• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

DYP-dən Vətəndaş PREZİDENTƏ və aidiyyatı qurumlara müraciət etdi - FOTOLAR

Ölkə

7-07-2025, 15:06

AZƏRBAYCAN RESPUBLİKASININ ALİ BAŞ KOMANDANI və PREZİDENTİ Cənab İ.ƏLİYEVƏ,

Surəti: AZƏRBAYCAN RESPUBLİKASININ 1-ci VİTSE PREZİDENTİ xanım M.ƏLİYEVAYA,

Surəti: AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ cənab ƏLİ ƏSƏDOVA,

Surəti: AZƏRBAYCAN RESPUBLİKASI Prezidentinin köməkçisi cənab F.Ələsgərova,

Surəti: AZƏRBAYCAN RESPUBLİKASI PA-nın rəhbəri cənab S.NURİYEVƏ,

Surəti: AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ NAZİRİ CƏNAB V.Eyvazova,

Surəti: AZƏRBAYCAN RESPUBLİKASININ Baş prokuroru cənab Kamran Əliyevə,

Surəti: Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi rəisinə,

Surəti: DÖVLƏT TƏHLÜKƏSİZLİK XİDMƏTİ rəisi cənab Əli NAĞIYEVƏ,

Surəti: DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin rəisi cənab R.Zeynalova,

Surəti: DİN-nin Bakı şəhər Yol Polis İdarəsi rəisinə,

Surəti: Konstitusiya Məhkəməsinin rəisi cənab F.Abdullayevə,

Surəti: Baş Prkurorluqada DİO –da qanunların icrasına nəzarət İdarəsinin rəisi cənab P.Əliyevə,

Surəti: Baş Prokurorluqda İstintaqa nəzarət İdarəsinin rəisinə,

Surəti: Baş Prokurorluqada DİO istintaq və Təhqiqata nəzarət idarəsinin rəisinə,

Surəti: Bakı şəhər Prokurorluğuna,
Surəti: Bakı şəhər Baş Polis İdarəsinin rəisinə,

Surəti: DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə,

Surəti: OMBUDSMAN APARATININ SƏDRİNƏ,

Surəti: AZƏRBAYCANIN MƏTBUAT ORQANLARINA.

Bakı, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, ev 2, mən., 27-də yaşayan Məmmədov Asif İbrahim oğlu tərəfindən

“ BDYPUİ-nin Xətai RPİ-nin Dövlət Yol Polis əməkdaşı, polis kapitanı Tələt Zahidov tərəfindən məni şərləyərək aldığı 400 manat rüşvətin təcili olaraq geri qaytarılması ” barədə

Ş İ K A Y Ə T Ə R İ Z Ə S İ

Cənab Prezident, Ali Baş Komandan!

Əvvəlcə bildirim ki, mən bir sadə vətəndaş olaraq aldığım maaşla birtəhər dolanıram. Belə ki, mən qardaşım Vüsalın mayın 20-də yeni aldığı Nissan TİDA markalı avtomobilini 24 may 2025-ci ildə , saat 14-15 arası Xətai rayonundakı 7 nömrəli poliklinikanın yanından (körpünün üstüilə) Babək prospektinə çıxıb hərəkət edərkən Xətai rayon yol polisi inspektoru polis kapitanı Tələt ( soyadı dəqiq bilmirəm – Zahidov, deyilənə görə özünü polk. Ehsan Zahidovun qohumu kimi cəmiyyətə sırıyan) 291 yol patrul maşını ilə saxladı. Səbəb sürət həddinin aşılmasını qeyd etdi.Və nədənsə, bizə məlum olmayan səbəblərdən yerində protokol yazmadı. İzahat vermədən mənim idarə etdiyim avtomobilə DYP əməkdaşı olan Tələt əyləşərək onu sürüb general Şıxlinski küçəsində yerləşən Xətai rayon yol polisi şöbəsinə apardı.Arxadan bizi müşayət edən 291 nömrəli DYP avtomobilində isə qardaşım gəlirdi.Xətai rayon DYP şöbəsində Tələt Zahidov ( 63 yaşlı Şamaxılı) mənə və qardaşım- Məmmədov Vüsal İbrahim oğluna hədə qorxu gəldi ki, sürəti aşdığına görə 2000 manat cərimə, 1 (bir) il sürücülük hüququndan məhrum olacaqsan, sonra Respublika DYP da imtahana 1500 manat verib sürücülük vəsiqəsi (prava) alacaqsan.Halbuki, biz Günəşli tərəfdən Babək prospektilə gələndə körpüdən düşəndə 60 sürət həddi olan yolu 80-lə gəlmişik.Və “Sərin” restoranına çatmamış, erməni qəbristanlığının yanında 63 yaşlı Tələt bizi saxlamışdır. O məsələnin sülh yoluilə “HƏLLİ” üçün çox yuxarı aşağı ticarət etdikdən sonra qardaşımdan qeyri- qanuni olaraq DYP da işləyən digər cavan oğlan olan mülki şəxsin bank kartına 400 manat pul göndərəndən sonra bizi sərbəst buraxdı. Və mənim sürücülük vəsiqəmə həmin 90 - DC - 405 nömrəli, Nissan-TİDA markalı avtomobili hadisənin baş verdiyi Babək prospektinə aidiyyatı olmayan yerdə, guya “8 Noyabr” prospektində manevr etdyimə görə İXM-nin 327.1 maddəsinə uyğun protokol tərtib edib, 40 manat da əsassız cərimə yazıblar.

Sonrdan bizə məlum oldu ki, sürət həddini 20 aşmaya görə qanunla 63 yaşlı Şamaxılı Tələtin bizə dediyi kimi 2000 manat deyil, 50 manat cərimə nəzərdə tutulur. Bunu bildikdən sonra bir neçə dəfə DİN-nin 102 xidmətinə və bir dəfə də qaynar xətt olan 902 –yə zəng edib şikayət etmişəm. Sonuncu bizə telefonda bildirdi ki,bu barədə gəlib Bakı şəhər DYPİ-nin 108-ci otağında ərizə yazıb təqdim etməlisiniz. Mayın 26-da, həftənin 1-ci günü biz Xətai RPİ-nin DYP şöbəsinin rəis müavini Səfərov Elvinin qəbulunda olub şikayətimizi bildirdik. Rəis müavini mənə 40 manat cərimə yazan mülki şəxsi dəvət edib danladı.Bu arada Tələt də gəlib söhbətin üstünə çıxdı. O yenə “ovladığı” hansısa avtomobili şöbəyə gətirib bizim başımıza açdığı oyunu növbəti “qurbanın “ başına açmağa hazırlaşırdı. Rəis müavini onlara acıqlanıb dedi ki, bir baxın görün pulu alanda kimdən alırsınız. Bizə saxta protokol yazan mülki şəxs isə bizə bildirdi ki, “sizə yalnız 100 manat qaytara bilərik. Çünki bu pulu yuxarılara vermişik. Get hara istəyirsən şikayət et.”

Bax ona görə da cənab dövlət başçısından və aidiyyatı struktur rəhbərlərindən Sizdən xahiş və tələb edirəm bu olmuş prosesə rəhbərlik tərəfindən baxılsın. Məndən alınan qeyri qanuni 400 manat pulu geri qaytarılsın. Qardaşım Vüsal Məmmədov o pulu DYP kapitanı Tələtin tələbindən sonra öz adına olan Leo Bank kredit kartından çıxarıb Xətai DYP-nin digər 21 yaşlı əməkdaşı olan mülki şəxsinin bank kartına köçürmə etməyə məcbur olub.( Rüşvətin məcburi verilmə sənədi sübut olaraq əlavə edilir) Pullar Tələtin təqdim etdiyi bank kartına köçdükdən dərhal sonra mənə sonda ağ vərəqdə özlərini sığortalamaq üçün izahat yazdırdılar Ki, bizim yol polisindən heç bir şikayətimiz yoxdur.



Bir daha Sizlərdən xahiş edirəm bu özbaşınalığa son qoyulsun. Xətai Rayon Dövlət Yol polisi inspektoru, 63 yaşlı polis kapitanı Tələt Zahidovun korrupsiya əməli haqqında tədbir görülsün.

Mənim şikayətimi qəbul etdiyiniz üçün əvvəlcədən təşəkkür edirəm.

Qoşma: Bank kartına köçürülən 408 manat rüşvətin çıxarışı,

DYP inspektoru T.Zahidovun özbaşnalıqları barədə tik tok materialları,

İmza:Asif İbrahim oğlu.
Əlaqə-050-256 06 20.

04 iyul 2025-ci il







Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / İqtisadiyyat / Araşdırma

19-03-2025, 15:15

Elmir Ramazanovun təqibləri Sahibkar Ramil Aslanovu Prezidentə müraciət etməsinə vadar etdi FOTO/VİDEO

Sosial

5-09-2024, 12:17

Zəlzələyə görə qatarların sürəti aşağı salındı

Gündəm / Cəmiyyət

8-04-2025, 10:24

Bu gündən Bakıdakı bağçalarda tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır

İqtisadiyyat / Cəmiyyət

6-08-2024, 01:58

“Lion Centre” MMC-nin direktoru Prezidentə və qurumlara Gömrükdə baş verən özbaşınalıqla bağlı müraciət etdi

Cəmiyyət

15-04-2025, 18:44

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Ölkə

10-08-2024, 15:47

Bu ərazilərdə güclü külək əsəcək – Sarı xəbərdarlıq

Cəmiyyət

11-10-2024, 14:39

Suraxanı sakinləri Prezidentə MÜRACİƏT ETDİ - Problemlər...

Gündəm / Dünya

19-06-2024, 17:06

Ayasofya məscidinin elektron surəti yaradıldı

Bölgə

21-08-2022, 06:38

Vətəndaş Prezidentə və 18 qruma müraciət etdi

Gündəm / Cəmiyyət

17-03-2025, 18:33

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Cəmiyyət

14-04-2025, 18:10

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Təhsil

21-08-2024, 10:40

Naxçıvan məktəblərində direktor işləmək istəyənlərin NƏZƏRİNƏ!

Araşdırma
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı: “İşi gördürdülər, pulumuzu istəyəndə bizi qapıdan çıxardılar”
Hadisə
Dünən, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
Dünən, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
10-09-2026, 10:40
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
Xəbər lenti
  • Bu gün, 14:00
    Mikayıl Cabbarov: Neft sənayesi Azərbaycanın iqtisadi inkişaf tarixində mühüm rol oynayıb
  • Bu gün, 13:00
    Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb
  • Bu gün, 12:30
    "Haber Global": Antiterror əməliyyatı ilə Azərbaycan ordusu daha bir parlaq zəfərə imza atıb
  • Bu gün, 12:00
    Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb
  • Bu gün, 11:00
    Donald Tramp vaxtından əvvəl Vaşinqtona qayıdıb
  • Bu gün, 10:30
    Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb
  • Bu gün, 10:00
    NYT: Qayana neft bazarında mövqelərini möhkəmləndirib
  • Dünən, 18:26
    İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
  • Dünən, 18:12
    Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
  • Dünən, 17:36
    Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
  • Dünən, 17:18
    23 saat 43 dəqiqə: Suverenlik, separatizmin sonu və Cənubi Qafqazda yeni reallıqlar - ŞƏRH
  • Dünən, 15:40
    Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SƏRƏNCAM
  • Dünən, 15:11
    SOCAR Tech-də yeni direktor təyin olundu - FOTO
  • Dünən, 14:37
    İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb
  • Dünən, 13:25
    17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
  • Dünən, 13:24
    Nazpəri Dostəliyeva 20 il sonra ilk dəfə bunu etdi
  • Dünən, 13:22
    Zaxarova: Rusiya və Gürcüstan xalqları bir-birinin həsrətindədirlər
  • Dünən, 13:22
    Türkiyə İran Bankı Mellatın lisenziyasını ləğv edib
  • Dünən, 13:20
    Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında mərhələ adladı
  • Dünən, 13:18
    Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
  • Dünən, 13:14
    Attestasiya işində hüquqşünasın mühüm uğuru
  • Dünən, 12:47
    Bazar günü arabir yağış yağacaq
  • Dünən, 12:29
    İrakli Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünü dinc yolla bərpa etmək milli arzumuzdur
  • Dünən, 11:55
    XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib
  • Dünən, 10:19
    Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
  • Dünən, 09:47
    Goranboy təhsilində ŞÜBHƏLİ TƏYİNAT - BU NƏDİ BELƏ?
  • Dünən, 09:22
    Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir
  • Dünən, 09:01
    "№1 Çörək Zavodu"nun sahibi dövlətə külli miqdarda BORCLANDI - FOTOFAKT
  • Dünən, 08:47
    WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır
  • 18-09-2026, 19:00
    Azərbaycanda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək
  • 18-09-2026, 18:30
    Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
  • 18-09-2026, 18:00
    Oktyabrda İçərişəhərdə qastronomiya festivalı keçiriləcək
  • 18-09-2026, 17:49
    Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib
  • 18-09-2026, 17:40
    Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH
  • 18-09-2026, 17:38
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə