• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Qarabağ silahsızlaşdırılır - Rusiyadan Bakının əlini gücləndirən addım

Siyasət

19-08-2022, 17:55

Artıq bütün tərəflər "qırmızı xətt"ə yaxınlaşıb; separatçı-quldurların bir çıxış yolu qalır...


Ulutv.info yeni müsavat-a istinadən bildirir ki, Azərbaycan dövləti ermənilərin haray-həşirinə, "timsah göz yaşları"na baxmayaraq, addım-addım 10 noyabr üçtərəfli sənəddəki hədəflərinə doğru irəliləyir. Öz günahı ucbatından faktiki müttəfiqsiz qalan Ermənistanın kapitulyasiya aktındakı yazılı öhdəliklərdən yayınmağa heç bir şansı yoxdur. İrəvan onları ya yerinə yetirəcək, ya da... yerinə yetirəcək və nida işarəsi!

Diqqətçəkicidir ki, "Qisas əməliyyatı" ilə növbəti "dəmir qapaz" yeyən erməni tərəfi zamanı uzatmağın onun üçün nə dərəcədə təhlükəli olduğunu daha yaxşı anlamağa başlayıb. Həm də o səbəbə ki, Rusiya sülhməramlı kontingenti Bakının antiterror əməliyyatına bu dəfə kifayət qədər dözümlü, loyal yanaşdı. Artıq Rusiya da anlayır ki, 10 noyabr sazişinin, xüsusən də sənədin 4-cü bəndinin icrasını yubatmaq Moskvanın özünə də risklər yarada bilər. Yəni bütün tərəflər "qırmızı xətt"ə yaxınlaşıb.

Əslində Qarabağın silahsızlaşdırılmasının zamanı çoxdan keçib. Çünki 4-cü bəndin tələbinə görə, sülhməramlılar ərazimizdə yerləşən kimi qanunsuz silahlı dəstələr Qarabağdan ya çıxarılmalı, ya da tərk-silah edilməli idi. Qısası, Qarabağda Rusiya sülhməramlısı varsa, onun məsuliyyət zonasında başqa heç bir qanunsuz silahlı birləşmə mövcud ola bilməz! Rusiya hərbçiləri indiyədək qeyri-qanuni erməni quldur dəstələrinin tərk-silahını təmin etməli idi.

Məhz bunu etməməyin nəticəsi idi ki, keçən ay Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arxayın şəkildə bəyan etdi ki, Ermənistan ordusunun qalıqları Qarabağ ərazisini tamamilə tərk eləsə də, separatçılara məxsus silahlı qüvvələr orada qalacaq. Bundan bir qədər sonra - avqustun əvvəlində regionda 44 günlük müharibədən sonra ən böyük eskalasiya sayıla biləcək hərbi insident qeydə alındı: özlərini cəzasız hiss edən qanunsuz silahlı dəstələr Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutdu, hərbi qulluqçumuz Anar Kazımov şəhid oldu.

Sonrası məlumdur. Cavab olaraq Azərbaycan "Qisas" antiterror əməliyyatına başladı, qarşı tərəfi ciddi itkilərə məruz qoydu. Ardınca Laçın şəhəri və ətraf kəndlərin boşaldılması prosesi sürətləndi. Qarabağdakı ermənilər, nəhayət, anladılar ki, Azərbaycanın tərkibində yaşamaq perspektivindən başqa yol qalmayıb.

Bu arada isə Bakının "Qisas" əməliyyatının daha bir pozitiv sonucu məlum olub. Belə ki, erməni mənbələri Azərbaycanın daha bir tələbinin icrasına başlandığını açıqlayıb. Məlumata görə, Qarabağdan artilleriya qurğuları, digər ağır silahlar çıxarılmağa başlanıb. Bildirilir ki, ümumiyyətlə, sentyabrın sonunadək Qarabağda ağır silahlar qalmamalıdır.

Qarabağda nəinki qanunsuz ağır silahlar, ümumiyyətlə, qanunsuz silahlı qala bilməz. Çünki bu təkcə 10 noyabr üçtərəfli sənədinin yox, Azərbaycan Konstitusiyasının və beynəlxalq hüququn tələbidir. Əfsus ki, Ermənistan adlı qondarma, simvolik və terrorçu dövlətə beynəlxalq hüquq yaddır. Kapitulyant ölkə hətta yeganə xilaskarı Rusiyadan da narazıdır və özünün irili-xırdalı bütün uğursuzluqlarını ilk növbədə rusların ayağına yazır. İrəvandakı "Sürməli" ticarət mərkəzində baş vermiş partlayışda belə "rus izi" axtarırlar.


Vəziyyət o həddə çatıb ki, bu qəbildən ittihamlardan təngə gələn Rusiya srağagün Ermənistana ilk dəfə nota verib. Səbəb kimi "Sürməli"dəki partlayışlarla bağlı Rusiyanın ittiham olunması göstərilir.

"Biz bunu Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan bu cür eyhamların arxasında duran siyasi qüvvələrin birbaşa təxribatı kimi qiymətləndiririk. Biz Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin qarşısını almağa yönəlmiş addımlar gözləyirik", - bəyanatda bildirilir.

Qeyd edək ki, az öncə əsasən terrorçu ünsürləri birləşdirən "Sasna Çrer" siyasi qrupu sosial mediada Moskvaya qarşı belə iddialarla çıxış etmişdi. Yeri gəlmişkən, bu qurum daim Rusiya hərbi bazalarının Ermənistandan çıxarılması tələbi ilə çıxış edir. Bununla belə, şübhəsiz ki, nota ən əvvəl Paşinyan hakimiyyətinin siyasətindən Moskvanın ciddi narazılığının təzahürüdür. Hər halda, faktdır ki, məhz Paşinyan iqtidarı dönəmində ölkədə Rusiyaya münasibət xeyli pisləşib. Rəy sorğuları da bunu təsdiqləyir.

İrəvan-Moskva münasibətlərinin daha da pisləşməsi isə əlbəttə ki, Azərbaycanın maraqlarına uyğundur. Ən azından Qarabağın silahsızlaşdırılmasında Rusiya daha neytral mövqeyə köklənə, Bakının əli daha da güclənə bilər. Rusiyalı tanınmış hərbi analitik İqor Korotçenkonun son statusundan belə bir qənaəti hasil eləmək mümkündür.

Ermənistan-Rusiya münasibətlərindəki problemlərə diqqət çəkən ekspert deyib: "Bu gün bir sıra erməni KİV-lərində Rusiya silahları tənqid olunur. Guya Ermənistan bu silahlar keyfiyyətsiz olduğu üçün İkinci Qarabağ müharibəsində uduzub. Pis rəqqasəyə həmişə nəsə mane olur. Ermənistan İkinci Qarabağ müharibəsində ilk növbədə hakimiyyət və dövlət idarəçiliyi sisteminin keyfiyyətsizliyi, Müdafiə Nazirliyi sistemindəki ən yüksək səviyyədə korrupsiya səbəbindən uduzdu. Bir çox başqa səbəblər də var. Ancaq milli qəhrəmanları nasist cinayətkarları və nasistlərin agentləri ("Erməni Bandera" - Qaregin Njde və buna bənzər personajlar) olan ölkə müharibədə qalib gələ bilməz. Bu, tarixin məntiqinə zidd olardı".

Sözünə davam edən analitik Ermənistanın üçtərəfli bəyanat üzrə üzərinə götürdüyü öhdəlikləri sivil qaydada yerinə yetirə bilmədiyini vurğulayıb: "İndi Azərbaycanın Laçın rayonunu tərk edən Suriya və Livandan gətirilmiş ermənilər yenidən evləri dağıdır, meşələri yandırır, təbiətə bərpası mümkün olmayan ekoloji ziyan vururlar. Laçında həmçinin yeni mina sahələri aşkar edilib, onların 2021-ci ildə Ermənistanda istehsal edildiyini göstərən faktlar var".

Ekspert İrəvandakı ticarət mərkəzində baş vermiş partlayışa görə də Ermənistanın Rusiyanı ittiham etdiyini söyləyib: "Ermənistan öz problemlərinə görə Rusiyanı günahlandırmaqda davam edir. İrəvanda ticarət mərkəzlərindən birində partlayış baş verir, insanlar ölür və Rusiya günahkardır. Bu, sadəcə, həyasızlığın zirvəsidir".

Qalır indi rusların bu həyasızlığa verəcəyi adekvat cavab. Həm də Qarabağda...

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

15-07-2022, 18:13

İlham Əliyev: "Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir"

Siyasət

13-08-2022, 12:41

Ermənistan üçün hekayənin SONU - Xankəndinə YOL AÇILIR

Siyasət

26-07-2022, 22:20

Qarabağda növbəti hücum: Bakının cavabı necə olacaq?

Siyasət

12-08-2022, 14:37

Laçında növbəti təxribat - Ermənistan bunun bədəlini çox ağır ödəyəcək

Siyasət

13-08-2022, 21:03

Paşinyan icra edir, erməni silahlılar ÇIXARILIR

Siyasət

5-08-2022, 14:14

Ermənilərin masasında Azərbaycan bayrağı - Rusiya XƏBƏRDAR ETDİ

Siyasət

5-08-2022, 12:23

Fransa Prezidenti İlham Əliyevə zəng etdi

Siyasət

4-08-2022, 19:19

Azay Quliyev: "Mirzoyanın səfirlərlə görüşdə söylədiyi yalanlara heç bir ciddi diplomat inanmaz"

Siyasət

15-07-2022, 18:24

Prezident: "Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir"

Siyasət

27-08-2022, 17:18

SON DƏQİQƏ! ABŞ-dan Brüssel prosesinə zərbə – Əliyev- Paşinyan görüşünə sayılı günlər qalmış…

Cəmiyyət

4-08-2022, 16:27

Tofiq Zülfüqarov: "Qarabağdakı son hadisələr böyük ssenarinin tərkib hissəsidir" - MÜSAHİBƏ

Siyasət

9-08-2022, 19:57

Bakı addım-addım Xankəndinə doğru... - Separatçıların “həyat yolu” bağlanır

Araşdırma
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Hadisə
Dünən, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
23-09-2026, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
Xəbər lenti
  • Dünən, 16:38
    ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
  • Dünən, 16:18
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib FOTOLAR
  • Dünən, 15:00
    Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
  • Dünən, 14:00
    Sent-Vinsent və Qrenadinlərdə atışma nəticəsində 4 nəfər ölüb
  • Dünən, 13:30
    Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft keçir
  • Dünən, 13:00
    Rusiya və ABŞ hərbi süni intellektlə bağlı əsas məhdudiyyətləri sənəddən çıxarıb
  • Dünən, 12:00
    Günün qoroskopu: ​Sevgi həyatınız stabil görünmür
  • Dünən, 11:21
    2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib FOTOLAR
  • Dünən, 11:00
    İrana qayıdan Pezeşkian ABŞ səfəri ilə bağlı açıqlama verib
  • Dünən, 10:30
    Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
  • Dünən, 08:42
    Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
  • Dünən, 01:37
    İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
  • Dünən, 01:21
    Azərbaycanda Anım Günüdür
  • 26-09-2026, 19:00
    Çin XİN: Si Cinpin ABŞ-ı Tayvanın müstəqilliyinə qarşı mövqeyini qorumağa çağırıb
  • 26-09-2026, 18:30
    Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib
  • 26-09-2026, 18:00
    Tokayev Xəzərdə hərbçilərin ölümündən sonra Müdafiə Nazirliyində kompleks yoxlama üçün komissiya yaradıb
  • 26-09-2026, 17:30
    Mahir Emreli: "Litvaya yaxşı nəticə qazanmaq üçün gəlmişik"
  • 26-09-2026, 17:00
    İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
  • 26-09-2026, 16:12
    Ukrayna ordusu Rostov vilayətində optik-mexanika zavodunu vurub
  • 26-09-2026, 16:08
    “Hər dialoqdan sonra sanksiya və zərbələr artır” - Pezeşkian
  • 26-09-2026, 15:54
    Pakistanda partlayış nəticəsində 11 nəfər ölüb
  • 26-09-2026, 15:40
    İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
  • 26-09-2026, 15:26
    Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
  • 26-09-2026, 15:04
    Pezeşkian: Yaxın Şərqin "polis"ə ehtiyacı yoxdur
  • 26-09-2026, 14:59
    “Liv Bona Dea” və Mərkəzi Klinikanın həkimləri Dambrauskası ələ saldı - Fotolar
  • 26-09-2026, 14:46
    "Formula 1" üzrə Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
  • 26-09-2026, 13:41
    Milli Məclisin komissiyası: Türkiyədə Azərbaycana qarşı kampaniya münasibətləri hədəf almaq məqsədi daşıyır
  • 26-09-2026, 13:35
    Bakıda direktora etiraz edən şagirdlər dərsə getmədi - TƏFƏRRÜAT
  • 26-09-2026, 13:27
    Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
  • 26-09-2026, 13:14
    “Mənə iş verin, 5 ildir eyni sözü eşidirəm” - Qazi KÖMƏK İSTƏYİR
  • 26-09-2026, 12:10
    Laçında traktor minaya düşüb
  • 26-09-2026, 12:05
    Maşının çəninə dizel əvəzinə benzin tökdülər və... - MÜRACİƏT
  • 26-09-2026, 11:40
    II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda sənədlər mübadilə edilib
  • 26-09-2026, 11:28
    “Robert Əyyubov şirkətimizi əlimizdən aldı” - Mahirə Əsədova Prezidentə müraciət etdi
  • 26-09-2026, 11:09
    Forumda iştirak edən qurumların aktivləri 30 trilyon dollara çatır
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə