• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Sülh üçün alternativ yoxdur

Siyasət

19-12-2023, 18:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 23-də “Euronews” televiziyasına verdiyi müsahibədə ölkəmizin ötən dövr ərzində keçdiyi inkişaf yolu, iqtisadi potensialı və bu istiqamətdə perspektivlər haqqında ətraflı fikirlərini bölüşüb. Ölkə başçısının səsləndirdiyi fikirlər, müsahibədə verilən mesajlar mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin iqtisadi inkişafından danışan Prezident İlham Əliyev bildirib ki, “Azərbaycanın iqtisadi inkişafının təməlində əsasən tərəfimizdən aparılmış islahatlar dayanır. Biz iqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq”. Dövlət başçısı onu da vurğulayıb ki, büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür.

Dövlətimizin başçısı müsahibəsində Ermənistanın işğal siyasətinin nəticələri, torpaqlarımızın öz gücümüzə azad edilməsi və Ermənistanla sülh sazişinin imzalanması perspektivləri barədə fikirlərini ifadə edib. Bir daha bəyan olunub ki, sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verən ölkə Azərbaycandır. Hazırda Qarabağ məsələsi bitdikdən sonra Ermənistan bizimlə razılığa gəlməkdə daha həvəsli olacaq. Çünki suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə Ermənistana daha cəsarətli davranmağa və ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil. Qarabağ ermənilərinə gəlincə, dövlətimiz hər zaman bəyan edir ki, könüllü şəkildə Ermənistana köçən həmin ermənilər Azərbaycan vətəndaşlığını qəbul edib burada yaşaya bilərlər. Bu məqsədlə Azərbaycan elektron qeydiyyat portalını yaradıb. Qayıtmaq istəyən hər kəsin belə bir hüququ var. Azərbaycan çoxmillətli dövlətdir. Eyni zamanda, bütün vətəndaşlarımız qanun qarşısında bərabərdir. Hər kəs də dövlətimizin qanunlarından kənar addımlara yol verməməlidir. Dövlət başçısı bir daha vurğulayıb ki, sülh üçün alternativ yoxdur və əgər sülh sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq: «Düşünürəm ki, sülh üçün alternativ yoxdur. Əgər sülh sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq. Biz istəyirik ki, Cənubi Qafqaz bölgəsində hər hansı risk olmasın. Əlbəttə, biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymasın və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam əl çəksin”

Prezident İlham Əliyev qeyd edib ki, hazırda qarşımızda duran vacib hədəf işğaldan azad edilən Şərqi Zəngəzurun və Qarabağın bərpasıdır. Dövlətimiz ötən qısa zaman kəsiyində bu istiqamətdə böyük işlər görüb, böyük tikinti-quruculuq işləri həyata keçirib. Ölkə başçısı bildirib ki, gələn il üçün Azərbaycanın əsas dövlət xərcləri azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcəkdir. Qarşıda duran əsas məqsədlərdən birincisi keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına mümkün qədər tez qayıdışının və məskunlaşmasının təmin edilməsidir. Nəzərdə tutulub ki, 2026-cı ilin sonunadək 140 min insan öz yurdlarında yerləşdiriləcək. Bunun üçün isə tam yeni infrastruktur yaradılır, yaşayış yerləri inşa edilir və sosial infrastruktura böyük vəsait yatırılır. Həmçinin, 30 il işğal altında olmuş bu ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, günəş və külək enerjisi, turizm kimi sahələrdə böyük potensialı var. Bu, dövlət investisiya proqramının əsas sahəsi olacaq.

Bütün bu uğurlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin yaratdığı yeni reallıqlar, yürütdüyü tam müstəqil siyasət və qlobal lider kimi artan nüfuzunun nəticəsidir. Etibarlı tərəfdaş statusuna sahiblənən Prezident cənab İlham Əliyev həyata keçirdiyi diplomatiya ilə əsl reallığı nümayiş etdirir. Bu gün Azərbaycan siyasi-iqtisadi meyar və parametrlər üzrə kimdənsə asılı deyil. Hətta ölkəmiz istər iqtisadi artım, istərsə də adambaşına düşən valyuta ehtiyatları baxımından dünyada ən qabaqcıl yerlərdədir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir.

Bütövlükdə, dövlətimizin başçısının müsahibəsi regionda vəziyyətin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

3-11-2023, 10:59

Prezident: “Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub”

Cəmiyyət

10-10-2023, 09:55

Azərbaycan istənilən mötəbər tədbirlərə ev sahibliyi etməyə hazırdır

Gündəm / Siyasət

19-10-2023, 12:10

“Son 20 il Azərbaycanın dövlətçilik tarixinə hərtərəfli inkişaf dövrü kimi daxil olub” - ŞƏRH FOTO

Gündəm / Siyasət

2-10-2023, 12:36

İlham Əliyev Astronavtika Konqresində Azərbaycanın inkişaf göstəriciləri barədə bəzi rəqəmləri açıqlayıb

Gündəm / Siyasət

12-07-2023, 14:49

2023-cü ilin altı ayı: İqtisadiyyat inkişaf edib - ŞƏRH + RƏQƏMLƏR

İqtisadiyyat

13-08-2022, 17:22

Azərbaycanın birbaşa xarici dövlət borcu bu il 3 % azalıb

Siyasət

15-07-2022, 20:39

Prezident: "Xarici borc ümumi daxili məhsulun 10,7 faizini təşkil edir"

Siyasət

26-04-2023, 20:04

Azərbaycan Ümummilli liderin gərgin əməyi sayəsində inkişaf etmişdir

Siyasət

16-07-2022, 16:59

"Prezidentin siyasəti sayəsində Azərbaycan mövcud reallıqlara hazırdır"

Siyasət

7-08-2023, 19:55

Yekun sülh beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq imzalanmalıdır

Cəmiyyət / Sosial

28-07-2023, 10:35

Təhlil edilməli və nəticə çıxarılmalıdır!

Ölkə

2-12-2023, 10:07

Möhkəm bünövrə

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 10:11
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...
Dünən, 09:14
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
4-11-2026, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
4-11-2026, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
4-11-2026, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
4-11-2026, 10:59
ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
Xəbər lenti
  • Bu gün, 11:09
    “Həbibbəylinin adının Mehdiyevin vəzifə verəcəyi adamların sırasında çəkilməsi təxribatdır”
  • Bu gün, 10:38
    Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
  • Bu gün, 10:03
    İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
  • Bu gün, 09:56
    Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı - Rafiq Quliyev sakinləri saymır - VİDEO
  • Bu gün, 09:32
    Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək
  • Bu gün, 09:13
    Rusiyadan yeni hücum gözlənilir, hazırlaşırıq - Zelenski
  • Bu gün, 08:58
    Donald Tramp administrasiyasında kadr dəyişikliklərini istisna etmir
  • Dünən, 19:00
    Dövlət başçısı: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq
  • Dünən, 18:40
    Şirkət rəhbəri 300 min manatlıq dələduzluqda ittiham olunur, məhkəmə başlayıb
  • Dünən, 18:21
    Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
  • Dünən, 18:06
    Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər
  • Dünən, 17:55
    "Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
  • Dünən, 17:46
    “Başçının köməkçisi dedi ki, get evində sakit otur, çağıranda gələrsən” - NARAZILIQ VAR...
  • Dünən, 17:27
    Milli Məclis Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi müzakirə edib
  • Dünən, 17:21
    DGK-da Şirinovun ŞİRİNLİYİ... - İTTİHAM VAR...
  • Dünən, 16:58
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 16:39
    “Bağça Şəhər”də yanğın təhlükəsi: Bina rəhbərliyi sakinlərin şikayətlərinə məhəl qoymur
  • Dünən, 16:21
    Hərbi qulluqçuların yürüşü ilə bağlı bir sıra yollarda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq
  • Dünən, 15:50
    Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
  • Dünən, 15:34
    Həyəcan siqnalı verən təyyarə Rumıniyanın Otopeni şəhərində uğurla eniş edib
  • Dünən, 15:15
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
  • Dünən, 15:05
    Əsabil Qasımov Ramiz Mehdiyevin gömrük sədri olmalı imiş-ŞOK SİYAHI
  • Dünən, 14:43
    Naxçıvan üzrə noyabr ayının pensiyaları ödənilib
  • Dünən, 14:28
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
  • Dünən, 13:09
    “Sosial sığorta daxilolmalarında gələn il 15,1 faiz artım proqnozlaşdırılır”
  • Dünən, 13:02
    Sabah yağış yağacaq, şimşək çaxacaq
  • Dünən, 12:50
    İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
  • Dünən, 12:40
    Sumqayıtda tuneli çirkab suları basıb-Qurumlar məsuliyyəti bir-birinin üzərinə atır
  • Dünən, 12:09
    Zəfər və Dövlət Bayrağı günləri ilə bağlı Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıvanda hərbi yürüşlər olacaq
  • Dünən, 12:03
    Bakı təhsilinin ANASI NİYƏ AĞLAYIR... - Heç nə səbəbsiz deyilmiş...
  • Dünən, 11:42
    DYP bayramla əlaqədar hərəkət iştirakçılarına müraciət edib
  • Dünən, 11:35
    Elçin Yusubovun daha bir adamından şikayət var -Elxan Musayev sahibkarları incidib?
  • Dünən, 11:07
    Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi 3,46 milyard dollara çatıb
  • Dünən, 10:57
    8 Noyabr - qürurumuzun, birliyimizin və qəhrəmanlığımızın günü
  • Dünən, 10:55
    ŞUŞA KUBOKU – İDMANIN GÜCÜ, VƏTƏNPƏRVƏRLİYİN RUHU, GƏLƏCƏYİN ÇEMPİONLARI!
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə