• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Azərbaycan icması Niderland parlamentinin Nümayəndələr Palatasının sədrinə müraciət edib

Siyasət

12-01-2023, 19:01

Niderlandda fəaliyyət göstərən Azərbaycan icması ölkə parlamentinin Nümayəndələr (Aşağı) Palatasına müraciət edib.

“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin adından Niderland parlamentinin Nümayəndələr Palatasının sədri Vera Berqkampa ünvanlanan məktubda bu ölkədə yaşayan 15 minlik azərbaycanlı icmasının Azərbaycan və Ermənistan arasında vəziyyətin gərginləşməsi və aşağı palatanın bu məsələdə nümayiş etdirdiyi birtərəfli, qərəzli mövqeyi ilə əlaqədar narahatlığı diqqətə çatdırılıb. Soydaşlarımız aşağı palatanı Azərbaycana münasibətdə qərəzsiz, ədalətli və balanslı mövqe tutmağa, hadisələri obyektiv qiymətləndiirməyə dəvət ediblər.

“Niderland vətəndaşı olaraq, eyni zamanda qohumlarımızın və dostlarımızın yaşadığı tarixi vətənimizdə baş verənlərə candan yanaraq, sizi və deputat həmkarlarınızı oradakı hadisələri obyektiv qiymətləndirməyə və Cənubi Qafqaz regionunda qarşıdurmanın dərinləşdirilməsinə deyil, sülhə yönələn balanslı mövqe tutmağa çağırırıq. Biz narahatıq ki, aşağı palata Ermənistanın beynəlxalq humanitar hüququn müddəalarını sistemli və mütəmadi şəkildə pozmasına heç bir reaksiya vermir. Ermənistanın Baş nazirinin müharibənin dayandırılmasına dair 2020-ci il 10 noyabr tarixli Bəyanatı imzalamasına baxmayaraq, rəsmi İrəvan Azərbaycan ərazilərinin minalanması siyasətini davam etdirir. 2022-ci ilin avqust ayında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 2021-ci ildə istehsal olunmuş 2728 piyada əleyhinə mina aşkar edilib. Başqa sözlə, sizin parlamentiniz Ermənistana dəstək verən qətnamələr qəbul edərkən bu ölkə 268 nəfərin, o cümlədən 9 uşaq, bir qadın, 3 jurnalistin ölümünə bais olan cinayətkar minalaşdırma siyasətini davam etdirib”, - deyə niderlandlı deputatlarının yolverilməz davranışının Ermənistanın qanlı cinayətləri davam etdirməsi ilə nəticələndiyinə diqqət cəlb olunub.
Nəzərə çatdırılıb ki, 2020-ci ilin payız müharibəsi başa çatdıqdan sonra 28 illik erməni işğalından azad edilən ərazilərin yalnız 8 faizi minalardan təmizlənib, 750 min azərbaycanlı qaçqın və köçkün hələ də Qarabağdakı yaşayış yerlərinə qayıda bilmir. “Bu, bütün cəmiyyət üçün ciddi iqtisadi, sosial və humanitar problemdir. Axı bu insanların arasında bizim qohumlarımız da var. Məgər onlar insan haqlarına malik deyillər, yoxsa insan haqları yalnız erməni xalqının inhisarındadır?” – deyə spikerə haqlı sual ünvanlanıb.

Qeyd edilib ki, aşağı palata indiyədək Ermənistanın beynəlxalq humanitar hüququ pozmasına, yalnız humanitar məqsədlər üçün açıq olan Laçın dəhlizi vasitəsilə Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz silahlı birləşmələri və silahları ötürməyi davam etdirməsinə reaksiya verməyib. Halbuki 1991-1994-cü illərdə baş verən Birinci Qarabağ müharibəsi zamanı 4000-ə yaxın azərbaycanlı itkin düşüb, bu yaxınlarda isə mətbuatda iranlı hərbi mütəxəssislərin Qarabağa qeyri-qanuni olaraq göndərilməsi ilə bağlı məlumatlar yayılıb.

