• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

ADP İDARƏ HEYƏTİNİN NÖVBƏTİ TOPLANTISI KEÇİRİLİB

Siyasət

17-03-2025, 19:08

AZƏRBAYCAN DEMOKRAT PARTİYASI
İNFORMASİYA BÜLLETENİ № 13
17 MART 2025-Cİ İL.



ADP Rusiya ilə yalnız qarşılıqlı-faydalı əməkdaşlığın tərəfdarıdır, bundan uzağa gedən əməkdaşlığı Azərbaycanın dövlət maraqlarına uyğun hesab etmir…

Bu gün ADP İdarə Heyətinin ölkə və beynəlxalaq aləmdə baş verən ictimai-siyasi hadisələrə dair növbəti toplantısı keçirilib. Toplantı iştirakçıları dünya ictimaiyyətinin diqqətlə izlədiyi Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olunması üçün ABŞ-ın moderatorluğu ilə aparılan danışıqlar müzakirə olunub. Son həftə ərzində aparılan danışıqlarda Ukraynanın atəşkəsə razı olmasına baxmayaraq, Rusiyanın bu məsələdə aydın bir mövqe ortaya qoymaması tənqid edilib. Qeyd edilib ki, Rusiya bu müharibədə işğalçı bir tərəf olduğu beynəlxalq ictimaiyyət tərəfindən, xüsusilə BMT qətnaməsi ilə tanınmalı və buna uyğun olaraq gərəkən addımlar atılmalıdır. Bu müharibənin sona çatdırılması beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin qorunub saxlanılmasına xidmət etməlidir. Əks halda Rusiyanın işğalçılıq siyasəti regional və beynəlxalq təhlükəsizlik üçün ciddi bir təhdid olaraq qalacaqdır.
İdarə Heyəti ötən həftə Suriyanın yeni hökuməti ilə kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri arasında imzalanan müqavilə ətrafında müzakirə aparıb. Müzakirələrdə müqaviləyə əsasən kürdlərin Suriyanın mərkəzi hakimiyyətinin təhlükəsizlik qüvvələrinə qoşulması təqdir edilib. Qeyd edilib ki, bu hadisə Suriyada vətəndaş sülhünə və əmin-amanlığa böyük töhvədir. Bu proseslərdə Türkiyənin oynadığı rol uğurlu bir siyasət kimi dəyərləndirilib və bu siyasətin Türkiyə tərəfindən Cənubi Qafqazda da reallaşdırılması arzuolunan hesab edilib.
İdarə Heyəti ötən həftə Azərbaycan rəsmi dairələri, o cümlədən Ermənistan rəsmi orqanları tərəfindən tərəflər arasında sülh müqaviləsinin mətninin tam razılaşdırılması ilə bağlı verilən açıqlamanı təqdir edib. İdarə Heyəti hesab edib ki, sülh müqaviləsi bölgənin təhlükəsizliyi naminə tez bir zamanda imzalanmalıdır. Müzakirələr zamanı istər Ermənistan, istərsə də Azərbaycan mediasında iki dövlət arasında müharibənin başlayacağı ilə bağlı yalançı materialların verilməsi tənqid edilib, bu hadisəni bölgədə sülhün yaranmasında maraqlı olmayan dairələrin fəaliyyətinin nəticəsi kimi dəyərləndirilib və bu tipli hərbi ritorikaya son qoyulmasının vacibliyi qeyd edilib.
İdarə Heyəti son zamanlar bir sıra Avropa və Qərb institutlarının həbsdə olan erməni əsilli separatçıların azadlığa buraxılması ilə bağlı Azərbaycan dövlətinə ünvanlanan çağırışları və təzyiqləri ətrafında müzakirələr aparıb. Müzakirələrdə qeyd edilib ki, Azərbaycan dövlətinə və xalqına qarşı xəyanət etmiş, ağır və xüsusilə ağır hərbi cinayətlər törətmiş erməni əsilli Azərbaycan vətəndaşlarının məhkəməsi şəffaf şəkildə həyata keçirilir, Qərbin və Avropanın bu şəxslərin azadlığa buraxılması ilə bağlı Azərbaycana təzyiqləri qəbuledilməzdir, həmin şəxslər ən ağır qaydada məsuliyyətə cəlb olunmalıdır. Anoloji hadisələrin Avropada olduğu zaman hərbi cinayətlərdə, separatçılıqda ittiham edilənlər ağır qaydada cəzalandırıldığı halda, Azərbaycana münasibətdə isə bu hadisələrə ikili stardartlı mövqenin ortaya qoyulması beynəlxalq hüququn mahiyyətinə ziddir və siyasi motivlidir.
İdarə Heyəti son zamanlar ölkədə vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinə, siyasi fəallara və media təmsilçilərinə qarşı həyata keçirilən həbslərdən bir daha narahatçılığını ifadə edib, indiki beynəlxalq şəraitdə Azərbaycana qarşı Qərbin və Avropanın təzyiqlərini yumşaltmaq məqsədilə həbsdə olan siyasi məhbuslar azad olunmasının, ümumiyyətlə siyasi motivli həbslərdə həbs qətimkan tədbirinin tətbiqini daha yüngül qətimkan tədbirləri ilə əvəz edilməsinin vacibliyi qeyd edilib.
İdarə Heyəti həmçinin ötən həftə Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun 9 il müddətinə azadlıqdan məhrum edilməsini də pisləyib, bu həbsi siyasi motivli olduğunu bildirib, indiki beynəlxalq şərtlər daxilində ölkədə vətəndaş həmrəyliyi istiqamətində edilən cəhdlərə zərbə kimi dəyərləndirib.
İdarə Heyəti qarşıdan gələn Novruz və Ramazan bayramı ərəfəsində ölkə başçısını humanistlik göstərərək siyasi məhbusları da əhatə edən geniş əfv fərmanı imzalamağa çağırıb. Hesab edilib ki, bu addım ölkədə milli həmrəyliyin möhkəmləndirilməsinə böyük töhvə olardı.
İdarə Heyətində ABŞ-ın Yəməndə Husilərə qarşı keçirdiyi hərbi əməliyyatı müzakirə olunub, həmin əməliyyatlar zamanı dinc insanların da həlak olmasından narahatçılıq keçirən müzakirə iştirakçıları, ABŞ prezidenti D.Trampın Rusiya-Ukrayna cəbhəsində sülhə çağırış etdiyi bir zamanda Yəməndə dinc insanların tələfatı ilə nəticələnən hərbi əməliyyatlar keçirməsini dünyadakı münaqişələrə ABŞ-ın ikili standartdan yanaşmasının təzahürü kimi qiymətləndirib. Hesab edilib ki, ABŞ Yaxın Şərqdəki bu münaqişənin də sülh yolu ilə nizama salınmasına çalışmalıdır.
İdarə Heyəti son zamanlar Azərbaycan-Rusiya münasibətlərində olan soyuq münasibətlərin normal məcraya yönləndirilməsi istiqamətində Rusiya tərəfindən atılan addımlar ətrafında da müzakirə aparıb. Müzakirələrdə Rusiya rəsmi şəxslərinin Azərbaycana səfərini iki dövlət arasında yaranmış soyuq münasibətlərin yoluna qoyulması istiqamətində edilən müsbət cəhd kimi dəyərləndirilib, eyni zamanda qeyd edilib ki, bizim Türkiyə və Pakistan kimi strateji müttəfiqlərimizin olduğu halda, Rusiya ilə yalnız qarşılıqlı-faydalı əməkdaşlığın tərəfdarıyıq, bundan uzağa gedən əməkdaşlıq Azərbaycanın dövlət maraqlarına uyğun deyil.
İdarə Heyəti sonda qarşıdan gələn Novruz Bayramı münasibəti ilə Azərbaycan xalqına təbrik ünvanlayıb. Novruz tonqallarının artıq Azərbaycanın hər bir guşəsində yandırılması şükranlıqla qeyd edilib, ölkəmizə əmin-amanlıq, hər bir ailəyə rifah və xoşbəxtlik arzu edilib.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Dünya

12-03-2025, 18:37

Zelenski: Rusiya ABŞ-nin təklifləri ilə razı olsa, müvafiq addımlar atılacaq

Siyasət

27-01-2025, 17:50

ADP İDARƏ HEYƏTİ NÖVBƏTİ TOPLANTISINI KEÇİRİB

İqtisadiyyat

18-02-2023, 20:50

Rusiya ilə bir sıra iqtisadi sahələrdə əlaqələrin genişləndirilməsi müzakirə olunub

Siyasət

26-02-2025, 14:45

AZƏRBAYCAN DEMOKRAT PARTİYASININ XOCALI SOYQIRIMININ 33-CÜ İL DÖNÜMÜ İLƏ BAĞLI BƏYANATI

Cəmiyyət

23-05-2024, 12:13

TDT-nin Məhkəmə-Hüquq Şuraları sədrlərinin növbəti toplantısı Azərbaycanda keçiriləcək

Dünya

27-08-2022, 15:22

Rusiyanın Ukraynaya qarşı müharibəsinin əsas səbəbi nədir? - Jdanov açıqladı

Dünya

27-08-2022, 12:42

Rusiya daha raket zərbəsi endirə bilməyəcək

Siyasət

15-05-2024, 21:09

Qubad İbadoğlu siyasi fəaliyyətini dayandırdı

Dünya

22-02-2025, 12:40

Rusiya ilə ABŞ arasında növbəti görüş keçiriləcək

İqtisadiyyat

3-04-2023, 21:55

Azərbaycan və Rusiya arasında regionlararası əlaqələrin inkişaf dinamikası müzakirə olunub

Cəmiyyət

12-06-2024, 12:18

Əli Əsədov rusiyalı həmkarını təbrik edib

---

14-02-2025, 07:35

Tramp Rusiya və Ukrayna nümayəndələri ilə danışıqlar aparacağı yerləri açıqlayıb

Araşdırma
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Hadisə
24-06-2026, 16:25
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
23-06-2026, 19:00
Türkiyədə sursat anbarında partlayış olub, 2 nəfər ölüb, 2-si yaralanıb
23-06-2026, 18:00
Gürcüstanda azərbaycanlı tələbə partlayışda həlak oldu
23-06-2026, 16:31
Məktəb direktoruna kabinetində xəsarət yetirdi və cəza aldı
17-06-2026, 09:28
Ağstafa su kanalında kişi batıb
14-06-2026, 12:00
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı
Xəbər lenti
  • Bu gün, 10:23
    Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilir
  • Bu gün, 09:40
    Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
  • Bu gün, 09:15
    Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
  • Bu gün, 08:57
    Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür
  • Bu gün, 01:42
    26 İyun yürüşləri ilə əlaqədar sürücülərə xəbərdarlıq – Bakıda bəzi küçələrdə sıxlıq gözlənilir
  • Dünən, 19:00
    Azərbaycan hərbçiləri "Anadolu Qartalı - 2026" beynəlxalq təlimində iştirak edir
  • Dünən, 18:30
    Rusiya Rumıniyanın bu şəhərdəki baş konsulluğunu bağlayır
  • Dünən, 18:03
    Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edəcək
  • Dünən, 17:55
     “Aztelekom” və “Azercell”də idarəetmədə nə baş verir? – Departament müavini niyə işdən çıxarılıb?
  • Dünən, 17:36
    XİN: Ermənistanla sülh prosesinin yekunlaşdırılması üçün mövcud imkanlardan istifadə edilməlidir
  • Dünən, 17:28
    İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var - DETALLAR
  • Dünən, 17:03
    Həftəsonu Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
  • Dünən, 16:44
    İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib
  • Dünən, 16:33
    BDU-nun məzun gecəsi son anda ləğv edildi: 46 min manatlıq dələduzluq - BU NƏDİ BELƏ?
  • Dünən, 16:18
    İfşa olunan Fransa: Rəsmi Paris və deputatların cani erməni sevdası – ŞƏRH
  • Dünən, 13:10
    Sabahın hava proqnozu açıqlanıb
  • Dünən, 12:57
    Gömrük Komitəsi vəzifəli şəxslərinə 181 min manatlıq geyim alır - DETALLAR
  • Dünən, 12:42
    Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
  • Dünən, 12:38
    “AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb - TƏFƏRRÜAT
  • Dünən, 12:12
    SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir
  • Dünən, 12:01
    İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub - ETİRAZ VAR...
  • Dünən, 11:37
    İlham Əliyev sloveniyalı həmkarını təbrik edib
  • Dünən, 11:25
    FHN Qaz İxrac İdarəsinin FƏALİYYƏTİNİ YOXLAMALIDIR! - İLGİNC FAKTLAR...
  • Dünən, 11:00
    Səbinə Əliyeva: "Güclü audit sistemi korrupsiya risklərinin azaldılmasına töhfə verir"
  • Dünən, 10:47
    "Kontakt Home”, “Baku Electronics” və “Music Gallery”nin endirim kampaniyalarına inanmayın!
  • Dünən, 10:17
    Milli Məclis "Toxumçuluq haqqında" qanun layihəsini müzakirə edir
  • Dünən, 10:01
    Təkcə yeməkxanaların icarəsindən aylıq 80 MİN MANAT! - YE Kİ YEYƏSƏN...
  • Dünən, 09:34
    Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir
  • Dünən, 09:22
    “Yeməkləri evlərinə aparırlar” - İTTİHAM VAR...
  • Dünən, 08:58
    Venesuelada dağıdıcı zəlzələ itkilərə və dağıntılara səbəb olub - YENİLƏNİB
  • 24-06-2026, 19:00
    Krasnodarda helikopter qəzaya uğrayıb
  • 24-06-2026, 18:30
    İlham Əliyev Qalibafa: Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın
  • 24-06-2026, 18:14
    Əli Əsədov Numan Kurtulmuşla görüşüb
  • 24-06-2026, 18:04
    Azərbaycanlılar Tbilisi vağzalında qalıb - Qatar biletləri tapılmır, ADY cavab vermir...
  • 24-06-2026, 17:42
    "Azərikard" kart hesablarındakı problemlə bağlı açıqlama yayıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə