxsiyyətlərdəndir. O, illərdir evimizin ən əziz parçası və ən hörmətli qonağıdır. Bu dəfə isə biz müqəddəs avazın sahibi ilə həmsöhbətik.

Bu gün 65 yaşı tamam olan Xalq artisti, səsi və sənəti ilə hər kəsin sevimlisinə çevrilən sənətkar Alim Qasımovun "Report" a müsahibəsini təqdim edirik:

- Alim Qasımovun həyatından kitab yazılsaydı, həmin ömür kitabının adı nə olardı?

- Hər işim düzələcək - mən öləndən sonra olardı (gülümsəyir).

- Niyə söhbətimizə ölümdən danışmaqla başladınız?

- Ona görə ki, qızım, məni tanıyanlar bilir. Yəqin ki, yazını oxuyanlar da nə demək istədiyimi başa düşəcək.


- 30 il sonra Şuşada, Cıdır düzündə qızınız Fərqanə xanımla “Xarıbülbül” festivalında ifa etdiniz. Hansı hissləri keçirdiniz?

- 30 il sonra Şuşada ifa etmək hər şeydən öncə olduqca məsuliyyətli idi. “Xarıbülbül” festivalında iştirak edəndə böyük qürur və sevinc hissi yaşadım. Cıdır düzündə elə əlvan, müqəddəs bir yerdə ifa etmək, doğrudan da insanı çox qürurlandırır. Orada kövrəlməmək, o gözəlliklərə heyran olmamaq mümkün deyil. Elə o zaman o gözəlliklərə baxıb söylədim ki, Cıdır düzü əlvandır, Qarabağ Azərbaycandır!

- Müsahibələrinizin birində gücünüz çatdığı qədər tamahınızla mübarizə apardığınızı bildirmisiniz. Sizcə, günümüzdə tamahı ilə baş edə bilməyənlər çoxdur?

- Bəli, hər zaman tamahımla mübarizə aparmağa çalışmışam. Bu, indi də belədir. Nə deyim, vallah, mən öz üzərimə düşəni etməyə çalışıram. Amma bəli, tamahı ilə mübarizə aparanlar da var, aparmayanlar da.

- “Xatirədir” mahnınız ən çox sevilən ifalarınızdandır. Dinləyicilər sanki bu üsulla öz xatirələrini tərpədirlər. Alim Qasımovun yaddaşında hansı xoş, yaxud kədərli xatirələr var?

- Həyatım başdan sonacan bir xatirədir. Konsertlərim, konsertdə iştirak edənlərin üzündəki təbəssüm, sonda bütün zalın necə ürəkdən alqışlamasını görmək elə mənim ən xoş xatirələrimdəndir. "Xatirədir" mahnısından söz açmışkən, mən onu təqdim etdikdən, insanların reaksiyasını gördükdən sonra oturub mahnıya bir dinləyici kimi yenidən qulaq asdım. Ondan sonra "Xatirədir”in fəlsəfəsini anladım. Ona qədər mən də anlamamışdım.

-Sizin kimi yerdə bardaş qurub, ifa edənlər yoxdur. Necə oldu ki, bu formada ifa etməyə başladınız?

- Bardaş qurub ifa etmək planımız yox idi. Ümumiyyətlə, həyatım plan üzərində qurulmayıb. Hər şey bədahətən baş verib. Bir dəfə bizi Belçikaya konsertə dəvət etmişdilər. Məşq zamanı gördüm ki, səhnəyə stul qoyulmayıb. Onlar stul gətirənə qədər biz yerdə oturduq. Xoşuma gəldi, o konserti də elə oturan yerdə verdik. Daha sonralar da elə oturub oxumağa başladıq.

- “Yaxşı ki, Azərbaycanda yaşamışam. Çünki bu eşqi, bu halı ola bilsin ki, qəriblikdə tuta bilməzdim”, - müsahibənizdəndir, görünür, həm də Vətən aşiqisiniz...

- Doğrudur, Azərbaycandan kənarda yaşamaq istəməmişəm. Çünki həmişə düşünmüşəm ki, bu eşqi qəriblikdə yaşaya bilməzdim. Vətəni sevmək, ananı sevməkdir. Ona görə də Vətən anamız qədər doğmadır.

- Yaxın zamanlarda konsert verməyi düşünürsünüz?

- Bəli, amma tarixi hələ məlum deyil.

- Bəs Qarabağda necə, orada konsert verməklə bağlı planınız var?

- Bəli, düşünürük, Allahın izni ilə işğaldan azad edilmiş torpaqlarımızın hər birində konsert verəcəyik.


- Vaxtilə Alim muğam mərkəzi fəaliyyət göstərirdi, daha sonra təmir məqsədi ilə fəaliyyəti dayandırıldı, mərkəzin aqibəti necə oldu?

- İnşallah, sözgedən muğam mərkəzinin yenidən fəaliyyət göstərməsi ilə bağlı ümidim var. Allahın izni ilə, o binadan yenidən gözəl bir məktəb alınacaq. İnanıram ki, bu işdə xalqımızın və dövlətimiz də mənə dəstək olacaq.

- Alim Qasımov doğum günündə bundan sonrakı həyatı üçün özünə nə arzu edir?

- Doğum günümdə ailəmə, doğmalarıma, əzizlərimə uzun, sağlam ömür diləyirəm. Hər kəsə imanlı olmağı arzulayıram. Arzu edirəm ki, xalqımız hər zaman firəvan, sülh içində yaşasın.

- bakunews.az report-a istinadən İnformasiya Agentliyi adından doğum gününüzü təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayırıq.

- Diqqətiniz üçün minnətdaram. Təşəkkür edirəm!

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Şou-biznes

15-08-2022, 17:09

Xalq artisti yubileyini dağ başında qeyd elədi - Özündən AÇIQLAMA

Cəmiyyət

19-08-2022, 17:15

Alim Qasımovun evindən oğurluq edən kürəkəni Ali Məhkəməyə müraciət etdi

Cəmiyyət / Mədəniyyət

14-01-2023, 16:40

Fərid Şərifov: SOCAR-ın birinci vitse prezidenti, akademik Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik etdi

Dünya

7-01-2023, 20:09

İndi yayılan B qripi bronxlara çökür- Rusiyalı alim

Şou-biznes

13-07-2022, 18:10

Tarzən Humaydan atmaca: “Alim Qasımovdan dərs alıb, ancaq bayağı ifalar edir”

Mədəniyyət

15-02-2023, 13:13

Akademik, Əməkdar elm xadimi, Milli Aviasiya Akademiyasının Rektoru Arif Paşayevin 89 yaşı tamam olur

Ölkə

16-04-2023, 01:40

Fidan Hüseynova: Sədaqətli həyat yoldaşı, qayğıkeş ana

Cəmiyyət / Mədəniyyət

14-01-2023, 13:53

Fərid Şərifov Söhrət Ordenli Professor İlham Rəhimovu doğum günü münasibətilə təbrik etdi

Mədəniyyət

29-08-2022, 10:37

MEK tərəfindən informasiya texnologiyaları sahəsində çalışan alim və mütəxəssislər üçün biblioqrafik göstərici tərtib olunub

Maraqlı

15-02-2023, 21:34

Avropanın azərbaycanlı alim qadınları - VİDEO

Cəmiyyət

27-04-2023, 22:50

Aprelin 26-sı görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Sabunçu Gənclər Evində tədbir keçirilib

Dünya

4-09-2022, 15:02

Almaniyalı alim: “Kainatdakı bütün planetlərə almaz yağışı yağa bilər” - FOTO

Araşdırma
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Hadisə
Dünən, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
23-09-2026, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
Xəbər lenti
  • Dünən, 16:38
    ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
  • Dünən, 16:18
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib FOTOLAR
  • Dünən, 15:00
    Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
  • Dünən, 14:00
    Sent-Vinsent və Qrenadinlərdə atışma nəticəsində 4 nəfər ölüb
  • Dünən, 13:30
    Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft keçir
  • Dünən, 13:00
    Rusiya və ABŞ hərbi süni intellektlə bağlı əsas məhdudiyyətləri sənəddən çıxarıb
  • Dünən, 12:00
    Günün qoroskopu: ​Sevgi həyatınız stabil görünmür
  • Dünən, 11:21
    2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib FOTOLAR
  • Dünən, 11:00
    İrana qayıdan Pezeşkian ABŞ səfəri ilə bağlı açıqlama verib
  • Dünən, 10:30
    Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
  • Dünən, 08:42
    Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
  • Dünən, 01:37
    İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
  • Dünən, 01:21
    Azərbaycanda Anım Günüdür
  • 26-09-2026, 19:00
    Çin XİN: Si Cinpin ABŞ-ı Tayvanın müstəqilliyinə qarşı mövqeyini qorumağa çağırıb
  • 26-09-2026, 18:30
    Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib
  • 26-09-2026, 18:00
    Tokayev Xəzərdə hərbçilərin ölümündən sonra Müdafiə Nazirliyində kompleks yoxlama üçün komissiya yaradıb
  • 26-09-2026, 17:30
    Mahir Emreli: "Litvaya yaxşı nəticə qazanmaq üçün gəlmişik"
  • 26-09-2026, 17:00
    İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
  • 26-09-2026, 16:12
    Ukrayna ordusu Rostov vilayətində optik-mexanika zavodunu vurub
  • 26-09-2026, 16:08
    “Hər dialoqdan sonra sanksiya və zərbələr artır” - Pezeşkian
  • 26-09-2026, 15:54
    Pakistanda partlayış nəticəsində 11 nəfər ölüb
  • 26-09-2026, 15:40
    İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
  • 26-09-2026, 15:26
    Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
  • 26-09-2026, 15:04
    Pezeşkian: Yaxın Şərqin "polis"ə ehtiyacı yoxdur
  • 26-09-2026, 14:59
    “Liv Bona Dea” və Mərkəzi Klinikanın həkimləri Dambrauskası ələ saldı - Fotolar
  • 26-09-2026, 14:46
    "Formula 1" üzrə Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
  • 26-09-2026, 13:41
    Milli Məclisin komissiyası: Türkiyədə Azərbaycana qarşı kampaniya münasibətləri hədəf almaq məqsədi daşıyır
  • 26-09-2026, 13:35
    Bakıda direktora etiraz edən şagirdlər dərsə getmədi - TƏFƏRRÜAT
  • 26-09-2026, 13:27
    Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
  • 26-09-2026, 13:14
    “Mənə iş verin, 5 ildir eyni sözü eşidirəm” - Qazi KÖMƏK İSTƏYİR
  • 26-09-2026, 12:10
    Laçında traktor minaya düşüb
  • 26-09-2026, 12:05
    Maşının çəninə dizel əvəzinə benzin tökdülər və... - MÜRACİƏT
  • 26-09-2026, 11:40
    II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda sənədlər mübadilə edilib
  • 26-09-2026, 11:28
    “Robert Əyyubov şirkətimizi əlimizdən aldı” - Mahirə Əsədova Prezidentə müraciət etdi
  • 26-09-2026, 11:09
    Forumda iştirak edən qurumların aktivləri 30 trilyon dollara çatır
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə