Sizin reklam burada 728×90
Son dəqiqə

Keçmiş deputatın ailə şirkəti CAMAATI BOĞAZA YIĞIB...

14.09.2023 10:58 910 1 dəq oxunur
Keçmiş deputatın ailə şirkəti CAMAATI BOĞAZA YIĞIB...
Alqı-satqı ilə məşğul olan Mehriban Məmmədxanova 20 ildir Nəsimi rayonunda yaşayır.
DİA.AZ bildirir ki, “Vialon” MMC adlı şirkətin əməkdaşları kimi özlərini təqdim edən bir qrup insan keçmiş “Hicaz” kafesini alıb ofis kimi fəaliyyət göstərirlər.

Əmlakçının sözlərinə görə, ərazidə məskunlaşanlara hədə-qorxu ilə 2 min manat məbləğində evlərini boşaltmaları tələb olunur.

Lakin bu məbləğ sakinləri qane etmir.

Qeyd edək ki, vətəndaşların canını boğaza yığan şirkət özgəsinin deyil... yaxşı tanıdığımız keçmiş deputat Əsabil Qasımovun ailə üzvlərinindir.

Məlumatlara görə, Əsabil Qasımovun qardaşı Vüqar Qasımova məxsus “Vialon” MMC ilə bağlı məsələ artıq hüquq-mühafizə orqanlarının da diqqətini cəlb edib.

Bu barədə daha geniş reportajlmız olacaq...

Məsələ ilə bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az