• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Kəlbəcərdə atəş səslərinin susmamasının səbəbi - Sensasion iddia

Siyasət

20-07-2022, 13:36

Ekspert: "Kreml Birinci Qarabağ müharibəsinin gedişində də Kəlbəcərdə hərbi kontingent yerləşdirmək istəyirdi"

Son həftələr Ermənistan demək olar ki, hər gün Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutur. Mövzu ilə bağlı Moderator.az-ın suallarını təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu belə cavablandırıb: "Kəlbəcərin hədəfdə olması təbii haldır. Çünki birincisi, Kəlbəcər hərbi-siyasi və geostrateji baxımdan ən həssas nöqtələrdən biridir. Faktiki olaraq mühasirə durumunda olan bir şəhər, rayondur...

Digər tərəfdən isə bu ərazi Qarabağın cənubu istiqamətinə açılan bir yoldur. Yəni oradan rahat şəkildə Tərtərə, Tərtərdən isə Rusiyanın uğrunda illərdir mübarizə apardığı Gəncə kommunikasiya dəhlizinə yol açılır. Ona görə də təbii ki, Moskva İkinci Qarabağ müharibəsində qarşısına qoyduğu geosiyasi hədəflərdən imtina etməyib. Heç belə bir fikri də yoxdur. Çünki bu, öncələrdən dediyim kimi, strateji hədəflərdən biridir. Məhz bu baxımdan da Rusiya daim Ermənistan vasitəsilə Kəlbəcəri hədəfdə saxlayacaq. Və Kəlbəcər-Tərtər istiqamətində Azərbaycana uğursuzluq yaşatmağa çalışacaq. Çünki yalnız bu halda Kreml öz məqsədlərinə çata bilər. Mən Kəlbəcər ətrafında son vaxtlar baş verən gərginliyin əsas səbəbini bunda görürəm".

Məntiqli təsbit hesab oluna bilərmi? Doğrudanmı Kəlbəcər istiqamətində daim gərginliyin arxasında Rusiya dayanır?

bakunews.az milli.az-a istinadən xəbər verir ki, hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov "Yeni Müsavat"a bildirdi ki, Kəlbəcərin Ermənistanla 130 kilometrlik sərhədi var: "Bu, çox böyük miqyaslı sərhəd xətti deməkdir. Həmçinin Kəlbəcər rayonu ermənilərin hazırda yaşadığı Azərbaycan əraziləri ilə Ermənistan arasında olan strateji əhəmiyyətli rayondur. Ermənilər Qarabağda Ermənistana Kəlbəcərin içərisindən keçməklə yol da çəkmişdilər və istifadə edirdilər. O yol ermənilər üçün hərbi, iqtisadi, sosial əhəmiyyət daşıyırdı. Bütün bu strateji üstünlüklərdən Ermənistan məhrum olub. Qarabağdakı ermənilərlə Ermənistanın Kəlbəcər üzərindən əlaqəsi artıq yoxdur.

Həm bu faktorlar, həm də Rusiyanın maraqları Ermənistanı daim Kəlbəcər istiqamətində atəşkəsi pozmağa vadar edir. İkincisi, Ermənistan ordusunda elə qüvvələr var ki, əslində onlar tam şəkildə Nikol Paşinyanın nəzarətində deyil. O qüvvələr daha çox Rusiyadan və ya revanşist qüvvələr olan Robert Köçəryan-Serj Sərkisyan-Seyran Ohanyan üçlüyündən aldıqları təlimatlarla hərəkət edirlər. Hesab edirəm ki, Kəlbəcər istiqamətindəki vəziyyətə bu amil də təsir edir. Həm Rusiyadakı bir sıra hərbi-siyasi dairələr, həm də Ermənistandakı revanşistlər reallıqları qəbul etmək istəmirlər və bütün gücləri ilə pozuculuq etməkdə, müharibəni yenidən alovlandırmağa çalışmaqdadırlar. Məsələnin kökündə bir məqam da dayanır.

