Sizin reklam burada 728×90
Son dəqiqə

Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik

09.08.2025 09:24 303 1 dəq oxunur
Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik
Bu gün biz Ermənistanla Azərbaycan arasında münasibətlərdə mühüm irəliləyiş əldə etmişik.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda ABŞ və Azərbaycan liderləri ilə birgə bəyanatla çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu gün Ermənistanla Azərbaycan arasında daha yaxşı tarixin təməli qoyulur: “Bu dönüş nöqtəsi Prezident Trampın şəxsi iştirakı və onun regionumuzda sülhün bərqərar olmasına qətiyyətli sadiqliyi olmadan mümkün olmazdı”.

Paşinyan vurğulayıb ki, bugünkü bəyannamələrin imzalanması Cənubi Qafqazda sülh, təhlükəsizlik, firavanlıq və iqtisadi əməkdaşlıq səhifəsi açıldığına inam və təminat verir.

O, Trampa Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanmasında nəticə əldə etmək üçün göstərdiyi vasitəçilik səylərinə görə təşəkkür edib: “Bu, ölkələrimiz, region və dünya üçün uğurdur”.

“Hesab edirəm ki, Prezident Tramp Nobel Sülh Mükafatına layiqdir. Biz bu fikrimizi qoruyacaq və bu istiqamətdə səylər göstərəcəyik. Hər şey göz qabağındadır. Bugünkü hadisə də buna sübutdur”, - Paşinyan əlavə edib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az