Sizin reklam burada 728×90
Son dəqiqə

Prezident: Bu gün BƏƏ bir çox ölkələr üçün nümunədir

04.02.2026 18:43 133 1 dəq oxunur
Prezident: Bu gün BƏƏ bir çox ölkələr üçün nümunədir
Bu gün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bir çox ölkələr üçün nümunədir ki, ölkə necə dəyişməlidir.

"Report"un Əbu-Dabiyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimat mərasimində çıxışı zamanı deyib.

Prezident qeyd edib ki, "Zayed İnsan Qardaşlığı Mükafatı" BƏƏ-nin banisinin - mərhum Şeyx Zayedin adını daşıyır:

"İlk növbədə, bu mükafata görə mən münsiflər heyətinə təşəkkürümü bildirirəm. Bu mükafatı almaq mənim üçün böyük şərəfdir. Bu mükafat BƏƏ-nin banisinin - mərhum Şeyx Zayedin adını daşıyır. O, böyük bir lider idi. Onun fəaliyyəti BƏƏ-ni ən əmin-aman və uğurlu dövlətlərdən birinə çevirdi. Mənim əziz qardaşım Şeyx Məhəmməd atasının yolunun davamçısıdır və irəliləyiş, tərəqqi, müasirləşmə davam edir. Bu gün BƏƏ bir çox ölkələr üçün nümunədir ki, ölkə necə dəyişməlidir, cəmiyyət necə inkişaf etməlidir, ahəngdarlığa getməlidir və öz tarixi köklərinə bağlı olaraq eyni zamanda gələcəyə baxmalıdır".
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az