• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Rusiya Xankəndinə "CASUS" göndərdi - Bakı üçün ən çətin SINAQ BAŞLADI

Dünya

3-09-2022, 13:48

Rusiya ABŞ-ın Cənubi Qafqazda mövqe qurmaq, özünə yer etmək məqsədilə ölü Minsk Qrupunu diriltmək istiqamətindəki praktiki addımlarına qarşılıq növbəti oyununu hazırlayıb. Amma məsələ tək bundan ibarət deyil ...


Nəhəng dövlətlərin mövqe savaşı üçün isə yenə meydan Azərbaycan ərazisi - Qarabağ seçilib kimi görünür. Bunu ötən gün birdən-birə Qarabağda Xocavənd rayonunun işğal altındakı "Sxtoraşen" adlandırılmış Şıx Dursun kəndində peyda olan erməni milyarder Ruben Vardanyanın paylaşdığı videolu müraciət deməyə əsas verir.

2040 yaşı olduğu iddia edilən nəhəng qoca çinarın yanında dayanaraq müraciət ünvanlayan Vardanyanın müraciətində maraqlı detallar var:

Ruben Vardanyanın müraciəti zamanı Rusiya vətəndaşlığından imtina edib Qarabağa köçməsi sıradan bir hadisə deyil. 1 milyard dollardan artıq əmlakı olan erməni əsilli milyarderin addımın arxasında Rusiya izi axtarmağa ehtiyac yoxdur. Əslində məsələni bir qədər araşdırdıqda bir çox məqamlara aydınlıq gətirmək mümkündür:

Son zamanlar Azərbaycan Ordusunun Qarabağda bir xeyli fəallıq göstərərək "Qisas" əməliyyatı ilə bir çox yüksəklikləri nəzarətə götürməsindən sonra sülhməramlıların fəaliyyətindən narahat olan həm separatçı rejim qalıqlarının, həm də erməni diasporalarının anti-Rusiya meyillərinin güclənməsi Moskvanı görünür bərk narahat edib. Bu səbəbdən də Vardanyanın Qarabağda köçüb fond yaradaraq yaşamaq, biznes fəaliyyətini orada davam etdirmək barədə dedikləri Rusiyadan ermənilərə bir mesajdır ki, hələ heçnə bitməyib.

Söhbət nədən gedir?

Bunu 44 günlük Vətən müharibəsindən sonra Rusiya tərəfindən Azərbaycana qarşı həyata keçirilən növbəti və yaxşı planlanan təxribat adlandıra bilərik. Eyni zamanda bu, Kremlin ABŞ-ın Minsk Qrupu canfəşanlığına da bir qalxan məqsədi daşıya bilər. Vardanyanın Qarabağdan rus dilində yaydığı paylaşımı zamanı digər imkanlı erməniləri də Qarabağa köçməyə çağırış edib. Sula yaranır: Rusiyada rahat həyat yaşayan və yaxşı pullar qazanan erməni niyə səfalət içində və Azərbaycan ordusunun nişangahında olan bölgəyə köçsün ki?

Nəzərə alsaq ki, Vardanyan Qarabağ ermənisi deyil, o zaman bu işin altında məhz Rusiya amilinin dayandığı iddiaları daha da artır. İkinci məsələ, düşünsək ki, Ermənistanın Qarabağ doğumlu keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyan belə Qarabağda yaşamağı yox, daha təhlükəsiz yerdə qalan ömürlərini sürdürməyə üstünlük verirlər, o zaman sual yaranır ki, "Vardanyan, sənə nə gəlib?".

Rusiyada "Troyka-Dioloq" şirkətinin rəhbəri olan Vardanyan müstəqil fiqur olmadığını ən azı MDB məkanında hər kəs bilir. Rusiyada yüksək çinli məmurların çirkli pullarının yuyulmasına xidmət edən belə bir adamın Qarabağa gələrək belə bir bəyanatla çıxış etməsi xüsusi planın tərkib hissəsidir.

Moskvanın planından kim qazanacaq?

Ukrayan ilə müharibədən sonra Qərbin sanksiyalarına məruz qalan iş adamları sırasında yer alan milyarder Vardanyan, şirkətini və özünü Qərbin sanksiyalarından xilas edərək öz maraqlarını da təmin etmək barədə düşünür. Belə aydın olur ki, Rusiya "Qərbin biznesini və özünü Qərbin sanksiyalarından qurtarmaq fikrindəsənsə bizi dinlə: Sən sülhməramlıların Qarabağda daha uzun müddət qalması üçün bizə yardım edəssən, biz də sənə".

Rusiya vətəndaşlığından imtina edərək Azərbaycan ərazisində separatçı rejimlə birgə ömür sürmək niyyətini açıq bildirən Ruben üçün indiki vəziyyətdə ən yaxşı ssenari təklif olunduğunu istisna etmirəm.

Məqsəd ...

... Gün kimi aydındır - Azərbaycan ordusunun sonrakı irəliləmələrini müxtəlif yollarla əngəlləmək! Görünür Vardanyana Rusiyadan qazandığı pulları Qarabağın separatçıların nəzarətində olan hissəsində xərcləyəcəyi təqdirdə Araik Arutunyanı əvəz edəcəyi ilə bağlı vəd də verilib.

Kremlin marionetkalarından biri kimi tanınan erməni milyarderin Rusiya vətəndaşlığımndan imtina etməsi öz beyninin məhsulu olmadığı kimi, onun çağırışındakı ifadələrin də Rusiya tərəfindən seçildiyi açıq-aydın ortadadır.

O, Rusiyaya Qarabağdakı mövcudluğuna və "sülhməramlı" qoşunları tərəfindən buradakı erməniləri müdafiə etməsinə görə minnətdarlığını bildirib.
"Düşünürəm ki, sülhməramlıların mandatı dəqiqləşdirilməli və Artsax xalqının təhlükəsizliyini öz gücümüzlə təmin edə bilənə qədər onların qalma müddətləri artırılmalıdır"- deyə erməni milyarder vurğulayıb. Bu ifadələrin Rusiya tərəfindən sülhməramlıların Qarabağda daha uzun müddət qalması, Qarabağ rıçaqını Xankəndi vasitəsilə əlində saxlayaraq regiondakı proseslərə təsir imkanını qorumaq məqsədinə hesablandığı aydındır.

Burada əsas diqqət çəkən məqam Ruben Vardanyanın sözügedən müraciətinin məhz Brüsseldə Aİ prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dövlət başçıları arasında keçirilən görüşdən bir gün sonra baş verməsi məsələsidir. Rusiya yaxşı başa düşür ki, hazırda bölgədə onun müqəddaratı həll olunur. Bununla Rusiya Azərbaycana, Qərbə və eləcə də Ermənistana mesaj verir ki, "biz Qarabağdayıq və sülhməramlıların buradan çıxması məsələsi bizim istəyimiz əsas president olmalıdır. Bölgənin əsas aktoru özümüzük və Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində də Moskva baş moderatordur".

Dünən isə Xankəndidə və İrəvanda keçirilən mitinqlər bir daha göstərdi ki, Rusiyanın iradəsindən kənar Ermənistanhər hansı bir addım atmaq iqtidarında deyil. Nikol Paşinyan və Azərbaycan əleyhinə şüarların səsləndirildiyi bu aksiyalar zamanı radikalların Qarabağla bağlı 3 absurd "şərt" irəli sürmələri də diqqətdən yayınmayıb. "Qarabağ Azərbaycan tərkibində ola bilməz", "Qarabağla Ermənistan arasında daimi koridor olmalıdır", "Ermənistan Qarabağın təhlükəsizliyində iştirak etməli və silahsızlaşdırma baş verməməlidir" - deyən aksiya iştirakçılarının bununla da bölgədə gərgin vəziyyətin qalmasına xidmət edən bu çağırışları Rusiya sülhməramlıların daha uzun illər bölgədə qalması üçün əsas açar təkliflərdir. Belə olan halda Qarabağda təxribatlar ara verməz, gərginlik səngiməz və sülhməramlıların burada qalıb "aranı sakitləşdirmək" missiyasına zəmin yaranmış olar.

Bu mitinqləri, erməni əsilli rusiyalı milyarderin Rusiya vətəndaşlığından imtina edib Qarabağa köçməsi, yeni yolda peyda olan əli silahlı separatçılar, Amerika Konqresində görüşlərin təşkili - bütün bunları 1980-ci illərin sonunda da yaşamışıq, torpaqlarımızı işğal etdilər, qətliamlar törətdilər və istehkamlar qurdular. O vaxt bizi hazırlıqsız yaxaladılar. Amma indi Azərbaycan eyni səhvi təkrarlaya bilməz. Bu dəfə erməni separatçılarının, revanşistlərinin, terrorçularının qarşısında tamamilə fərqli bir dövlət, fərqli bir ordu var.

Son günlər bu neqativ hadisələrin paralel şəkildə cərəyan etməsi və etirazların məqsədinin eyni olması Qarabağda toqquşan Rusiya-Qərb maraqlarının əslində bir məqsəd uğrunda olduğunu sübut edir.

Amma Avropa Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla dördüncü Brüssel görüşünün nəticələri də sübut edir ki, rəsmi Bakı qalib tərəf kimi öz maraqlarını əvvəlcə Ermənistan tərəfinə həzm etdirir, sonra isə onları addım-addım ərazidə reallaşdırır.

Sülh prosesinə gedən yol ümumilikdə Prezidenti Əliyevin səsləndirdiyi bəyanatlar əsasında və məlum ssenari üzrə inkişaf etməkdədir. Bunu İlham Əliyev İtaliaya səfəri çərçivəsində ötən gün jurnalistlərin suallarını cavablandırarkən bir daha bəyan etdi. O, Ermənistana təklif olunan beş bənddən danışıb və Azərbaycanın bu məsələylə bağlı konkret yol xəritəsini növbəti dəfə səsləndirib:

"Birincisi ərazi bütövlüyünün tanınması, ikincisi qarşılıqlı olaraq hər hansı ərazi iddialarından imtina, üçüncüsü güc tətbiq etməmək və ya güclə hədələməmək, dördüncüsü sərhədlərin delimitasiya və demarkasiyası, beşincisi kommunikasiyaların açılması, - Bunlar Azərbaycan tərəfindən Ermənistana təklif olunmuş beş baza prinsipləridir".

Bu açıqlamadan bir daha aydın olur ki, rəsmi Bakı nə güzəştə getmək haqda düşünür, nə də ki, Qarabağda separatçı meyillərin baş qaldırmasına izn vermək niyyətindədir. Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə təhdid olacaq bütün gedişata qarşı artıq güclü immuniteti formalaşıb və hansı addımı atacağını hətta artıq qarşı tərəf(lər) də çox yaxşı bilir. \\milli.az

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

2-09-2022, 16:52

Rusiyanın Qarabağda yeni fiquru PEYDA OLDU - Arayiki o əvəz edəcək?

Cəmiyyət

2-09-2022, 16:03

Erməni milyarderi Xankəndinə kim göndərib?

Ölkə

7-02-2023, 18:05

Vardanyan “ətirli” camaşırlar yığılmış yük maşınının kuzovunda Qarabağdan qaçdı

Cəmiyyət

10-08-2022, 17:54

Xankəndi Bakının nəzarətinə keçir - Kuznetsov

Siyasət

15-07-2022, 19:13

İlham Əliyev: Status haqqında danışmaq Ermənistan üçün çox təhlükəli məsələdir, biz də Zəngəzur üçün status tələb edə bilərik

Gündəm / Siyasət

10-08-2022, 14:36

Xankəndi Bakının nəzarətinə keçir

Siyasət

3-09-2022, 09:20

Paşinyan Xankəndiyə elə bir məktub göndərdi ki…

Siyasət

2-08-2022, 13:10

Rusiya yeni dünya qurmaq istəyir - Hansı dövlətlər mövcud olmayacaq?

Dünya

31-08-2022, 19:05

Milyarderin lüks yaxtası Bodrum sahillərində görüntüləndi

Siyasət

15-08-2022, 13:31

Paşinyan Rusiyadan kömək almaq üçün Moskvaya TƏCİLİ adam göndərdi

Siyasət

16-07-2022, 19:42

Qarabağda antiterror əməliyyatları başlayacaq

Dünya

23-08-2022, 11:04

Rusiyanın məğlubiyyəti bu ölkələrdə hakimiyyət dəyişikliyinə SƏBƏB OLACAQ

Araşdırma
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı: “İşi gördürdülər, pulumuzu istəyəndə bizi qapıdan çıxardılar”
Həkimlərdən “fond pulu”, yoxa çıxan dərmanlar, işə gəlməyən əməkdaşlar – Gəncə xəstəxanasında qalmaqallı iddialar
Hadisə
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
10-09-2026, 10:40
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
10-09-2026, 10:15
Xocalıda mina partlayışı olub, ANAMA əməkdaşı xəsarət alıb - YENİLƏNİB
9-09-2026, 18:30
Məclisdən evə qayıdarkən qəzaya düşüblər - 5 nəfərin öldüyü hadisənin təfərrüatı
Xəbər lenti
  • Dünən, 18:46
    İrəvan ilə Vaşinqton hərbi kadrların hazırlığını və təlimlərin keçirilməsini müzakirə edib
  • Dünən, 18:39
    Şabran rayon Təhsil Şöbəsinin müdiri Emin Mövsümov əmək müqaviləsinin şərtlərini pozub müəllimləri istismar edir-İDDİA
  • Dünən, 18:16
    Səudiyyə Ərəbistanında PUA qalıqlarının düşməsi nəticəsində ölən və xəsarət alanlar var
  • Dünən, 17:43
     “Bir aydır gördüyüm işin pulunu ala bilmirəm” - Ramiz Cəfərov “Mr. Pepper”dən şikayətləndi
  • Dünən, 17:17
    Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib
  • Dünən, 16:34
    Burger King-də işləyən 50-yə yaxın şəxs maaşlarını ala bilmədiyini deyir - əmək müqaviləsi ilə çalışsalar da...
  • Dünən, 16:17
    Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
  • Dünən, 15:56
     “Arpa işi”: İcra başçısı 2 sakinin həbsini tələb edir – APELLYASİYA ŞİKAYƏTİ VERİLDİ
  • Dünən, 15:28
    Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub
  • Dünən, 13:49
    İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
  • Dünən, 13:09
    İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər
  • Dünən, 13:02
    AAYDA-ya məxsus MMC işçilərin maaşını vermir - ETİRAZ VAR...
  • Dünən, 12:48
    Milli Məclisin deputatları Rusiyada parlament seçkilərini müşahidə edəcəklər
  • Dünən, 12:24
    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
  • Dünən, 12:16
    Şri-Lankaya apardığı azərbaycanlı turistlrdən Şri-Lanka polisinə ŞİKAYƏT ETDİ - NARAZILIQ VAR...
  • Dünən, 11:54
    Tarixi irsdən beynəlxalq həmrəyliyə - Azərbaycanın İslam dünyasındakı yeri - ŞƏRH
  • Dünən, 11:42
    İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
  • Dünən, 10:58
    Azərbaycan lideri: Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu
  • Dünən, 10:41
    Baş memarı, nazirliyin müfəttişi və idarə rəisini şantaj edən şəxsin cəzası azaldıldı - TƏFƏRRÜAT
  • Dünən, 10:14
    Bu rəisləri HƏBS GÖZLƏYİR - SƏBƏB AÇIQLANDI
  • Dünən, 09:12
    Rusiyanın Yaroslavl vilayətində dron hücumundan sonra NEZ-də yanğın baş verib
  • Dünən, 00:42
    Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
  • 16-09-2026, 23:41
    146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
  • 16-09-2026, 19:00
    İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarır
  • 16-09-2026, 18:33
    “AzerGold” QSC vətəndaşları saxta investisiya kampaniyaları və fişinq hücumları ilə bağlı diqqətli olmağa çağırır FOTOLAR
  • 16-09-2026, 18:30
    Özbəkistan son 10 ildə TDT ölkələrindən 12 milyard dollar kapital cəlb edib
  • 16-09-2026, 18:00
    Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
  • 16-09-2026, 17:30
    Gürcüstan Prezidenti Azərbaycandakı yeni səfirlə onun missiyasının prioritetlərini müzakirə edib
  • 16-09-2026, 16:54
    “Daş abidə” parkının yerini kim alıb? - Anar Quliyev içazə verib?... - VİDEO
  • 16-09-2026, 16:31
    Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib
  • 16-09-2026, 16:22
    "AyMed" rəhbərinin "özbaşınalıqları"... - İTTİHAM VAR...
  • 16-09-2026, 15:58
    Qarayazı Dövlət Təbiət Qoruğunu dövlət mühafizə edəcək
  • 16-09-2026, 15:38
    Bakıda keçirilən beynəlxalq audit konfransının iştirakçıları Prezidentə müraciət ediblər
  • 16-09-2026, 15:18
    Təhsil müəssisələrinin ətrafında xidmət gücləndirilib
  • 16-09-2026, 14:53
    Parkı söküb yerində qanunsuz tikinti aparılır - NARAZILIQ VAR...
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə