Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycanda son sutkada koronavirusa 534 nəfər yoluxub, 6 nəfər ölüb

10.08.2022 16:36 520 1 dəq oxunur
Azərbaycanda son sutkada koronavirusa 534 nəfər yoluxub, 6 nəfər ölüb
Azərbaycanda koronavirusa 534 yeni yoluxma qeydə alınıb, 526 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə bakunews.az report-a istinadən Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, sutka ərzində koronavirusdan 6 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 803 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 790 193 nəfər müalicə olunaraq sağalıb, 9 768 nəfər vəfat edib, aktiv xəstə sayı 3 196 nəfərdir.

Ölkədə son sutka ərzində 4 587, hazırkı dövrədək isə 7 080 772 test aparılıb.



bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az