• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Sevgilisinə qoşulub evdən qaçdı, nadir xəstəliyə tutuldu, ermənilərin mükafatından imtina etdi - Aygün Kazımovanın vəsiyyəti nə olmuşdu?

Mədəniyyət

20-08-2022, 14:10

bakunews.az kulis.az-a istinadən estrada müğənnisi, Xalq artisti Aygün Kazımova haqqında maraqlı faktları təqdim edir.


Aygün Ələsgər qızı Kazımova 26 yanvar, 1971-ci ildə Bakı şəhərində, Nizami rayonunda dünyaya gəlib. Atası Ələsgər Kazımov Naxçıvan Muxtar Respublikası Sədərək rayonundan, anası Fizzə Kazımova İrəvan mahalı Zəngibasar rayonu Seyidlər kəndindəndir.

***

Aygün ailənin dördüncü - sonuncu övladıdır. Uşaqlıqda pika xəstəliyindən (mərkəzi sinir sisteminin nadir, bir qayda olaraq xroniki və getdikcə şiddətlənən xəstəliyidir - red.) əziyyət çəkib. İfaçı bu xəstəliyi barədə ilk dəfə 2015-ci ildə Xəzər TV-də yayımlanan "Körpü şou"da qonaq olduğu zaman etiraf edib.

O, 1977-ci ildə Bakıdakı 12 saylı məktəbin 1-ci sinfinə gedir. Tezliklə məktəbin ən vacib tədbirlərində Aygünün mahnılar ifa etməsi onu bu illərdə daha da həvəsləndirir. 8-ci sinifdə oxuyarkən atasını itirir.

***

Hələ orta məktəbdə təhsil alarkən o, həndbol üzrə yığma komandanın qapıçısı və kapitanı kimi yarışlarda iştirak edib. Aygünün həndbol komandasında iştirakı və komanda yoldaşlarıyla oyunları yığmanın bir çox uğurlar qazanmasına səbəb olub.

***

İlk dəfə "Ozan" qrupunun solisti olaraq böyük səhnəyə çıxır. Onda Aygün 9-cu sinifdə oxuyurdu.

***

Məktəbi bitirəndən sonra Mədəni Maarif texnikumuna daxil olan Aygün Kazımovanın təhsili müəyyən səbəblərdən yarımçıq qalır. O dövrlərdə Aygün Kazımova "Aypara" və "Qaya" Vokal İnstrumental ansambllarının solisti olaraq fəaliyyət göstərir. "Aypara" qrupunun solisti olan zaman, Aygün Məlik və Alim Qasımovla birlikdə "Rəhm eylə bizə, İlahi" adlı mahnını duet şəklində ifa etmişdir.

Müğənni 1989-cu ildə İlqar adlı oğlanla tanış olur. Bir-birlərini sevən gənclər ailə qurmaq qərarına gəlirlər. İş elə gətirir ki, Aygün həmin ilin dekabr ayında İlqara qoşulub evdən qaçır. 1990-cı ilin 7 oktyabrında qızı İlqarə Kazımova dünyaya gəlir. Ancaq bu evliliyin ömrü uzun çəkmir. Bir il sonra Aygün Kazımova həyat yoldaşından ayrılır. Buna əsas səbəb isə, həyat yoldaşının Aygünə səhnə qadağası qoyması, bu səbəbdən Aygünü hər gün incitməsi olur.

***

Aygün Kazımova peşəkar səhnəyə ilk dəfə 1988-ci ildə "Bakı Payızı" yarışması ilə gəlib. Müsabiqədə Vaqif Gərayzadənin bəstələdiyi "Yarım eşitsin məni" mahnısını ifa edir. İlk qrand-prisini məhz bu yarışmada qazanır. Müsabiqənin redaktoru Mikayil Vəkilov Aygünü ilk dəfə dinləyərkən, "Bu qız kimdirsə, Xalq Artistidir" deyir. Müsabiqədən sonra onu artıq hamı tanımağa başlayır. Dahi bəstəkar Tofiq Quliyevin müsahibələrinin birində "Aygün Azərbaycan estrada musiqisi üçün əsl tapıntıdır" deyir.

***

Bir il sonra müğənni Latviyada keçirilən "Yurmala-89" mahnı müsabiqəsində iştirak edir. Müsabiqədə Eldar Mansurovun Vahid Əzizin sözlərinə bəstələdiyi "Bu sevgi" mahnısını ifa edir. Mahnını muğam ilə sintez edən Aygün Kazımova bütün diqqətləri özündə cəmləşdirməyi bacarır. Yarışmada 18 yaşında olmasına baxmayaraq, heç bir dəstək almadan iştirak edən Aygün Kazımova ölkəmizi layiqincə təmsil edir.

Aygün Birinci Qarabağ müharibəsində tibb bacısı kimi könüllü olaraq iştirak edir. Qubadlı və Zəngilan rayonlarında gedən döyüşlərdə təxminən 1 ay hərbçilər üçün tibbi yardım göstərir.

***

Elə həmin dövrdə anası Fizzə xanım vəfat edir və Aygün Kazımova depressiyaya düşür. Bir müddət səhnəyə və şou proqramlara çıxmaqdan imtina edir.

***
"İtgin gəlin" serialı üçün yazılan eyni adlı mahnını ifa edəndən sonra böyük tamaşaçı kütləsi tərəfindən tanınır. Bu mahnı Aygün Kazımovanın ilk lirik ifasıdır. O, müsahibələrinin birində əvvəlcə mahnını oxumaq istəmədiyini, sonradan mahnının müəllifi Cavanşir Quliyevin istəyi ilə fikrini dəyişdiyini bildirib.

1996-cı ildə Gəncə şəhərində ilk solo konsertini verir. Aygün Kazımova ilk konsertindən cəmi 1 manat qazanır.

***

"Gecələr keçir", "Vokaliz", "Şəklimi çək", "Depresyondayım", "İndi sənsiz", "Matros", "Sənsizliyim", "Sevdim", "Uyma", "Tez gəl" mahnıları ilə böyük populyarlıq qazanıb.

***

2002-ci ildə Sankt-Peterburqa yola düşən Aygün çox böyük bir riskə əl atır. 8 saatlıq plastik əməliyyata həyatı bahasına olsa belə, razılıq verir. Bu əməliyyat Aygünün ölümü ilə nəticələnə bilərdi. Aygün, baş verəcək bu hadisədən ehtiyatlanaraq vəsiyyət edir: rejissorluğunu Ülviyyə Könülün üstələdiyi əməliyyat kadrlarının çəkilməsini və Xanım İsmayılqızının "Tez gəl" mahnısına çəkilən klipin təqdim edilməsini.

Meyxanaçı Namiq Qaraçuxurlu ilə "Sevdi ürək" adlı ilk dueti böyük marağa səbəb olur. Bir müddət sonra meyxanaçı Namiq Qaraçuxurlu ilə eşq yaşamağa başlayır.

2010-cu ildə Aygün Kazımova ilə Namiq Qaraçuxurlunun münasibətlərində problemlər yaranır və bu, Aygün Kazımovanı depressiyaya salır. Uzun müddət özünə gələ bilməyən "Diva" ləqəbli müğənni sonradan özünü ələ alır və ard-arda hitlər təqdim edir.

Aygün Kazımovanın bəyəndiyi müğənnilər arasında Alla Puqaçova, Zeynəb Xanlarova və Madonna olub. Verdiyi müsahibələrinin birində Alla Puqaçovaya olan uşaqlıq sevgisini xüsusi vurğulayır. Amma Xalq artisti həmişə qeyd edib ki, sadəcə Alla Puqaçova, Zeynəb Xanlarova, Madonnanı bəyənib, onlara oxşamaq istəməyib. Həmişə seçilmək, fərqlənmək istədiyini bildirib.

***

Aygün müasir Azərbaycan estradasının banisi hesab olunur.

***

Azərbaycan səhnəsində sərbəst hərəkətləri və Qərb standartlarına uyğun geyim tərzi ilə diqqətləri çəkdi. Azərbaycanda ilk sinə əməliyyatı keçirən müğənnidir. O, ən çox plastik əməliyyat etdirən azərbaycanlı sənətçi kimi tarixə düşüb. Sənətçi 30 dəfədən artıq cərrah masasına uzanıb. Buna görə onu sənət fədaisi hesab edirlər.

2011-ci ildə "Extreme Azerbaijan" realiti-şousu üçün Namibiyaya yollanan Xalq artistinin ov tüfəngi ilə nəsli kəsilməkdə olan heyvanı nişan alaraq atəş açması və ceyranı vurması xeyli ajiotaj yaratmışdı.

***

Dünya şöhrətli amerikalı reper Snopp Doggla duet oxuyan yeganə azərbaycanlı müğənnidir.

2015-ci ildə "Big Apple Music Awards" musiqi mükafatına namizəd olub. Lakin ayağına gələn uğuru tərəddüdsüz rədd edərək "Big Apple Music Awards"dan imtina edib. Buna səbəb isə təşkilatçıların ermənilərdən ibarət olması idi.

***

Aygün Kazımova 2016-cı ildə Almaniyanın "DAF BAMA Music Awards 2016" beynəlxalq mükafatlandırma mərasimində "Azərbaycanın ən yaxşı qadın sənətçisi" mükafatına layiq görülüb. Müğənni bu mükafata layiq görülən ilk azərbaycanlıdır.

Azərbaycanda ən çox səs-küyə səbəb olan klipə imza atıb. 2017-ci ildə müğənninin "S.U.S" mahnısına çəkdirdiyi klip böyük bir ajiotaja səbəb oldu. O, burada fahişə obrazını canlandırmışdı...

bakunews.az

Məqaləyə dair fotomateriallar:



















Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Şou-biznes

18-07-2022, 15:44

Aygün Kazımova gözəlliyi ilə qızını geridə qoydu

Şou-biznes

28-08-2022, 13:37

"Dostluqların dağılmasına “zəhrimar pul” səbəb oldu"

Şou-biznes

9-08-2022, 15:50

“Qızıma tüfəng verdim ki...” - Xalq artisti

Cəmiyyət

25-08-2022, 12:55

Aygün Bəylərlə bağlı ÜZÜCÜ XƏBƏR: Xərçəngə tutuldu

Şou-biznes

13-07-2022, 21:02

Aygünün qızı İlqarə dəniz sahilində - FOTO

Mədəniyyət

14-08-2022, 12:03

Anasından gizli filmə çəkildi, məşhur futbolçu ilə ailə qurdu, səssiz-küysüz dünyasını dəyişdi - Kinomuzun Gülpərisindən maraqlı faktlar

Hadisə / Bölgə

11-08-2022, 18:25

Goranboyda ŞOK OLAY - Gənc oğlan 9 illik sevglisini qaçırdı və təcavüz etdi

Bölgə

13-07-2022, 20:30

Naxçıvan Ali Məclisinin sessiyası çağırılıb

Siyasət

26-08-2022, 17:45

Mehriban Əliyeva məktəb və körpələr evi-uşaq bağçasının açılışlarında iştirak etdi