Rusiya istəyir ki, Ermənistanın Kəlbəcərlə sərhədi boyunca da rus qoşunlarını yerləşdirsin. Kəlbəcər ərazisi onlar üçün öz planlarını həyata keçirmək üçün seçilmiş strateji bölgədir. Ona görə də Azərbaycan dövləti Kəlbəcər istiqamətində Ermənistanla sərhəd boyu çox ciddi müasir müdafiə sistemləri qurmalı, ordumuzun gücü dəfələrlə artırılmalıdır. Ermənilər hələ Birinci Qarabağ müharibəsi yeni başlayanda bəyan edirdilər ki, Kəlbəcər Qarabağın qapısıdır. Diqqət edirsinizsə, məhz Kəlbəcərin işğalından az sonra ard-arda 5 rayonumuzu işğal edə bilmişdilər. Ona görə də biz Kəlbəcər kimi mühüm qapı rolunu oynayan strateji əhəmiyyətli rayonun müdafiəsinə çox ciddi yanaşmalıyıq".

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, Ərəstun Oruclunun söylədiklərini böyük ehtimalla təsdiq etmək olar. Rusiya həmişə Kəlbəcərə xüsusi önəm verib. Bu, həmin ərazinin geostrateji əhəmiyyəti ilə bağlıdır: "Kreml Birinci Qarabağ müharibəsinin gedişində də Kəlbəcərdə hərbi kontingent yerləşdirmək istəyir, Azərbaycan tərəfinə bununla bağlı müraciətlər edirdi. O vaxt ekspertlər hətta Kəlbəcərin işğalını bu tələbin yerinə yetirilməməsi ilə bağlayırdılar.

Təbii ki, Rusiya məqsədlərini ermənilərin əli ilə həyata keçirməyə çalışır. Amma ermənilərin də bu məntəqədə öz maraqları var, onlar Rusiyanın orada mövcudluğunu özlərinin təsir imkanlarının qalması kimi dəyərləndirirlər. Belə düşünmək olar ki, Moskva orada atəşkəsin tez-tez pozulmasına nail olmaqla həmin ərazilərdə rus hərbi qüvvələrinin qalmasının vacibliyinə diqqəti yönəltmək istəyir, Azərbaycanı bu reallıqla barışmağa razı salmaq niyyəti güdür.

Eyni zamanda həmin bölgədəki qızıl mədənləri amili də kənara qoyulmamalıdır. Rusiyanın Ermənistanla birlikdə o marağı da yox deyil. Həm də həmin ərazi Azərbaycanın Ermənistanla sərhəd zolaqlarından biridir. Rusiya oraya nəzarət etməklə erməni silahlılarının Azərbaycan ərazisinə vaxtaşırı sızması, təxribatlar törətməsi üçün də istifadə edə bilər. Azərbaycan rəhbərliyi bu təhlükəli məqamları bilməli, məkrli planların həyata keçməsinə imkan verməməlidir. Bunun üçün ilk növbədə Ermənistan ərazisindəki atəş nöqtələri məhv edilməlidir. Moskvanın istənilən iddialarına imkan verilməməlidir".

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm

8-08-2022, 10:36

Qanunsuz erməni silahlı dəstələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Siyasət

4-09-2022, 12:38

Kəlbəcər və Laçın istiqamətində mövqelərimiz atəşə tutuldu

Gündəm

13-08-2022, 14:04

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Hadisə

3-09-2022, 15:17

Düşmən Kəlbəcər və Laçını atəşə tutdu

Cəmiyyət

6-08-2022, 17:16

Gəncənin icra başçısı Kəlbəcərdə minaya düşən hərbi hissə komandirini ziyarət edib

Gündəm / Siyasət

10-08-2022, 14:36

Xankəndi Bakının nəzarətinə keçir

Hadisə

9-07-2022, 12:48

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Gündəm

6-08-2022, 12:12

Kəlbəcərdə Azərbaycan hərbçisi minaya düşərək həlak olub

Hadisə

6-08-2022, 12:16

Ermənilər Kəlbəcər, Laçın, Ağdam, Xocavənd və Xocalını ATƏŞƏ TUTDU

Siyasət

4-09-2022, 19:50

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Cəmiyyət

23-07-2022, 18:50

Azərbaycan Ordusunun əsgəri Kəlbəcərdə itkin düşüb

Hadisə

26-07-2022, 20:18

Kəlbəcərdə mina partlayışı ilə bağlı cinayət işi açılıb

Araşdırma
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Hadisə
Dünən, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
23-09-2026, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
Xəbər lenti
  • Dünən, 16:38
    ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
  • Dünən, 16:18
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib FOTOLAR
  • Dünən, 15:00
    Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
  • Dünən, 14:00
    Sent-Vinsent və Qrenadinlərdə atışma nəticəsində 4 nəfər ölüb
  • Dünən, 13:30
    Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft keçir
  • Dünən, 13:00
    Rusiya və ABŞ hərbi süni intellektlə bağlı əsas məhdudiyyətləri sənəddən çıxarıb
  • Dünən, 12:00
    Günün qoroskopu: ​Sevgi həyatınız stabil görünmür
  • Dünən, 11:21
    2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib FOTOLAR
  • Dünən, 11:00
    İrana qayıdan Pezeşkian ABŞ səfəri ilə bağlı açıqlama verib
  • Dünən, 10:30
    Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
  • Dünən, 08:42
    Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
  • Dünən, 01:37
    İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
  • Dünən, 01:21
    Azərbaycanda Anım Günüdür
  • 26-09-2026, 19:00
    Çin XİN: Si Cinpin ABŞ-ı Tayvanın müstəqilliyinə qarşı mövqeyini qorumağa çağırıb
  • 26-09-2026, 18:30
    Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib
  • 26-09-2026, 18:00
    Tokayev Xəzərdə hərbçilərin ölümündən sonra Müdafiə Nazirliyində kompleks yoxlama üçün komissiya yaradıb
  • 26-09-2026, 17:30
    Mahir Emreli: "Litvaya yaxşı nəticə qazanmaq üçün gəlmişik"
  • 26-09-2026, 17:00
    İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
  • 26-09-2026, 16:12
    Ukrayna ordusu Rostov vilayətində optik-mexanika zavodunu vurub
  • 26-09-2026, 16:08
    “Hər dialoqdan sonra sanksiya və zərbələr artır” - Pezeşkian
  • 26-09-2026, 15:54
    Pakistanda partlayış nəticəsində 11 nəfər ölüb
  • 26-09-2026, 15:40
    İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
  • 26-09-2026, 15:26
    Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
  • 26-09-2026, 15:04
    Pezeşkian: Yaxın Şərqin "polis"ə ehtiyacı yoxdur
  • 26-09-2026, 14:59
    “Liv Bona Dea” və Mərkəzi Klinikanın həkimləri Dambrauskası ələ saldı - Fotolar
  • 26-09-2026, 14:46
    "Formula 1" üzrə Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
  • 26-09-2026, 13:41
    Milli Məclisin komissiyası: Türkiyədə Azərbaycana qarşı kampaniya münasibətləri hədəf almaq məqsədi daşıyır
  • 26-09-2026, 13:35
    Bakıda direktora etiraz edən şagirdlər dərsə getmədi - TƏFƏRRÜAT
  • 26-09-2026, 13:27
    Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
  • 26-09-2026, 13:14
    “Mənə iş verin, 5 ildir eyni sözü eşidirəm” - Qazi KÖMƏK İSTƏYİR
  • 26-09-2026, 12:10
    Laçında traktor minaya düşüb
  • 26-09-2026, 12:05
    Maşının çəninə dizel əvəzinə benzin tökdülər və... - MÜRACİƏT
  • 26-09-2026, 11:40
    II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda sənədlər mübadilə edilib
  • 26-09-2026, 11:28
    “Robert Əyyubov şirkətimizi əlimizdən aldı” - Mahirə Əsədova Prezidentə müraciət etdi
  • 26-09-2026, 11:09
    Forumda iştirak edən qurumların aktivləri 30 trilyon dollara çatır
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə