• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Azərbaycan respublikasının prezidenti Cənab İlham Əliyevin dediyi kimi “Dəmir yumruq” yerindədir.

Siyasət

20-09-2022, 20:07

13 sentyabr hadisələri siyasi motivli hərbi təxribatdır.

2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün ərzində tarixə sığmayacaq qəhrəmanlıqlarla davam edən Vətən müharibəsindən artıq iki ilə yaxın müddət keçir. Ötən müddət Azərbaycanın beynəlxalq arenadakı uğurları və Ermənistanın hər revanşist addımının qarşısının Azərbaycan Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alınması ilə xarakterik oldu.

Təəssüf ki, məğlubiyyətlərlə dolu keçmişinə baxmayaraq düşmən ona verilən dərsləri ya anlamır, ya da tez-tez unutqanlıq nümayiş etdirir.
Sentyabr ayının 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan ordusunun Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar iki dövlət arasında münasibətlərin normallaşması prosesinə böyük zərbə vurdu. 80 Azərbaycan övladının şəhid olması hər birimizi dərindən sarsdı və kədərləndirdi. Eyni zamanda yenidən qisas hisslərimizi də körüklədi. Bu günə qədər verilən rəsmi məlumata əsasən 135, qeyri-rəsmi məlumatlara görə isə 400-dən çox erməni hərbiçisi Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib. Bununla yanaşı, Ermənistan silahlı qüvvələri texnika baxımından da böyük itkilər verərək geri çəkilməyə məcbur edilib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən düşmənin 53 döyüş mövqeyi məhv edilmiş, xeyli sayda strateji yüksəklik nəzarətə götürülmüşdür. Yəni, Ermənistan yenə də heç nəyə nail olmadan geri çəkilməyə məcbur edilmişdir. Məlumatlardan da görünür ki, Azərbaycan hər bir şəhidinin qisasını qətiyyətlə almış, onların qanını yerdə qoymamışdır.

Xəritələrin verilməməsi Ermənistanın hərbi hücumlarını asanlaşdırdığı halda, Azərbaycan üçün əksinə, müdafiənin təşkilini əsaslı şəkildə çətinləşdirir. 13 sentyabr tarixli təxribat, eyni zamanda, rəsmi İrəvanın hərbi cinayətlərinə bəraət qazandırılmasına hesablanıb.

İşğaldan azad olunmuş ərazilərdə bastırılmış minaların mövcudluğu mülki əhalinin tələfatına səbəb olduğu üçün rəsmi İrəvan, eyni zamanda, terrorçu ölkə kimi də tanınmalıdır. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan buna görə hüquqi məsuliyyət daşımalıdır.

Bütün qarayaxmalarına və düşmən ölkələrin dəyirmanlarına su tökmələrinə baxmayaraq 44 günlük Vətən müharibəsində olduğu kimi xalqımız yenə də Ali Baş Komandanın ideyaları ətrafında sıx birləşib. Azərbaycanı ittiham edənlər unutmasınlar ki, ölkəmiz Ali Baş Komandanın rəhbərliyi altında bütün strateji hədəflərinə çatır və birlik bizi yeni-yeni zəfərlərə aparacaq.

Cari ilin 27 iyun tarixində möhtərəm Prezidentimiz cənab İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında demişdir: "Bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir." Belə ki, 13 sentyabr tarixində yaşanmış insident bir daha onu göstərir ki, Prezident İlham Əliyevin hərbi quruculuq istiqamətində atdığı addımlar müstəsna əhəmiyyət daşıyır. Təbii ki, döyüşlərin, müharibənin yazılmamış qanunları var. Bizim hərbi qulluqçularımız öz canları bahasına bu Vətənin hər bir qarışını qoruyur.

Son döyüş əməliyyatlarında düşmənə sarsılmaz zərbə vuran ordumuz düşmənin yüzlərlə əsgərini məhv etmişdir. Çox təəssüf ki, bu döyüşlərdə ordumuzun 79 hərbi qulluqçusu şəhid olmuşdur.

Uzun müddətdir Ermənistan beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya aparır, sülh danışıqlarını, kommunikasiyaların açılmasını, ümumilikdə regionda təhlükəsizliyini təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri və atılan addımları sabotaj edir. Regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil.

Uzun illər ərzində Ermənistan və Ermənistanın ərazisi məhz regionda gərginliyin yaradılması üçün istifadə olunub. Sıravi erməni xalqı əsrlər boyu bu siyasətin qurbanı olub və məhz bu siyasətin nəticəsində Ermənistan müasir beynəlxalq münasibətlər sisteminin dalan dövlətinə çevrilmişdir. Prezident İlham Əliyevin regionda sülh çağırışlarına rəğmən rəsmi İrəvanın Ermənistanda revanşizm əhvalının dəstəklənməsi faktı ədalətli mövqelərdən və beynəlxalq hüququn normalarından çıxış edən Azərbaycanın tərəfdaş ölkələrinin sayını artırmalıdır. Beynəlxalq ictimaiyyət sülhə və tərəqqiyə dəvət edən Azərbaycan ilə beynəlxalq terror və yeni münaqişələr üçün zəmin yaradan, habelə millətçilik əhvalını yayan Ermənistan arasında seçim etməlidir. Sülh sazişinin imzalanmasından qaçan rəsmi İrəvan Qafqazdakı öz forpost statusunu bir daha təsdiqləyir və sıravi erməni xalqının maraqlarından çıxış etmədiyini nümayiş etdirir.

Regionda sülhün bərqərar olunması ehtimalına təhdid yaradan bütün təxribatlar dünyada münaqişə ocaqlarının sayının artırılmasına xidmət edir. Ermənistanın təxribatları və revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, habelə rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır. Ermənistana dəstək göstərən və təxribatlara göz yuman ölkələr regionun inkişafını istəməyən qüvvələrdir. Azərbaycanın inkişafı və ölkəmizdə siyasi sabitliyin qorunması bütün regionun davamlı inkişafının zəmanəti ola bilər. Azərbaycanın qüvvətli ordusu var və Azərbaycanın İlham Əliyev kimi güclü Prezidenti var.

Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin 80 faizini sıradan çıxardı. Hazırda da Azərbaycan Silahlı Qüvvələrinin güclü və peşəkar hərbi qulluqçuları Vətənin keşiyində dayanıblar və Azərbaycan respublikasının prezidenti Cənab İlham Əliyevin dediyi kimi “Dəmir yumruq” yerindədir.

Ermənistanın 13 sentyabr tarixli son təxribatı ölkəmizdə siyasi sabitliyin və həmrəylik mühitinin qorunmasında başlıca amil kimi çıxış edən Xalq-Dövlət birliyini daha da möhkəmləndirdi. Azərbaycan xalqı müdrik xalqdır, kimin kim olduğunu, anti-milli dəyirmanların isə hardan qidalanaraq döndüyünü də gözəl bilir.

Xalqımız heç kimə yox, öz Liderinə, Cənab Prezident İlham Əliyevə güvənir və əmindir ki, çıxılan bu yol bayrağımızın daima ən yüksəklərdə dalğalandırılmasına, xalqımızın isə daha firəvan yaşamasına hesablanıb.

Dövlət başçımız Cənab Prezident İlham Əliyevin alnı açıq, başı dik duruşu dövlətimizin gücü, xalqımızın ləyaqət simvoludur.

Allahdan bütün şəhidlərimizə rəhmət, yaxınlarına səbir, yaralılarımıza isə şəfa diləyirəm!

Vətənini sevən, dövlətinə sadiq qalan, öz vəzifələrini yüksək səviyyədə yerinə yetirən igid oğulların ruhları qarşısında baş əyir, onların doğmalarına Allahdan səbir diləyirəm. Onlarla qürur duyuruq. Vətən sağolsun!

Hörmətlə YAP Xətai Rayon Təşkilatının Üzvü Fərid Şərifov.

Ulutv.İnfo

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

4-09-2022, 12:38

Kəlbəcər və Laçın istiqamətində mövqelərimiz atəşə tutuldu

Siyasət

13-09-2022, 13:07

Zakir Həsənovla Hulusi Akar arasında telefon danışığı oldu

Siyasət

3-09-2022, 10:36

XİN-dən Qriqoryanın Xankəndiyə qanunsuz səfərinə reaksiya

Gündəm

8-08-2022, 10:36

Qanunsuz erməni silahlı dəstələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Hadisə

3-09-2022, 15:17

Düşmən Kəlbəcər və Laçını atəşə tutdu

Gündəm

14-09-2022, 03:52

Bakıda şəhid atası oğlunun nəşi gətirilərkən vəfat etdi - FOTO

Gündəm

13-08-2022, 14:04

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Siyasət

3-08-2022, 13:06

XİN şəhidimizlə bağlı bəyanat yaydı

Siyasət

13-09-2022, 20:31

Türkiyənin Vitse-prezidenti Əli Əsədova zəng etdi

Hadisə

6-08-2022, 12:16

Ermənilər Kəlbəcər, Laçın, Ağdam, Xocavənd və Xocalını ATƏŞƏ TUTDU

Siyasət

3-08-2022, 22:20

Ombudsman beynəlxalq təşkilatları Ermənistana hüquqi təsir tədbirləri göstərməyə dəvət edib

Siyasət

4-08-2022, 13:24

Azərbaycan XİN: "Ermənistanın əsassız ittihamlarını qətiyyətlə rədd edirik"

Araşdırma
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Hadisə
Dünən, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
23-09-2026, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
Xəbər lenti
  • Dünən, 16:38
    ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
  • Dünən, 16:18
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib FOTOLAR
  • Dünən, 15:00
    Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
  • Dünən, 14:00
    Sent-Vinsent və Qrenadinlərdə atışma nəticəsində 4 nəfər ölüb
  • Dünən, 13:30
    Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft keçir
  • Dünən, 13:00
    Rusiya və ABŞ hərbi süni intellektlə bağlı əsas məhdudiyyətləri sənəddən çıxarıb
  • Dünən, 12:00
    Günün qoroskopu: ​Sevgi həyatınız stabil görünmür
  • Dünən, 11:21
    2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib FOTOLAR
  • Dünən, 11:00
    İrana qayıdan Pezeşkian ABŞ səfəri ilə bağlı açıqlama verib
  • Dünən, 10:30
    Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
  • Dünən, 08:42
    Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
  • Dünən, 01:37
    İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
  • Dünən, 01:21
    Azərbaycanda Anım Günüdür
  • 26-09-2026, 19:00
    Çin XİN: Si Cinpin ABŞ-ı Tayvanın müstəqilliyinə qarşı mövqeyini qorumağa çağırıb
  • 26-09-2026, 18:30
    Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib
  • 26-09-2026, 18:00
    Tokayev Xəzərdə hərbçilərin ölümündən sonra Müdafiə Nazirliyində kompleks yoxlama üçün komissiya yaradıb
  • 26-09-2026, 17:30
    Mahir Emreli: "Litvaya yaxşı nəticə qazanmaq üçün gəlmişik"
  • 26-09-2026, 17:00
    İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
  • 26-09-2026, 16:12
    Ukrayna ordusu Rostov vilayətində optik-mexanika zavodunu vurub
  • 26-09-2026, 16:08
    “Hər dialoqdan sonra sanksiya və zərbələr artır” - Pezeşkian
  • 26-09-2026, 15:54
    Pakistanda partlayış nəticəsində 11 nəfər ölüb
  • 26-09-2026, 15:40
    İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
  • 26-09-2026, 15:26
    Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
  • 26-09-2026, 15:04
    Pezeşkian: Yaxın Şərqin "polis"ə ehtiyacı yoxdur
  • 26-09-2026, 14:59
    “Liv Bona Dea” və Mərkəzi Klinikanın həkimləri Dambrauskası ələ saldı - Fotolar
  • 26-09-2026, 14:46
    "Formula 1" üzrə Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
  • 26-09-2026, 13:41
    Milli Məclisin komissiyası: Türkiyədə Azərbaycana qarşı kampaniya münasibətləri hədəf almaq məqsədi daşıyır
  • 26-09-2026, 13:35
    Bakıda direktora etiraz edən şagirdlər dərsə getmədi - TƏFƏRRÜAT
  • 26-09-2026, 13:27
    Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
  • 26-09-2026, 13:14
    “Mənə iş verin, 5 ildir eyni sözü eşidirəm” - Qazi KÖMƏK İSTƏYİR
  • 26-09-2026, 12:10
    Laçında traktor minaya düşüb
  • 26-09-2026, 12:05
    Maşının çəninə dizel əvəzinə benzin tökdülər və... - MÜRACİƏT
  • 26-09-2026, 11:40
    II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda sənədlər mübadilə edilib
  • 26-09-2026, 11:28
    “Robert Əyyubov şirkətimizi əlimizdən aldı” - Mahirə Əsədova Prezidentə müraciət etdi
  • 26-09-2026, 11:09
    Forumda iştirak edən qurumların aktivləri 30 trilyon dollara çatır
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə