Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Türkiyənin Akçaabat şəhərində keçirilən "13-cü Beynəlxalq Erol Günaydın Teatr Günləri" festivalında uğurla çıxış edib
Teatr kollektivi görkəmli dramaturq Hüseyn Cavidin "Ana" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edib.
Səhnə işi festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Akçaabat Bələdiyyəsinin başçısı Osman Nuri Ekim teatr kollektivini təbrik edərək onlara xüsusi plaket təqdim edib.
Tədbir çərçivəsində teatrın direktor müavini Səməd Canbaxşiyev tərəfindən milli-mənəvi dəyərlərimizi əks etdirən Novruz atributları Akçaabat Bələdiyyəsinin rəhbərinə hədiyyə olunub.
Sonda tərəflər arasında xatirə fotosu çəkilib.