Mədəniyyət

19-08-2022, 12:09

Azərbaycanın əməkdar artisti Rauf Avşarova “Tərəqqi” medalı təqdim olunub

Cəmiyyət

5-09-2022, 00:37

Tanrı mərhəmətimizi onlarla sınayır bəlkə də... - FOTO

Mədəniyyət

11-08-2022, 14:51

Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək

Araşdırma
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Hadisə
Bu gün, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
Dünən, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
Xəbər lenti
  • Bu gün, 14:45
    Sabah rayonlara yağış yağacaq
  • Bu gün, 12:53
    İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
  • Bu gün, 12:45
    Son 5 ayda nazirliklə 637 min manatlıq satınalma müqaviləsi imzalayan Surxay Qarayev kimdir? - İLGİNC
  • Bu gün, 12:28
    KTMT təlimləri Ermənistansız keçirilir: İrəvanın Moskvadan uzaqlaşma strategiyası - ŞƏRH
  • Bu gün, 11:42
    Qarabağın quruculuğuna haram qatan DAHA BİR ŞİRKƏT... - “Bəyaz İnşaat” qadın ustanın PULUNU VERMİR
  • Bu gün, 11:15
    Kamran Əliyev Gəncədə vətəndaşları qəbul edəcək
  • Bu gün, 11:07
    Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
  • Bu gün, 10:29
    Ailə başçısını itirməyə görə 188 mindən çox şəxsə pensiya və müavinət ödənilib
  • Bu gün, 10:19
    Pulumuzu alıb özlərini reklam edən mağazalar: SUİ-İSTİFADƏ - FAKT BUDUR!
  • Bu gün, 09:29
    Millətlər Liqasında daha 10 matç – SİYAHI
  • Bu gün, 09:18
    Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -İcra Hakimiyyətinin "qırmızı işığı"nda qalan sahibkarlar
  • Bu gün, 09:01
    Yasamal rayonunun bir çox ərazisində işıq olmayacaq
  • Dünən, 19:00
    Milli Məclis Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyəcək
  • Dünən, 18:51
    İlham Əliyev üç rayona başçı təyin etdi
  • Dünən, 18:41
    Bir səs susdu, izi qaldı – Əvəz Zeynallıya vida
  • Dünən, 18:30
    Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
  • Dünən, 18:00
    Dünya Bankı: ASCO Orta Dəhlizin Xəzərdə fasiləsiz fəaliyyəti üçün fider gəmilərinin sayını artırmalıdır
  • Dünən, 17:19
    Hindistanda daşqınlarda ölənlərin sayı 81 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən, 16:59
    Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi
  • Dünən, 16:48
    Agentlik Abid Şərifovun şirkəti ilə 9 milyonluq RAZILAŞMA İMZALADI
  • Dünən, 16:32
    Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Dünən, 16:14
    158 saylı məktəbdə qalmaqal:direktor öz kabinetində…
  • Dünən, 15:54
    Ukraynanın Milli Elmlər Akademiyasının binası reaktiv dronla vurulub
  • Dünən, 15:43
    Naxçıvanın miqrasiya rəisi qadının evini zorla əlindən alır - BU NƏDİ BELƏ?
  • Dünən, 15:06
    Türkiyə Milli Müdafiə Nazirliyi "Birliyin gücü - 2026"dan maraqlı görüntülər paylaşıb
  • Dünən, 14:56
    Binəqədi rəsmən SAHİBSİZ QALIB... - NARAZILIQ VAR...
  • Dünən, 14:42
    Sabah Azərbaycanda leysan olacaq - XƏBƏRDARLIQ
  • Dünən, 13:08
    Nazirlik “Bravo”dan 58 min manata 3 ədəd stend icarəyə götürəcək - DETALLAR
  • Dünən, 12:50
    Xarkova endirilən zərbələr nəticəsində 10-u uşaq olmaqla 29 nəfər yaralanıb
  • Dünən, 12:45
    Məhkəmə-Tibbi Ekspertizada “kreslo savaşı”: Cavid Cahangirov Ədalət Həsənovun postuna göz dikib?
  • Dünən, 12:02
    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
  • Dünən, 11:38
    İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI
  • Dünən, 11:10
    Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM
  • Dünən, 10:58
    Rusiyalı turistlərin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda MACƏRASI - "ÇYORT POBERİ"
  • Dünən, 10:36
    Bakıda iki yolun kəsişməsində yeni tunel inşa ediləcək
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə