• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Ermənistanda dəyişməyən rejim – Qərbin görməzlikdən gəlmə taktikası - ŞƏRH

Siyasət

4-12-2025, 16:16

Qərb Ermənistana münasibətdə ənənəvi görməzlikdən gəlmə taktikasını davam etdirir. Son günlər Avropa İttifaqı (Aİ) başda olmaqla bu blokun rəsmi İrəvanla görüşləri, anlaşmaları artıb.

Ötən gün İrəvan və Brüssel Azərbaycanla müvəqqəti sərhəddə Aİ mülki müşahidə missiyasının (EUMA) iştirak müddətini Ermənistanın ehtiyac və tələbatından asılı olaraq qoruyub saxlamağa razılaşıblar. Bu, 2025-ci il dekabrın 2-də Brüsseldə qəbul edilən "Ermənistan-Aİ Tərəfdaşlığının Strateji Gündəliyi" sənədində əks olunub. Sənəddə Azərbaycanla sərhəd boyunca "təhlükəsizlik vəziyyətinə" nəzarət və hesabatların təqdimatı, Ermənistanın münaqişədən "təsirlənmiş" bölgələrində insanlara kömək edilməsi, regionda sülh və sabitliyə dəstək məqsədilə etimadın möhkəmləndirilməsi üçün Avropa İttifaqının Ermənistandakı Missiyasının (EUMA) tam operativ potensialını təmin etmək göstərilir.

Bu missiya Azərbaycanın razılığı olmadan 2023-cü il fevralın 20-də qısa müddətə fəaliyyətə başlayıb. Aİ Şurası 2025-ci il yanvarın 30-da müşahidə missiyasının mandatını iki il - 2027-ci il fevralın 19-dək uzadıb. İndi isə bu müddətin uzadılması məsələsi rəsmi İrəvanın öhdəsinə buraxılıb. Regiondakı etimad mühitinə zərbə vura biləcək belə addım qurumun illər öncəki davranışını xatırladır. Hadisələr Azərbaycanla Ermənistan arasında vasitəçilik və başqa buna oxşar davranışlar, missiyalar tərəflərin bir-birinə inamına zərbə vurub.

Bu baxımdan, Qərb, o cümlədən, Avropa İttifaqı Şurası Cənubi Qafqazdakı vəziyyəti nəzərə almadan Ermənistana ənənəvi müdaxilə rolunu oynamağa davam edir.

Ermənistan və havadarlarının işğalından azad edilmiş ərazilərdə Azərbaycan quruculuq işlərini, yerli sakinlərin evlərinə qayıtması prosesini həyata keçirir.

Ermənistanda dəyişməyən rejim – Qərbin görməzlikdən gəlmə taktikası - ŞƏRH

Məlumata görə, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə ən azı 9 milyard manat xərcləyib. Bütün bu işlər üçün Azərbaycana Qərb blokundan, Avropa İttifaqından heç bir yardım ayrılmayıb.

Bununla belə, Aİ-nin genişlənmə siyasəti üzrə Avropa komissarı Marta Kos bildirib ki, İttifaq Ermənistan və Gürcüstan arasında yeni elektrik xəttinin layihəsinə 500 milyon avro yatırmaq istəyir. Onun sözlərinə görə, bu məqsədlə layihə artıq imzalanıb.

Başqa bir istiqamətə diqqət edək. Ali komissar Marta Kos Brüsseldə bir qrup erməni jurnalistlə görüşdə bildirib ki, Aİ Ermənistana hibrid hücumlara qarşı mübarizə üçün 12 milyon avro verməyə hazırdır.

Avropa İttifaqı Ermənistana 2026-cı ilin yayında keçiriləcək parlament seçkiləri ərəfəsində mümkün hibrid təhdidlərə qarşı mübarizədə və kibertəhlükəsizliyin gücləndirilməsində kömək etmək niyyətindədir.


Ali komissar izah edib ki, bu dəstək Ermənistanın müvafiq qurumlarının hibrid təhdidləri proqnozlaşdırmaq və onlara qarşı tədbirlər görmək imkanlarını artıracaq. O əlavə edib ki, bu məbləğ təkcə Ermənistan hökuməti üçün nəzərdə tutulmayıb, həm də vətəndaş cəmiyyəti və media tərəfindən istifadə edilə bilər.

Bununla Avropa İttifaqı 2026-cı ilin yayında Ermənistanda keçirilməsi nəzərdə tutulan parlament seçkiləri prosesinə "informasiya təhlükəsizliyini təmin etmək" adı altında müdaxilə edir. Həmin məbləğin açıqlanan istiqamətə deyil, seçkiqabağı təşviqat-təbliğat kampaniyasına xərclənəcəyi ehtimal da var.

Brüssel Ermənistan KİV nümayəndələrini qəbul etdiyi halda rəsmi İrəvanın jurnalistlərə təzyiqlərinə dair hadisələrə münasibət bildirmir.

Bu günlərdə jurnalist təşkilatları Ermənistanda hakimiyyətin "Antifake" media resursuna qarşı addımları pisləyən açıqlama yayıb. Bildirilib ki, hüquq-mühafizə orqanları KİV təmsilçilərini məsuliyyətə cəlb edərkən təhqirlərə yol verir, güc tətbiq edirlər. Jurnalist təşkilatları hüquq-mühafizə orqanlarından media əməkdaşlarına qarşı belə davranışdan çəkinməsini istəyiblər. Bəyanat müəllifləri hakimiyyət orqanlarının redaksiyaya məxsus kompüter və başqa texniki avadanlığı müsadirə etmələrini qanun pozuntusu sayıblar: "Şübhəsiz, söyüşlər, təhqirlər, nifrət dolu ifadələr və təhdidlər hüquqi cəhətdən qiymətləndirilməlidir. Bu davranış cəmiyyətdə ünsiyyətin elementar normaları ilə bir araya sığmır".


Jurnalist təşkilatı nümayəndələrinin qənaətincə, hüquq-mühafizə orqanlarının KİV-ə belə münasibəti müxalif platformanın fəaliyyətinin pozulmasına gətirib çıxarıb: "Belə hərəkətlər qınanılmalıdır və demokratiyaya can atan dövlət anlayışına uyğun deyil". Eyni zamanda, onlar ictimai sektorda, xüsusilə, sosial şəbəkədə, KİV-də təhqirləri və söyüşləri qəbuledilməz hesab edib və pisləyiblər.

Rəsmi İrəvan və Qərb birlikdə Ermənistandakı hakimiyyəti "demokrat" təqdim etməklə ölkədə avtoritar və diktator rejimin yaranmasına yardım edirlər. Ona görə də bu kimi halları Ermənistanda qüsurlu hadisə, çox vaxt cəzasız qalan və cəmiyyətin bölünməsini, qütbləşməsini daha da dərinləşdirən, dözümsüzlük və azğınlıq yayan hal sayılır.

Noyabrın 16-da Ermənistanda bəzi bölgələrdə seçkilər keçirilib. Bu siyasi kampaniyada Baş nazir Nikol Paşinyanın başçılıq etdiyi "Vətəndaş Müqaviləsi" Partiyasının üstünlük əldə etdiyi bildirilirdi. Seçkidən sonra Ağsaqqallar Şurası quruma sədr seçir. Yerli "Qraparak"qəzetinin yazdığına görə, hökumət ölkənin ikinci ən böyük şəhərində, Gümrüdə öz adamını sədr seçdirmək istəyir. Ona görə də müxalifətdən olan şura üzvlərini həbs etməklə iddiaçılar sırasından çıxarmağa çalışır. "Qraparak" hadisəni hökumətin Gümrüdə "yerli hakimiyyəti ələ keçirmək" cəhdi olaraq dəyərləndirib. Belə ehtimal etmək olar ki, hökumət bununla da gələn ilin yayında keçiriləcək parlament seçkilərinə bu bölgədə təsiri öz əlinə almağa çalışır.


Başqa sözlə, rəsmi İrəvan Qərbin seçkilər üçün ayırdığı yardımlardan müxalifəti, müxalifət düşüncəni susdurmaq, onu tamamilə sıradan çıxarmaq üçün istifadə edə bilər.

Ayrı-ayrı rayon və şəhərlərdə iqtidaryönlü yerli seçkili orqanlarda hakimiyyətin ələ keçirilməsi yaydakı siyasi kampaniyanın taleyini indidən həll etmək məqsədi daşıyır. Bu səbəbdən siyasi-ideoloji mövqeyindən asılı olmayaraq, müxalifət neytrallaşdırılır, zəiflədilir, habelə, sıradan çıxarılır.