“İşğaldan azad edilmiş ərazilərimizdə soydaşlarımızın meyitlərinin olduğu kütləvi məzarlıqların aşkar edilməsinin görüntülərini dəhşət və ağrı ilə izləyirik. Niyə itkin düşmüş şəxslərlə bağlı bütün məlumatların, o cümlədən kütləvi məzarlıqların xəritəsinin Azərbaycana ötürülməsi, qohumlarımızın, dostlarımızın adət-ənənələrimizə uyğun şəkildə dəfn edilməsi üçün parlamentiniz Ermənistana təzyiq etmir?”, - deyə soydaşlarımız spikerdən cavab tələb ediblər.

Niderlandlı deputatların Ermənistanın 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını pozaraq Azərbaycanın qərb rayonları ilə onun Naxçıvan bölgəsi arasında nəqliyyat marşrutlarının açılmasına mane olmasına göz yumduğu vurğulanıb: “30 ilə yaxındır ki, Naxçıvan Muxtar Respublikası və onun 300 min əhalisi yerüstü blokadadadır, onunla əlaqə ancaq hava nəqliyyatı vasitəsilə mümkündür”.

Soydaşlarımız niderlandlı deputatları Laçın rayonundakı vəziyyətlə bağlı qeyri-obyektiv, son dərəcə qərəzli mövqe tutmaqda ittiham ediblər: “Siz obyektiv mənzərəni aydınlaşdırmadan, yalnız erməni nöqteyi-nəzərini əsas götürərək Azərbaycanı ittiham etdiniz. Axı yalnız erməni nöqteyi-nəzərinin əsas götürülməsi Cənubi Qafqaz regionunda vəziyyətin normallaşmasına, Qarabağ erməniləri və azərbaycanlıları arasında barışın əldə olunmasına töhfə verməyəcək”.
Soydaşlarımız Nümayəndələr Palatasının spikerini məktubda qeyd olunan mühüm məsələlərin müzakirə edilməsi və Azərbaycan icmasının narahatlığının aradan qaldırılması məqsədilə Azərbaycan diaspor təşkilatlarından ibarət nümayəndə heyətini qəbul etməyə çağırıb.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

24-01-2023, 12:58

Azərbaycan icması “Der Spiegel” jurnalından Qarabağla bağlı dezinformasiya yaymamağı tələb edib

Siyasət

28-01-2023, 19:23

ABŞ-dakı icmamız terror aktı ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib - BƏYANAT

Siyasət

20-01-2023, 00:06

Niderlandda növbəti erməni təxribatının qarşısı alınıb - FOTO

Siyasət

10-07-2022, 12:22

35 deputat Ankaraya qarşı birləşdi: Baydenə müraciət

Dünya

3-08-2022, 14:14

“Pelosinin Tayvana səfəri qıcıq yaradır” - Lavrov

Dünya

19-04-2023, 16:27

Avstraliyadakı diaspor fəalları Yenu Cənubi Uels parlamentarları ilə əməkdaşlıq perspektivlərini müzakirə edib - FOTO

Dünya

20-01-2023, 17:37

Praqada və Çexiya parlamentinin kitabxanasında 20 Yanvar faciəsi ilə bağlı aksiya-sərgi təşkil edilib

Siyasət

30-01-2023, 20:32

Azərbaycan diaspor fəalları Haaqa Ədalət Sarayının qarşısında toplaşıb

Siyasət / Dünya

27-01-2023, 22:55

Kanadadakı diasporumuz beynəlxalq ictimaiyyətdən ədalətli mövqe tələb edir - BƏYANAT

Dünya

4-04-2023, 21:41

Komitə sədri Ontario parlamentinin üzvləri ilə görüşüb - FOTO

Dünya

12-08-2022, 11:19

Türkiyə-Ermənistan müzakirələrinin detalları: xüsusi nümayəndələr 500 dəfə telefonla danışıb

Dünya

3-04-2023, 21:56

İsveçrədəki soydaşlarımız Cenevrədəki erməni təxribatını sərt şəkildə pisləyib

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
23-09-2026, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
Xəbər lenti
  • Bu gün, 15:04
    Pezeşkian: Yaxın Şərqin "polis"ə ehtiyacı yoxdur
  • Bu gün, 14:59
    “Liv Bona Dea” və Mərkəzi Klinikanın həkimləri Dambrauskası ələ saldı - Fotolar
  • Bu gün, 14:46
    "Formula 1" üzrə Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
  • Bu gün, 13:41
    Milli Məclisin komissiyası: Türkiyədə Azərbaycana qarşı kampaniya münasibətləri hədəf almaq məqsədi daşıyır
  • Bu gün, 13:35
    Bakıda direktora etiraz edən şagirdlər dərsə getmədi - TƏFƏRRÜAT
  • Bu gün, 13:27
    Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
  • Bu gün, 13:14
    “Mənə iş verin, 5 ildir eyni sözü eşidirəm” - Qazi KÖMƏK İSTƏYİR
  • Bu gün, 12:10
    Laçında traktor minaya düşüb
  • Bu gün, 12:05
    Maşının çəninə dizel əvəzinə benzin tökdülər və... - MÜRACİƏT
  • Bu gün, 11:40
    II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda sənədlər mübadilə edilib
  • Bu gün, 11:28
    “Robert Əyyubov şirkətimizi əlimizdən aldı” - Mahirə Əsədova Prezidentə müraciət etdi
  • Bu gün, 11:09
    Forumda iştirak edən qurumların aktivləri 30 trilyon dollara çatır
  • Bu gün, 10:29
    Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb
  • Bu gün, 10:09
    İlham Əliyev: "Bu gün 2 mühüm sənəd imzalanacaq"
  • Bu gün, 09:51
    Ramin Qasımov Sumqayıt Tibb Mərkəzində nə kimi qanunsuzluqlara yol verir
  • Bu gün, 09:23
    İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edir
  • Bu gün, 09:17
    “Referans”ın həkimləri qızımı öldürdü – 19 yaşlı Fidanın atasından ağır ittihamlar
  • Bu gün, 08:54
    Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib
  • Dünən, 19:00
    Azərbaycan–Gürcüstan münasibətlərində parlamentlərarası əlaqələrin rolu müzakirə olunub
  • Dünən, 18:30
    TDT XİN rəhbələrinin Nyu-Yorkda qeyri-rəsmi toplantısı olub
  • Dünən, 18:18
    Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 50 mənzil verilib
  • Dünən, 18:11
    Ramiz Mehdiyevin kürəkəni və sabiq icra başçısının şərik olduğu obyektlər satışa çıxarılıb - TƏFƏRRÜAT
  • Dünən, 17:57
    Daşkənddə TBNM-in inkişafına dair konfrans keçiriləcək
  • Dünən, 17:39
    "İnternational" BOKT-nın rəhbərindən vətəndaşa qarşı KOBUDLUQ - GİLEY
  • Dünən, 17:10
    Paşinyana "sülh mükafatı" - Azərbaycana dəyişməyən siyasi-ideoloji qərəz - ŞƏRH
  • Dünən, 16:59
    Yeni Yasamalda ağacları məhv edib otel tikirlər - Sakinləri eşidən heç bir qurum yoxdur -VİDEO
  • Dünən, 16:34
    Əli Əsədov gürcüstanlı həmkarını təbrik edib
  • Dünən, 16:10
    Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM
  • Dünən, 15:55
    DGK-nin idarəsində yoxlama - Vəzir Həsənovun işçiləri cəzalandırıldı - Bəs özü?
  • Dünən, 15:36
    “Formula 2”də zəncirvarı qəza olub, sessiya müvəqqəti dayandırılıb
  • Dünən, 15:21
    Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
  • Dünən, 15:07
    Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
  • Dünən, 13:00
    Bakı təhsil idarəsi QALMAQALDA - Müəllimlər maaş ala bilməyəcək?
  • Dünən, 12:34
    Prezident: "AIIF 2026-dakı müzakirələr regionda əlaqəliliyin artmasına, ümumi rifaha töhfə verəcək"
  • Dünən, 12:14
    Dəmir vaqonda yaşayan məcburi köçkün Böyük Qayıdışın faydasını nə vaxt görəcək - MÜRACİƏT
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə