Sizin reklam burada 728×90
Son dəqiqə

Gəncə Şəhər Birləşmiş Xəstəxanası 167 min manatlıq tenderdə qalibini seçdi - Papka, pozan, ağardıcı və diyircəkli qələmlər almaq üçün

09.08.2023 16:44 491 1 dəq oxunur
Gəncə Şəhər Birləşmiş Xəstəxanası 167 min manatlıq tenderdə qalibini seçdi - Papka, pozan, ağardıcı və diyircəkli qələmlər almaq üçün
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "Dəftərxana və təsərrüfat malları" ilə bağlı elan etdiyi tender başa çatıb.

Tenderin qalibi "A4 OFİS" MMC olub. Tərəflər arasında 166.998,32 AZN-lik müqavilə imzalanıb.

167 min AZN-lik tenderə "Ağardıcı qələm tipli qələm, Dəftərxana sancağı 25mm, Diyircəkli qələm qara, Diyircəkli qələm göy, Diyircəkli qələm qırmızı, Fayl 60 mik 1x100, Qələm qədiyyən, Papka plastik içdən metal sixaclı , 3s qalınlıqlı, A4 plus forat, pozan" alınması daxildir.

Bildirək ki, "A4 OFİS" MMC-nin qanuni təmsilçisi ELŞƏN MƏMMƏDOV ABBASƏLİ OĞLU, nizamanamə kapitalı 10 AZN-dir.(32gun.az)
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az