Sizin reklam burada 728×90
Son dəqiqə

Gəncə Şəhərində" Füzuli restoranın" tüstüsü və sakinlərin narazılığı...

10.09.2026 19:51 285 1 dəq oxunur
Gəncə Şəhərində" Füzuli restoranın" tüstüsü və sakinlərin narazılığı...
Gəncə Şəhərində olan, Sabuhi Əliyev keçəsi yaxınlığında yerləşən "Füzuli restoranı" sakinlərin narazılığına səbəb olubdur. Sakinlərin sözlərinə görə çoxsaylı şikayətlər olunsada, aidiyyəti qurumlar heç bir tədbir görmür.

Belə ki, Cabbar Ələkbərov və Cahangir Axundov küçəsinin yaxınlığında Ekologiya çirklənməsi, Qida Təhlükəsizliyinin tələbləri kobud şəkildə pozulubdur.
Sözü gedən ərazidə kababın tüstüsü bütün küçələrə yayılır, sakinlərin hərəkət etdikləri yolda stollar qoyulur, səkilərdə maşınlar dayanır, yol kənarında qoyulan stollarda içki məclisləri olur, əhalinin sıx olan yerində yol kənarında qoyulan stollarda nəlayiq söyünclər eşidilir.

Gəncə Şəhər İcra Hakimiyyətinə, 10 saylı region Ekologiya İdarəsinə, Qida Təhlükəsizlik Agentliyinə dəfələrlə müraciət olunsada heç bir tədbir görülmür.

Ofeliya Davudqızı
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az