Nikol Paşinyanla birlikdə may inqilabında iştirak etmiş milyarder Qagiq Tsarukyana qarşı da ittihamlar irəli sürülüb. Bu kimi nüfuzlu ictimai-siyasi fərdlərə qarşı təzyiqlər onların qarşıdan gələn parlament seçkilərində rəqiblərinin birdəfəlik susdurulması taktikasına xidmət edir.

Ermənistanda kilsə bütün mənalarda böyük qüvvə sayılır. Bu qurumun rəhbərliyinə qarşı hakimiyyət sanki "səlib yürüşünə" keçib.

Paşinyan və komandası kilsə rəhbərliyinə müxtəlif istiqamətlərdə hücum etməklə orada öz hakimiyyətini tətbiq etməyə çalışır. Baş nazir dekabrın 7-də liturgiyanı Eçmiədzində deyil, Şirak viləyətində Müqəddəs Akop Msbnetsi kilsəsində edəcək. Bu mərasimin keşiş Ruben tərəfindən həyata keçirilməsini istəsələr də, həmin gün liturgiyanı rektor Varujhan Terteryan keçirəcək. Ruben Baş nazirin kilsəyə gəlib-gəlməyəcəyini dəqiq bilmədiyini söyləyib: "Kraldan hara getməyi və ya nə etməyi soruşmurlar. Kral əmr verir".

Ondan "Nikol Paşinyanı kral hesab edir?" deyə soruşublar. "Nə? O, birinci şəxsdir", - cavabını verib.

Bu günlərdə Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mixailin həbs edilməsi də keşiş Rubenin ehtiyatlı davranması, açıqlama verməsinin səbəblərindən sayılır.

Ermənistan hüquq-mühafizə orqanları Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etmiş, yaxud ermənilərin və havadarlarının işğalçı əməllərini müdafiə etmiş bəzi keşişləri həbs edib. Bu, heç də rəsmi İrəvanın Azərbaycanla münasibətlərin normallaşmasına mane olan kilsə nümayəndələrinin cəzalandırılması demək deyil. O, bu addımı rəqibləri sıradan çıxarmaq prinsipi ilə həyata keçirir. Çünki onlara qarşı irəli sürülən heç bir ittihamda həmin məsələyə dair maddə öz əksini tapmayıb.



Bu baxımdan, Ermənistan hökuməti kilsə rəhbərliyini də özününküləşdirməyi hədəfləyib. Halbuki bu ölkədə din dövlətdən ayrıdır, onun idarə edilməsində iştirak etmir və s.

Hakimiyyət təsir imkanlarını gücləndirmək məqsədi ilə yeni addımlar atır. Bu gün Nikol Paşinyan bildirib ki, məhkəmələrdə olan cinayət işləri çərçivəsində Ermənistanda təsir agentlərinin şəbəkələri tamamilə aşkarlanıb. Paşinyan çıxışında rəqibləri sıradan çıxardığını da etiraf edib:" Daxili siyasi həyatda niyə fırtınalar yoxdur? Fırtınalar var, ancaq qəhvə fincanında. Çünki bu təsir agentləri, maliyyə mənbələri , hibrid alətlər neytrallaşdırılır".

Bütün bunlar Ermənistanda Qərbin maliyyə, siyasi, hüquqi dəstəyi ilə reallaşır.

Bu kimi faktlar aşağıdakıları ehtimal etməyə əsas verir:

- Ermənistanda Qərbin dəstəyi və sponsorluğu ilə avtoritar rejim qurulur;

- müxalifət sıradan çıxarılır;

- söz və mətbuat azadlığı məhdudlaşdırılır, KİV nümayəndələri həbs olunur;

- vətəndaşların vicdan azadlığı hüququ pozulur. Hökumət kilsənin fəaliyyətinə müdaxilə edir;

- hökumətə yaxın olmayan tanınmış iş adamları ittiham olunur;

- iqtisadi, siyasi, mənəvi repressiyalar artır;

- hökumətə qarşı fərqli mövqe sərgiləyənlər təqib olunur;

- Qərb dövlətləri, oradakı beynəlxalq hüquq müdafiəçiləri Ermənistanda söz, vicdan, iqtisadi azadlıqların pozulmasına reaksiya vermir və başları.

Belə bir şəraitdə isə Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə bildirib ki, ölkəsində bir adamın deyil, xalqın hakimiyyəti var: "Xalq öz hakimiyyətini azad seçkilərlə formalaşdırır. Xalqın hakimiyyəti dayandırıla bilməz. O, sarsılmazdır və şübhə altına alına bilməz".

Ancaq reallıq fərqli mənzərədən xəbər verir. Çünki müxalifətin, kilsə liderlərinin, iş adamlarının, KİV nümayəndələrinin sıxışdırılması, tutulması, təqib olunub təzyiqlərə məruz qalması, bələdiyyə üzvlərinin həbsi, hökumət tərəfindən yerlərdə hakimiyyətin ələ keçirilməsi kimi hadisələr Paşinyanın açıqlaması ilə təzad təşkil edir.(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

27-02-2024, 14:50

Zelenski İrəvana niyə gəlir? - Məqsəd Rusiyanı qıcıqlandırmaqdır...

Gündəm / Siyasət

18-01-2024, 10:55

MM Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yaydı

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

30-11-2024, 16:30

Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ

Gündəm / Siyasət

23-10-2024, 16:34

Fürsətcil Ermənistan - sanksiyalardan necə yan keçilir? - ŞƏRH

Siyasət

25-08-2022, 20:31

Əliyev diqtə, Paşinyan icra edəcək: Putin İrəvana “Brüssel zərbəsi”ni bağışlamaz

Gündəm / Siyasət

1-08-2024, 15:13

Türkiyə-Ermənistan birbaşa danışıqları – Ankaranın dəyişməyən mövqeyi - ŞƏRH

Gündəm / Siyasət

11-12-2024, 14:49

Ermənistanın yeni avantürası: Aİ-yə üzvlük prosesinə başlanılması - ŞƏRH

Siyasət

1-10-2023, 18:34

Yeni tarixi mərhələ: Naxçıvan reallıqları və çağırışlar - FOTOLAR

Siyasət

28-11-2024, 16:14

Qərbin növbəti planı: Ermənistan yeni avantüraya sürüklənir - ŞƏRH

Araşdırma
Xaçmazda vakansiya niyə gizlədildi? – 9 nömrəli məktəbdə biologiya dərsi kimə və necə verildi?
Zərgərlik mağazalarından oğurluq edən qadın saxlanıldı - VİDEO
İKZF Xəlil Göyüşovdan 152 milyon manatlıq yaşayış sahəsi alır
“Vüsal 300“ yenə köhnə ampulasında – Yüksək faiz, qanunsuz lizinq
Fuad Qəhrəmanlı axtarışa verildi
Şəhid anası imtahandan kəsildi, imtiyazsız namizəd imtahansız işə götürüldü – Quba-Xaçmaz RTİ-də qəribə kadr seçimi
Hadisə
27-02-2026, 14:47
Bakıda elektrovozla yük avtomobili toqquşub, ölən var
25-02-2026, 18:35
Özünü televiziya əməkdaşı kimi qələmə verib pul tələb edən şəxs saxlanılıb
24-02-2026, 15:25
Cəlilabadda itkin düşən 26 yaşlı qadın axtarılır
22-02-2026, 15:00
Gəncədə 3 yaşlı uşaq xəstəxanada öldü
21-02-2026, 16:14
Zabratda mağaza və evlərdən silsilə oğurluq edən şəxs saxlanılıb
19-02-2026, 20:16
Gəncədə külək işıq dirəyini aşırıb, iki avtomobilə zərər dəyib - FOTO/VİDEO
Xəbər lenti
  • Dünən, 19:17
    Şabran sakini iddia edir: Dəmiryolu tikintisi zamanı evinə ziyan dəyib, vədlər yerinə yetirilməyib —VİDEO
  • Dünən, 18:38
    İsrail ordusu Livanda Hizbullah hədəflərinə yenidən zərbələr endirir
  • Dünən, 18:27
    Abşeron Gənclər Şəhərciyinə gedən yolu da satdılar?-Videofakt
  • Dünən, 18:03
    Xameneinin həyat yoldaşı hava hücumlarında aldığı xəsarətlərdən ölüb
  • Dünən, 17:54
    Anar Rzayevin fəaliyyəti yoxlanılır
  • Dünən, 17:33
    Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
  • Dünən, 17:12
    Xəzər rayonu İH... SƏNİN İŞLƏRİN BULANIQDIR! - BU NƏDİ BELƏ?
  • Dünən, 16:46
    İranın zərbələri "QatarEnergy"nin zavodlarında istehsalın dayanmasına səbəb olub
  • Dünən, 16:25
    Bir məmuru heç düşməni də belə biabır edə bilməzdi: Guya mükafat alır – VİDEO
  • Dünən, 16:07
    İlham Mirzəliyev İmişlidə vətəndaş qəbulu keçirəcək
  • Dünən, 15:55
    "Haqqımı tələb edəndə məni təhqir etdilər..." - NARAZILIQ VAR...
  • Dünən, 15:23
    Qətər XİN: İran ərazimizə endirdiyi aviazərbələrə görə cavab verməli olacaq
  • Dünən, 15:16
    Xaraba qoyulan Yasamalın YİYƏSİ YOXDUR? - səkidə 5 mərtəbə BİNA TİKDİLƏR!
  • Dünən, 15:01
    Azərbaycan və Türkiyə XİN başçıları: Regional eskalasiyanın daha geniş coğrafiyaya yayılması yolverilməzdir
  • Dünən, 13:51
    Gəncədəki Cümə məscidinin təmir-bərpasına 1,6 milyon manat ayrılıb
  • Dünən, 13:44
    Dillər Universitetində təqaüd "baryeri"... - Təqaüd üçün minimal bal necə müəyyən edilir?
  • Dünən, 13:25
    İran Küveytdəki ABŞ aviabazasına və Hind okeanındakı gəmilərə zərbələr endirib
  • Dünən, 13:12
    Arif Abbasovun Yaqub Eyubovla nə əlaqəsi? 5 saylı Magistral Yolların İstismarı MMC-də də mənimsəmələr olub
  • Dünən, 13:03
    Abşeronda şəkər xəstələrinin dərmanı verilmir?
  • Dünən, 12:51
    Sabah yağış yağacaq - PROQNOZ
  • Dünən, 12:21
    İranda ölənlərin dəqiq sayı bilinmir - AÇIQLAMA
  • Dünən, 12:05
    İran Təl-Əvivdə hökumət kompleksini, Hayfa və Şərqi Yerusəlimdə hərbi obyektlərə raket zərbələri endirir
  • Dünən, 11:56
    Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ
  • 1-03-2026, 17:00
    Netanyahu: İranda minlərlə hədəfə zərbələr endirəcəyik
  • 1-03-2026, 16:00
    Azərbaycanın 53 vətəndaşı İrandan təxliyə edilib
  • 1-03-2026, 15:30
    Ceyhun Bayramov Abbas Əraqçiyə Əli Xameneinin və mülki insanların ölümü ilə bağlı başsağlığı verib
  • 1-03-2026, 15:00
    KİV: ABŞ-nin Karaçidəki konsulluğunun yaxınlığındakı atışmada 10 nəfər ölüb
  • 1-03-2026, 14:00
    MEDİA Yaxın Şərqdəki hərbi əməliyyatlarla bağlı jurnalistlərə müraciət edib
  • 1-03-2026, 13:30
    İranda öldürülən yüksəkvəzifəli şəxslərin adları açıqlanıb
  • 1-03-2026, 13:00
    Bu gün AZƏRTAC-ın 106 yaşı tamam olur
  • 1-03-2026, 12:00
    Xameneinin ölümündən sonra İrana rəhbərlik edəcək şəxslərin kimliyi açıqlanıb
  • 1-03-2026, 11:30
    KİV: ABŞ İrana planlaşdırılan hücumlar barədə ərəb müttəfiqlərini əvvəlcədən xəbərdar edib
  • 1-03-2026, 11:00
    Azərbaycan Premyer Liqası: Lider "Sabah" "Qarabağ"la qarşılaşacaq
  • 1-03-2026, 10:30
    Xameneinin ailə üzvlərinin ölüm xəbərləri təsdiqlənib
  • 28-02-2026, 16:00
    Rusiya XİN ABŞ və İsrailin İrana zərbələrini pisləyib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə