Sizin reklam burada 728×90
Son dəqiqə

"Onları öz efirimə buraxmaram"

30.07.2022 19:10 604 1 dəq oxunur
"Onları öz efirimə buraxmaram"
"Hazırda olan mahnılar, aranjimanlar məni qane etmir. İstədiyimi ala bilmirəm. Ona görə də qərar verdim ki, özüm aranjiman edim".

bakunews.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Nurlan Növrəsli MYV-yə açıqlamasında deyib. Müğənni son günlər gündəm olan mahnıları təqndi edib:

"Sənət başqadır, sosial şəbəkə, reklam, qazanc, maddiyat başqadır. Bir-birinə qatmaq olmaz. Sosial şəbəkə ilə özünü daha rahat və sənətçi hiss edirsə, qoy, etsin. Bayağı ifaçılar var ki, onlara ifaçı demirəm. Sosial şəbəkədə pulla rəqəmi çoxaldıb, düşünür tanınandır, əlçatmazdır. Öz efirimə onları buraxmaram. Daha bəstəkarlarımız olub, buna ürəyim yanır. Bizim dahi bəstəkarlar olmasaydı, indiki halı qəbul edərdim. Demirəm özünüzü onlara oxşadın, bunu edə bilməzsiniz". 

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az