Sizin reklam burada 728×90
Son dəqiqə

Müğənninin toyunda havaya atəş açıldı, tənqid olundu

10.08.2022 17:15 602 1 dəq oxunur
Müğənninin toyunda havaya atəş açıldı, tənqid olundu
Xəbər verdiyimiz kimi, Türkiyəli müğənni Nihat Doğan iranlı pərəstişkarı Arzu adlı xanımla evlənib.

bakunews.az axşam.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə ifaçının toyundan olan görüntülər yayılıb. Videolarda qonaqların rəqsi zamanı havaya silahla atəş açıldığı görünür. Atəşi açan şəxsin əvvəlcə Nihata yaxınlaşaraq onun razılığını aldığı da diqqətdən yayınmayıb. İzləyicilər çox sayda qonaqların və uşaqların olduğu yerdə bu hərəkətin edilməsini birmənalı qarşılamayıblar.

Görüntülərə "Uşağını götürərək oradan uzaqlaşan ana vəziyyətin ciddiliyini göstərir. Bitmədi, bu toylardakı silahla atəş açmaq kimi axmaq "adət", "Necə də lazımsız bir hərəkət", "Hər kəs özünə yaraşanı edir. Nihatdan da ancaq belə axmaqlıq gözlənərdi", "Düz uşağın yanında edirlər, rəzillik" kimi tənqid dolu şərhlər yazılıb.

Qeyd edək ki, Arzu Doğan 3 aylıq hamilədir.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az