• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Ermənistan üçün hekayənin SONU - Xankəndinə YOL AÇILIR

Siyasət

13-08-2022, 12:41

Nikol Paşinyan nə qədər də dünya ictimaiyyəti qarşısında Qarabağ məsələsinin onun üçün bağlandığı təəssüratı yaratmağa çalışsa da, reallıq bunu demir. İrəvanın Qarabağa görə məsuliyyəti tez-tez üzərinə götürmək istəyi edilən açıqlamalardan, verilən sərsəm bəyanatlardan, tutulan mövqedən açıq-aydın görünür.

Amma Ermənistan 44 günlük müharibədən sonra xüsusilə son aylar Azərbaycanın istər siyasi, istərsə də hərb meydanında kəskin mövqeyi, pressinqi ilə qarşı-qarşıya qalır. Bunu Azərbaycan həm Fərrux, həm "Qisas" əməliyyatı, həm də Buzdux yüksəkliyinin nəzarətə götürülməsi əməliyyatı ilə nəinki tək Ermənistan rəhbərliyinə, separatçılara, eləcə də onların havadarlarına göstərdi ki, Bakı mövqeyindən bir addım da olsun geri çəkilən, güzəştə gedən deyil.



Azərbaycanın kəskin mövqeyi ilə bağlı Prezident İlham Əliyev ötən gün Azərbaycan Televiziyasına müsahibəsində də yenidən xüsusi yer ayırıb: "Əgər Qarabağda kimsə yenə də hansısa populizm naminə, yaxud da kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir. Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Yol ancaq budur".

Bununla dövlət başçısı Ermənistan iqtidarına da, müxalifətinə də, onlara maliyyə yardımı ayıran, revanşistləri mütəmadi sərsəm bəyanatlar verməyə, təxribat törətməyə vadar edən lobbiçilərə və digər havadarlarına da açıq şəkildə bildirdi ki, "onsuz da bu yersiz cəhdləriniz heç bir nəticə verməyəcək. Əgər ritorikanızdan əl çəkməsəniz, digər imkanlardan da məhrum olacaqsınız. Azərbaycanda qalıb yaşamağın tək yolu vətəndaşlığımızı qəbul edib hüquqlarımız çərçivəsində həyatınıza davam etməkdir, gerisi təfərrüat".



Heç kəsə sirr deyil ki, Rusiya sülhməramlı kontingenti vasitəsilə Qarabağda separatçı rejimə gözləniləndən də artıq məsələlərdə kömək, dəstək oldu. Lakin "Qisas" əməliyyatı sonrası xeyli itki verən və Azərbaycan Ordusundan layiqli cavabını alan qondarma rejim ünsürləri, eləcə də Ermənistan tərəfi görünür bu silahlı qarşıdruma zamanı da Rusiya sülhmərmlılarından Azərbaycana qarşı müqavimət gözləyirdilər. Bu proseslər zamanı bəlkə də Qarabağa gəldiklərindən bu yana ilk dəfə neytral qalmağı bacaran kontingentin səssizliyi görünür Nikol Paşinyan üçün gözlənilməz oldu ki, məhz bu silahlı insidentdən sonra hökümətin iclasında Ermənistan baş naziri sülhməramlı kontingenti yerdən-yerə vurdu.

Amma görünür Rusiya tərəfi bu qədər yardım-dəstək qarşılığında Ermənistan tərəfindən bu cür anti-Rusiya tezislərinin ildırım sürətilə artmasından ciddi şəkildə narahat olmağa başlayıb. Belə ki, Rusiyanın erməniyönümlü "Reqnum" agentliyinin baş redaktoru, politoloq Modest Kolerov Ermənistan mediasına müsahibəsində ermənilərin bütün ümidlərini alt-üst edəcək fikirləri ilə diqqət mərkəzinə düşüb.



M.Korelovdan Rusiya sülhməramlılarının bölgədə qalma müddətinin uzadılacağına dair proqnozunun nə olduğunu soruşanda onun cavabı belə olub: "Qorxuram ki, uzadılmayacaq. Çünki Azərbaycan bunu istəmir. Digər tərəfdən, İrəvan bunun üçün mübarizə aparmır. Rusiya Minsk qrupundan çoxdan çıxıb, İrəvan nə edir? Minsk qrupunun digər iki həmsədrini qucaqlayır. Axı bir həmsədr qrupdan çıxıbsa, digər ikisi onsuz da heçdir, bu format qeyri-legitimdir. Paşinyanın daim Putinlə söhbət etdiyini deyirsiniz. Bunlar sadəcə sözdür. Paşinyan gecə-gündüz Brüsseldən, Minsk qrupundan danışır. Bəlkə əfsanəvi Minsk qrupu ona sülhməramlı göndərəcəyini deyib? Xeyr, oraya ruslardan başqa heç kim girməyəcək".


Modest bununla ermənilərə talelərinin Rusiyanın əlində olduğunu xəbərdar edib. O, Ermənistan hökümətinə nə Qərbə inteqrasiya barədə boş-boş xəyallar qurmağın, nə də bölgəyə dördüncü bir ölkənin ordusunun gətirilməsi üçün boşuna cəhdlər etməyin bir fayda verəcəyini xatırladıb. M.Korelov hətta rəsmi Bakının tələbi və istəyindən irəli gələrək sülhməramlıların 5 ilin tamamında Qarabağı tərk edəcəyi məsələsini də istisna etməyib.

Kremlin təbliğatçısı olan M.Korelovun fikirləri Moskva qarşısında mərkəzdənqaçma xətti tutan İrəvanın tənqidi kimi də analiz edilə bilər. M.Korelovun dediklərindən eyni zamanda o da anlaşılır ki, görünür, Rusiyadakı erməniyönümlü düşüncəyə malik olanlar da artıq Moskvanın Bakı ilə hesablaşdığını anlayırlar və onlar da Rusiya üçün, xüsusən də hazırda kollektiv Qərblə Şərqi Avropada ölüm-qalım savaşında bu xəttin ən uyğun seçim olduğunu başa düşməyə başlayırlar.



Ermənistanın ikili oyun oynadığı sağ göstərib sol vurmaq cəhdi illərdir ermənilərin maraqlarını qoruyan, Rusiya Dövlət Dumasının üzvü Semyon Baqdasarovun da diqqətindən yayınmayıb. Baqdasarov "Rossiya 1" kanalının efirində yayımlanan "Vladimir Solovyovla axşam" verilişinin efiri zamanı "Rusiyanın Ermənistanda hərbi bazasının olması artıq Moskvanın bu ölkə üzərindəki dominantlığından xəbər vermir. Bu dövlət hazırda Rusiyaya quyu qazır. Budur müttəfiq?" fikirləri ilə rəsmi İrəvanı Qərblə, ABŞ-la birgə əlbir olub Rusiyanın arxasınca iş çevirməkdə ittiham edib.

Belə görünür artıq Ermənistanın Rusiya hökümətindəki ən etibarlı adamları da artıq rəsmi İrəvanın oyununa getdiklərinin fərqinə varmağa başlayıblar. Görünən odur ki, hazırda Bakı Ermənistanın uzun illər söz sahibi olduğu bütün mövqelərdə üstünlüyü ələ almağa başlayıb.

Azərbaycan dövləti indi heç vaxt olmadığı qədər güclü, heç vaxt olmadığı qədər qətiyyətli görünür. Biz bunu dövlət başçısının müsahibə zamanı növbəti açıqlamalarından da aydın sezə bilərdik: "Qisas" əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz. Nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə də hansısa telefon zəngi. Heç nə və heç kim. Bunu Azərbaycan xalqı yaxşı bilir. İkinci Qarabağ müharibəsi bunu göstərmişdir. Əminəm ki, qarşı tərəf də bunu bilir. Sadəcə olaraq, hərdən bir bunu unudur. Ona görə bu faciəvi hadisələr baş verir".

Beləcə, İlham Əliyev bir daha Azərbaycana qarşı cəbhə açan, anti-Azərbaycan siyasəti yürüdən bütün qüvvələrə bəyan etmiş oldu ki, bizim yolumuz haqq yoludur və bu yoldan bizi heç kim, heç bir dövlət, siyasət adamı, hər hansısa bir bəyanat və yaxud təxribat döndərməyi bacarmayacaq.



Dövlət başçısının "Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən artıq Dövlət QAÇQINKOM-a göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq" açıqlaması növbəti böyük qayıdış üçün gözlənilən növbəti anons oldu. Prezident "Qisas" əməliyyatından danışarkən Azərbaycan cəmiyyətinə də mesaj ötürməyi unutmadı: "Digər arzularımıza da çatacağıq, zaman gələndə onlara da çatacağıq".

İlham Əliyev bununla da növbəti dayanacaqdan birinin yaxın gələcəkdə mütləq Xankəndi olacağı, orada da Azərbaycan bayrağının dalğalanacağını və bunun alternativnin olmadığına işarə etmiş oldu.\\milli.az\

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

12-08-2022, 14:37

Laçında növbəti təxribat - Ermənistan bunun bədəlini çox ağır ödəyəcək

Siyasət

12-08-2022, 18:43

Əliyev: Qarabağda ermənilərin heç bir statusu olmayacaq!

Gündəm

4-08-2022, 12:18

Paşinyan Nazirlər Kabinetini topladı: "Qarabağda vəziyyət son dərəcə gərgindir"

Siyasət

16-07-2022, 19:42

Qarabağda antiterror əməliyyatları başlayacaq

Siyasət

12-08-2022, 19:02

Prezidentdən göstəriş: Zabuxa böyük qayıdış başlayır

Siyasət

19-08-2022, 12:20

Ermənistanın "əli kəsilir" - Qarabağda yerlər dəyişir: Azərbaycan Ordusu bütün...

Siyasət

13-08-2022, 21:03

Paşinyan icra edir, erməni silahlılar ÇIXARILIR

Cəmiyyət

6-08-2022, 14:46

İsrailli ekspert xəbərdarlıq etdi: Ermənilər hazırlaşır!

Dünya

4-08-2022, 15:01

Paşinyan Azərbaycanın tələblərini qəbul etdiyini açıqladı, Rusiyanı tənqid etdi

Siyasət

28-06-2022, 11:25

Əliyevin bəyanatları: Paşinyanın üç auditoriyaya mesajı – TƏHLİL

Siyasət

15-08-2022, 16:44

İstənilən təxribat Ermənistana baha başa gələcək

Dünya

3-09-2022, 13:48

Rusiya Xankəndinə "CASUS" göndərdi - Bakı üçün ən çətin SINAQ BAŞLADI

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Dünən, 18:30
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Dünən, 14:42
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
16-10-2026, 18:30
Bakı-Quba yolunda qəza olub, ölən var
14-10-2026, 11:26
Gədəbəydə avtomobil aşıb, ölən var
13-10-2026, 15:49
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
12-10-2026, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
Xəbər lenti
  • Dünən, 19:00
    Fransada etiraz aksiyaları davam edir
  • Dünən, 18:30
    Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
  • Dünən, 18:00
    Zelenski: Avropa ölkələri "Starlink"ə alternativlər hazırlayırlar
  • Dünən, 17:30
    Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir
  • Dünən, 17:00
    İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır
  • Dünən, 16:36
    Zelenski: Təəssüf ki, ABŞ Rusiyaya qarşı sanksiyaların ləğvini davam etdirəcək
  • Dünən, 16:12
    Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
  • Dünən, 14:42
    Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
  • Dünən, 14:26
    “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
  • Dünən, 14:17
    Yəmənin hökumət qüvvələri Təizdə husilərin səkkiz saatlıq hücumlarını dəf ediblər
  • Dünən, 13:23
    İran parlamenti müdafiə naziri vəzifəsinə namizədin məsələsinə baxacaq
  • Dünən, 13:19
    Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
  • Dünən, 13:08
    Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
  • Dünən, 12:59
    Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
  • Dünən, 12:39
    Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib
  • Dünən, 12:04
    "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
  • Dünən, 11:32
    Azərbaycan neftinin qiyməti 116 dollara düşüb
  • Dünən, 11:22
    “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
  • Dünən, 10:54
    Əraqçi İƏT XİN Şurasının iclasına qatılmaq üçün İraqa səfərə gedib
  • Dünən, 10:29
    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • Dünən, 09:52
    Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • Dünən, 09:35
    ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
  • Dünən, 09:23
    Füzuli şəhərinə köçürülən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
  • 16-10-2026, 19:00
    Sabah Binəqədi şossesinin bir hissəsində hərəkətə qısamüddətli məhdudiyyət qoyulacaq
  • 16-10-2026, 18:30
    Bakı-Quba yolunda qəza olub, ölən var
  • 16-10-2026, 18:16
    "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
  • 16-10-2026, 18:07
    Ukraynada keşiş 3 nəfəri güllələyib
  • 16-10-2026, 17:30
    Əlilliyi olan şəxslər, şəhid ailələrinin mənzil və reabilitasiya xidməti ilə təmini üçün vəsaitin ayrılma müddəti uzadılıb
  • 16-10-2026, 17:20
    Ramiz Mehdiyev YAP-dan xaric edildi
  • 16-10-2026, 17:06
    Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb
  • 16-10-2026, 16:34
    Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
  • 16-10-2026, 16:22
    Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları
  • 16-10-2026, 16:05
    Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
  • 16-10-2026, 15:33
    Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırış edən türkiyəli jurnalist beynəlxalq axtarışa verilib
  • 16-10-2026, 15:24
    “ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə