• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

ABŞ-İran münasibətlərində həll yolu: diplomatiya, yoxsa hərbi aksiya - ŞƏRH

Siyasət

14-01-2026, 16:23

İranda iqtisadi, sosial məsələlərlə bağlı başlayan etiraz aksiyaları yatırılır. Aksiyalar əvvəlki gücünü saxlaya bilmir. Onlara qarşı güc tətbiqi nəticəsində yüzlərlə ölən və yaralananların olduğuna dair xəbərlər də yayılıb. Saxlanılan və həbs olunanlarla bağlı dəqiq məlumat yoxdur.

İranda İnsan Hüquqları Müdafiəsi Təşkilatının (HRANA) yaydığı məlumata əsasən, etirazlar zamanı ən azı 2571 nəfər ölüb. Ölənlərin 2403-ü etirazçı, 147-si dövlət strukturları ilə əlaqəli şəxslər, 12-si yetkinlik yaşına çatmayan, 9-u isə etirazlarda iştirak etməyən adi vətəndaş olub.

ABŞ Dövlət Departamenti bildirib ki, 10 600-dən çox İran vətəndaşı həbs edilib. Onların arasında 26 yaşlı İrfan Soltani də var. Onun barəsində məhkəmə edam hökmü çıxarıb. Açıqlamaya əsasən, İrfan Soltaninin ittihamı üzrə heç bir hüquqi prosesə əməl edilməyib. O, vəkillə təmin olunmayıb. Qısa və formal bir məhkəmə ilə barəsində edam hökmü çıxarılıb.

Dövlət Departamenti qeyd edib ki, İ.Soltani edama məhkum edilən ilk etirazçı olsa da, belə hökmlərin davam edəcəyi istisna deyil.

ABŞ-İran münasibətlərində həll yolu: diplomatiya, yoxsa hərbi aksiya - ŞƏRH

Hakimiyyətin məhkəmə orqanının belə tələsik hökm çıxarması 1979-cu il fevral inqilabının ilk illərini xatırladır. O zaman əks-inqilabçı qüvvələr barəsində hökmü "komitə" deyilən azsaylı kiçik qrup çıxarar və çox qısa müddətdə icra olunardı.

Yeri gəlmişkən, İranın helikopter qəzasında ölmüş Prezidenti İbrahim Rəisi də bu komitənin üzvü olub. Onun cəmiyyətdə ləqəbi "Qəssab" idi. Rəisi müxtəlif vəzifələrdə işləsə də, o bu ləqəblə tanınıb. İbrahim Rəisi 1980-ci illərdə İranın siyasi məhbuslarının edamında "ölüm komissiyasında" oynadığı rola görə belə adlanıb...

Etiraz aksiyaları zamanı İslam Respublikası Ali Məhkəməsinin sədri, ETTELAAT-ın keçmiş naziri Qulamhüseyn Möhsüni-Ejei bildirib ki, "iğtişaşlarla bağlı işlərə" baxılması qurum üçün prioritet məsələdir. O, təhlükəsizlik qüvvələrini "öz fəaliyyətlərini sənədləşdirməyə və əsaslandırmağa" çağırıb. Hakim və prokurorların etirazların qarşısının alınması və dayandırılması üçün lazımi köməkliyi göstərəcəklərini də vurğulayıb.

ETTELAAT-ın keçmiş şefinin bu açıqlamasından da görünürdü ki, hakimiyyəti saxladığı və həbs etdiyi etirazçılara qarşı sərt tədbirlər görəcək. Habelə, beynəlxalq ictimaiyyət qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etdiyini nümayiş etdirmək üçün "sənədləşdirmə və əsaslandırma" işlərinin görülməsi tapşırığı verilib. İrfan Soltani barəsində çıxarılmış məlum hökm hakimiyyətin bu məsələdə "operativliyinin" göstəricisi sayıla bilər.

Belə ehtimal etmək olar ki, hakimiyyət edamları ictimaiyyətin gözü qarşısında həyata keçirəcək. O bununla cəmiyyətə sanki "etiraz edənləri dar ağacı gözləyir" ismarışı göndərir.

Ancaq 2022-ci ildə hakimiyyətin tətbiq etdiyi hicab qaydalarına etiraz aksiyalarında iştirak etmiş şəxslər barəsində də bu hökm çıxarılmışdı. Onların bir çoxu hələ də həbsxanadadır.

Yeri gəlmişkən, İslam Respublikası müasir tarixində kütləvi etiraz aksiyalarında azı 12 min iştirakçını qətlə yetirib. Ən çox etirazçı ölümü bu ilin yanvarında keçirilən aksiyalara təsadüf edir. Hakimiyyət qüvvələrinin 3000-ə qədər etirazçını öldürdüyünə dair məlumat yayılıb.

Tehranın etirazçıları qətlə yetirməsinə, dar ağacından asmasına, həbs etməsinə, sürgünə göndərməsinə baxmayaraq, cəmiyyət İran İslam Respublikası quruluşuna, hakimiyyətinə, rəhbər və rəhbərliyinə qarşı etiraz edir.

Bundan başqa, ABŞ rəsmiləri iddia ediblər ki, İrandakı indiki hakimiyyət mindən çox amerikalı hərbçini qətlə yetirib. Bildirilib ki, 1983-cü ildə Livanın paytaxtı Beyrutda ABŞ və Fransanın sülhməramlı kontingentinin kazarmasına hücum nəticəsində 241 amerikalı, 58 fransalı ölüb.

Odur ki, ABŞ-nin İrandakı hakimiyyətlə daha çox öz haqq-hesabı var. Onun etiraz aksiyalarını dəstəkləməsi və Donald Trampın bununla bağlı açıqlamaları da bundan doğur.

ABŞ Prezidenti bildirmişdi ki, İranda etirazçılar edam olunarsa, Ştatlar sərt cavab verəcək. Ötən gün o, "Truth Social" səhifəsində İran cəmiyyətini hakimiyyəti ələ keçirməyə çağırıb: "İranlı vətənpərvərlər, etirazlarınızı davam etdirin, müəssisələri, idarələri ələ keçirin!!! Qatillərin və təcavüzkarların adlarını unudun. Onlar bunun bədəlini ağır ödəyəcəklər".

Bunun ardınca o, etirazçıların dəstəksiz qalmayacağını və "köməyin yolda" olduğunu vurğulayıb. Donald Tramp nümayişçilərə qarşı zorakılıq dayandırılanadək Tehran rəsmiləri ilə bütün görüşləri ləğv etdiyini bildirib.

ABŞ liderinin "yolda olan köməyi" nə ola bilər? İlk olaraq ağıla hərbi güc gəlir. Buna onun əsası da yox deyil. Çünki etiraz aksiyalarının yatırlmasında başlıca rolu İnqilab Keşikçiləri Qvardiyası (Sepah) və onun əsas kadr bazası sayılan bəsicin oynadığı istisna edilmir. Ağ Ev Sepahı terrorçu təşkilatlar siyahısına daxil etdiyindən bu silahlı quruluşun qərargahlarına, təlim düşərgələrinə, rəhbərlərinə, eləcə də bəsicin bazalarına qərargahlarına antiterror əməliyyatı adı altında zərbələr endirə bilər. Sepahın xaricdə fəaliyyət göstərən "Qüds" qoşunları ABŞ hərbçilərini qətlə yetirdiklərindən onların qisasını almaq məqsədilə də bəhs etdiyimiz addım atıla bilər.

Ancaq bu məsələdə regional amillər də nəzərdən qaçırılmır. Xüsusən, ABŞ-nin Yaxın Şərqdəki tərəfdaşları və müttəfiqləri - Türkiyə, BƏƏ, Səudiyyə Ərəbistanının bu məsələyə münasibəti nəzərə alınır.

"NBC News"un məlumatına görə, İsrail və ərəb ölkələri ABŞ Prezidenti Donald Tramp administrasiyasına müraciət edərək İrana hələlik zərbə endirməməyə çağırış edib. Bunun da öz səbəbləri var. Tehran hakimiyyəti hələ də zəifləməyib. Ona zərbələrin endirilməsinə qarşı İslam Respublikası adekvat addımlar ata, neft bazaları, yataqlar, habelə hərbi bazlara hücum edə bilər. Bundan başqa, ABŞ-nin regionda və dünyanın müxtəlif bölgələrindəki tərəfdaşlarına qarşı silahlı hücumlar təşkil edər. Bu baxımdan, hərbi əməliyyatların uğurlu nəticə verəcəyi ehtimalı çox deyil.

Bu arada, Trampın milli təhlükəsizlik məsələləri üzrə komandasının üzvləri yanvarın 13-də səhər saatlarında İranla bağlı müşavirə keçirdikləri barədə məlumat yayılıb. Tramp müşavirədə iştirak etməyib.

Bir sıra təhlükələr, itkiləri nəzərə alaraq belə qənaətə gəlmək olar ki, ən faydalı, səmərəli "silah" sanksiyaların tətbiqi və tariflərin artırılmasıdır. Bu iki tədbir İran hakimiyyətinin bütün istiqamətlərdə vəziyyətini ağırlaşdırar. Görünür, ona görə də Ağ Evin indiki sahibi İranla iqtisadi-ticarət sahəsində əməkdaşlıq edən ölkələrə qarşı gömrük rüsumunu 25 faiz artırır. Ola bilər, yolda olan "kömək" budur.

"Bloomberg"in məlumatına görə, İslam Respublikasının ən mühüm ticarət tərəfdaşları Hindistan, Çin, BƏƏ və Türkiyə sayılır.

Beynəlxalq Valyuta Fondunun məlumatlarına əsasən, 2024-cü ildə Çinlə ticarət həcmi 17,8 mlrd dollar təşkil edib. İran Çinə öz neftinin, demək olar ki, 90%-ni tədarük edir. BƏƏ 16,1 mlrd. dollar göstərici ilə bu sırada ikinci yerdədir. Üçüncü yerdə 8,8 mlrd. dollarla Türkiyə, dördüncüdə isə 2,1 mlrd. dollarla Hindistan durur.

Ukraynada müharibə aparan Rusiyaya təzyiq göstərmək məqsədilə Donald Tramp bu ölkədən neft aldığı üçün Hindistana da 50 faiz gömrük rüsumu tətbiq etmişdi.

ABŞ prezidenti bir müddət əvvəl bildirmişdi ki, Ağ Ev etirazçıları dəstəkləmək üçün İranda atacağı addımlarla bağlı variantları təhlil edir: "Hərbiçilər vəziyyəti öyrənirlər və bəzi çox güclü variantları nəzərdən keçiririk".

Trampın mətbuat katibi Kerolain Levitt bildirib ki, ABŞ prezidenti etirazların sərt yatırılmasına görə İrana qarşı hava zərbələri də daxil olmaqla istənilən tədbiri nəzərdən keçirir, ancaq "ilk variant" olaraq diplomatiyanı görür.

Aksiyaların keçirilməsində müəyyən fasilə yarandığından ABŞ ilə İran hakimiyyəti arasında problemin diplomatik yolla həlli də gözlənilir.

Ötən gün İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi Fransa və Türkiyənin xarici işlər nazirləri ilə telefonla danışıb.

ABŞ ilə İran hakimiyyəti arasında Türkiyənin vasitəçilik etdiyi görünən qədərdir. Son sutkada Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə iki dəfə telefon danışığı aparıb. Eyni zamanda, ötən gün Hakan Fidan ABŞ-nin Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakı da qəbul edib.

Belə ehtimal etmək olar ki, ən əsas və son variant sayılan hərbi əməliyyat, yaxud tədbir öz yerində qalacaq. Çünki o, mövcud şəraitdə tətbiqdən daha çox çəkindirici taktika kimi daha çox səmərə verər. Bu baxımdan, yaxın zamanlarda Vaşinqtonla Tehranın İstanbulda bir araya gələcəyi ehtimalı az deyil. Fikrimizcə, şərtlər hələ dəyişməyib: nüvə proqramının sıfırlanması, zənginləşdirilmiş uranın saxlanıldığı yer barədə məlumatın verilməsi, ABŞ ilə birbaşa danışıqların aparılması, raket istehsalının dayandırılması.

Danışıqlar gerçəkləşərsə, o zaman ABŞ-nin şərtləri arta da bilər. Tehranın isə şərtlərin təmin olunacağı qarşılığında hakimiyyətin dəyişdirilməyəcəyi, sanksiyaların ləğvinə təminat istəməsi mümkündür. Odur ki, bu görüş baş tutarsa, etiraz aksiyalarını 12 günlük müharibənin davamı saymaq olar.(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Siyasət

25-05-2024, 19:07

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Dünya

26-02-2023, 20:44

ABŞ-ın müxtəlif şəhərlərində “Xocalıya ədalət!” məlumatlandırma aksiyası keçirilb - FOTO

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Ölkə

31-10-2024, 14:06

Əcnəbi və vətəndaşlığı olmayanlarla bağlı yeni qayda

Gündəm / Siyasət

18-01-2024, 10:55

MM Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yaydı

Siyasət

12-09-2024, 17:49

İlk səfərini İraqa edən Pezeşkianın ziyarəti və ticarəti - ANALİZ

Gündəm / Siyasət

1-03-2025, 13:39

Rusiya səfirinin Ter-Petrosyanla müəmmalı görüşü, Nikol Paşinyanın qanuni oğrularla “əməkdaşlığı” - ŞƏRH

Siyasət

4-08-2022, 14:10

Prezident 7 fərman, 1 sərəncam imzaladı

Bölgə / Sosial

24-07-2023, 10:46

ƏDALƏT HƏSƏNOV PREZIDENT ADMISTRASIYASININ DA MÖVQEYINI NƏZƏRƏ ALMADAN SƏHİYYƏDƏ GÜLÜNC VƏZIYYƏTI NIYƏ YARADIR?

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Dünən, 18:30
Bakı-Quba yolunda qəza olub, ölən var
14-10-2026, 11:26
Gədəbəydə avtomobil aşıb, ölən var
13-10-2026, 15:49
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
12-10-2026, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
11-10-2026, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
8-10-2026, 19:00
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - Yenilənib
Xəbər lenti
  • Bu gün, 12:04
    "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
  • Bu gün, 11:32
    Azərbaycan neftinin qiyməti 116 dollara düşüb
  • Bu gün, 11:22
    “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
  • Bu gün, 10:54
    Əraqçi İƏT XİN Şurasının iclasına qatılmaq üçün İraqa səfərə gedib
  • Bu gün, 10:29
    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • Bu gün, 09:52
    Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • Bu gün, 09:35
    ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
  • Bu gün, 09:23
    Füzuli şəhərinə köçürülən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
  • Dünən, 19:00
    Sabah Binəqədi şossesinin bir hissəsində hərəkətə qısamüddətli məhdudiyyət qoyulacaq
  • Dünən, 18:30
    Bakı-Quba yolunda qəza olub, ölən var
  • Dünən, 18:16
    "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
  • Dünən, 18:07
    Ukraynada keşiş 3 nəfəri güllələyib
  • Dünən, 17:30
    Əlilliyi olan şəxslər, şəhid ailələrinin mənzil və reabilitasiya xidməti ilə təmini üçün vəsaitin ayrılma müddəti uzadılıb
  • Dünən, 17:20
    Ramiz Mehdiyev YAP-dan xaric edildi
  • Dünən, 17:06
    Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb
  • Dünən, 16:34
    Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
  • Dünən, 16:22
    Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları
  • Dünən, 16:05
    Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
  • Dünən, 15:33
    Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırış edən türkiyəli jurnalist beynəlxalq axtarışa verilib
  • Dünən, 15:24
    “ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
  • Dünən, 15:01
    Sarıbay: Azərbaycanın sədrliyi AQEM-ə Asiyada təhlükəsizliyi gücləndirməyə imkan verəcək
  • Dünən, 14:00
    ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
  • Dünən, 13:30
    Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
  • Dünən, 13:15
    Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
  • Dünən, 13:02
    Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
  • Dünən, 12:56
    İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
  • Dünən, 12:47
    Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb
  • Dünən, 12:26
    Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
  • Dünən, 12:07
    MM sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivənin yaradılmasını ilk oxunuşda qəbul edib
  • Dünən, 11:54
    Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
  • Dünən, 11:36
    Sahibə Qafarova: Konstitusiya Aktının qəbulu tarixi-əlamətdar hadisə olub
  • Dünən, 11:23
    Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
  • Dünən, 11:15
    "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
  • Dünən, 10:54
    Azərbaycan nefti 5 dollardan çox ucuzlaşıb
  • Dünən, 10:45
    “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə