• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

İLHAM ƏLİYEVƏ AÇIQ MƏKTUB "ZƏFƏR QURBANOV ADAU-NU MƏHVƏ APARIR"

Təhsil

19-06-2024, 03:00

Azərbaycan Respublikasının Prezidenti cənab İLHAM ƏLİYEVƏ

Surəti: Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədova

Surəti: Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı NİYAZİ BAYRAMOVA

ZƏFƏR QURBANOV ADAU-NU MƏHVƏ APARIR


Cənab Prezident, biz Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyəti universitetimizdə baş verən özbaşınalıqlarla bağlı Sizə müraciət etmək qərarına gəldik.

Cənab Prezident, insanlar da sanki kitablar kimidir, onların əsl üzünü, üzünə baxınca deyil, zamanla səhifələrini oxuduqca anlamaq olur. Zəfər Qurbanov Azərbaycan Dövlət Aqrar Universitetinə rektor təyin olunanda bütün kollektiv elə zənn etdi ki, bu adamın gəlişi aqrar təhsilə böyük təkan verəcək.

Lakin, kitab kimi zamanla səhifələnən Zəfər Qurbanov işlədiyi müddət ərzində aqrar sahədən, eləcə də idarəetmə işindən tam bixəbər olduğunu sübut etdi. Zəfər Qurbanov Aqrar Universitetə rektor təyinatından bu günə qədər nə düz əməlli bir kadr islahatı aparır, nə universitetin inkişafı üçün bir addım atır, nə də müəllimlərin sosial rifahının yaxşılaşdırılması üçün əmək haqqını qaldırır.

Aqrar təhsil ocağında Zəfər Qurbanovun rektor təyinatından sonra haqsızlıq geniş vüsət almışdır. Zəfər Qurbanov öz yarıtmaz fəaliyyəti, tədrisi məhv etməsi ilə sabiq rektor İbrahim Cəfərovun atasına rəhmət oxutdurur. Aqrar təhsil ocağının tarixi inkişafı məhz elə sabiq rektor İbrahim Cəfərovun dövründə olmuşdur, nəticədə onun rektorluq dönəmində ölkə Prezidenti kimi Siz üç dəfə ADAU-ya rəsmi səfər etmiş, yaranmış şəraitlə yerində tanış olmuş, görülən işlərə böyük qiymət vermişsiniz. ADAU-nun inkişafında həmişə lazımi addımlar atdığınıza görə kollektiv adından Sizə dərindən təşəkkür edirik.

Cənab Prezident, amma indi universitetdə sanki, həyat dayanıb. Zəfər Qurbanov iclasları çox sevir, bütün günü orda-burda yalandan mənasız iclas keçirir, saatlarla davam edən iclaslarda yalnız özü danışır, özünü tərifləyir. Elmi Şurada qərar qəbul edərək, Dünya Bankının xətti ilə tikilən, praktik və əyani tədris vasitəsi olan fermanı tamamilə ləğv etdi. Bu ferma tələbə yataqxanasının yaxınlığında yerləşirdi. Onu tam dağıdaraq dedi ki, Uçxoz var. Uçxozda olan təsərrüfat isə çox uzaqdır, ona görə də ora tələbələr gedə bilmir. Bunlar da tədrisə çox pis təsir göstərir, dünya bankının xətti ilə tikilən bu fermalarda sadəcə idarəçiliyi nizamlamaq lazım idi, lakin Zəfər Qurbanov bunu etmək əvəzinə, bu fermaları tamamilə dağıtdı.

Sabiq rektor İbrahim Cəfərov heyvandarlığın, quşçuluğun, balıqçılığın inkişafı və tələbələrin ixtisası üzrə öyrənməsi üçün əlindən gələni edirdi. Baytarlıqda oxuyan tələbələrə dərsdən sonra aylıq əmək haqqı verərək həm işlədirdi, həm də onları öyrədirdi. Amma indi Zəfər Qurbanov həm maşın-traktor parkını dağıdır, həm heyvanları tamamilə satır, deyir ki, bunları saxlamağa vəsait yoxdur, amma bunlar ixtisaslı kənd təsərrüfatı kadrlarının yetişməsi üçün çox vacibdir.

Zəfər Qurbanov univrsitet Elmi Şurasında çıxış edərək bildirir ki, mənə kafedraları və diğər strukurları idarə etmək üçün menecer lazımdır. Bu adam başa düşmür ki, menecer sözünün mənası nədir? Ötən il Aqronomluq fakültəsində uzun müddət Elmi-Tədqiqat İnstitutunun direktoru işləmiş, Gəncə Regional Aqrar Elm Mərkəzinin direktoru olmuş, Sizin tərəfinizdən əməyinə "Tərəqqi" medalı verilmiş Həsənəli Aslanovu aşağılayaraq "mənə sənin kimi elmlər doktoru lazım deyil, sən get alimliyinlə məşğul ol, mənə kafedranı idarə etmək üçün menecer lazımdır" dedi. Zəfər Qurbanov yaxşı işləyən, tələbələrin sevimlisi, məsuliyyətli, çox savadlı olan Hümbət Hümbətovu vəzifəsindən, hətta müəllimlikdən belə çıxartdı.

İndi isə Meşəçilik kafedrasının müdiri Vidadi Səmədovu təhqir edir. Vidadi Səmədov o dövrlər ulu öndərimiz Heydər Əliyevin Moskvaya təhsil almağa göndərdiyi gənclərdən olub. Bütün ömrünü elmə həsr edən, təmənnasız, heç bir zaman rüşvət almayan, uzun müddət Aqrar Universitetdə böyük əməyi olan, bir çox Beynəlxalq layihələrdə iştirak edən, uzun müddət Amerikada - Kaliforniyada elmi-tədqiqat işi aparmış, rus və ingilis dillərini çox yüksək səviyyədə bilən , bu dillərdə yüksək səviyyədə dərslər keçən və bu gün də Azərbaycanda bir çox yenilikləri ilə seçilən bir şəxsdir.

Vidadi Səmədovun görkəmli alim Azad Mirzəcanzadə kimi ailəsi belə yoxdur, bütün ömrünü elmə həsr edib. Sabiq rektor İbrahim Cəfərov onun bu qabiliyyətinə, qeyri-adi fəaliyyətinə həmişə yüksək dəyər verirdi, onu kafedra müdiri seçmişdi. Belə bir şəxs bisaavad, aqrar sahədən heç bir xəbəri olmayan, İnam Kərimovun dayağı sayəsində ADAU-da at oynadan Zəfər Qurbanov tərəfindən təhqir olunur, aşağılanır. Universitet Elmi Şurasında Vidadi Səmədov çıxış edərək bildirdi ki, dərslərdə tələbələrlə ciddi məşğul olmaq lazımdır, tələbələrdə motivasiya yaradılmalı, kurs layihələri geniş şəkildə işlənilməli, əyaniliyə üstünlük verilməli, praktiki məşğələlərin keçilməsi üçün müvafiq avadanlıqlar alınmalıdır.

Zəfər Qurbanov buna cavab olaraq bildirdi ki, sən mənə göstəriş vermə, sən kimsən, mən özüm bilirəm ki, nə etmək lazımdır. Sən tələbələrə qarşı çox tələbkarsan, tələbkarlığı azaltmalısan. Sən nə qədər dərsdən danışacaqsan? Yeri gələndə sən auditoriyada tələbələrə nağıl danış, lətifə danış. Elmdən az danış, lətifə danış, qoy tələbələr narazı qalmasın. Belə görünür ki, mənlə səninki tutmayacaq. Mən səni kafedra müdirliyindən çıxaracam.

Zəfər Qurbanov gəldiyi iki ildən artıq müddətə universitetdə heç bir normal kadr islahatı belə apara bilməyib. Bu şəxsin nə aqrar sahədən, nə rektor kimi idarəetmə işindən, nə də elmi-tədqiqat işindən xəbəri yoxdur. Bu adam uzun müddət Həmkarlar Təşkilatında işləmişdir. İdarəetmə təcrübəsinin olmaması səbəbindən ADAU kimi tarixi ənənələrə malik olan bu universitet batıb gedir. Sabiq rektorlar Mirdamət Sadıqovun, İbrahim Cəfərovun dövründə yaradılmış infrastruktur məhv olub gedir, təmir olunmur, təmirə yazılmış pullar tamamilə mənimsənilir.

Professor-müəllim kollektivi arasında özbaşınalıq, anarxiya baş alıb gedir, professorlar dəyərləndirilmir, savadlı və qabiliyyətli adamlar vəzifələrdən tamamilə kənarlaşdırılıb. Universitetdə vəzifələrə savadsız, qabiliyyətsiz, rektora itaət edən şəxslər təyin olunur.

Bu yaxınlarda Heydər Əliyev mərkəzində keçirilən Beynəlxalq elmi konfransda universiteti vaxtı ilə ən qabaqcıl universitetlər siyahısına salmış akademik İbrahim Cəfərov, Fuad Əliyev və digər görkəmli elm adamları dəvət olunmadı.

Hal-hazırda universitetdə imtahan sessiyası gedir. Bu sessiyada rüşvətxorluq baş alıb gedir. Bu imtahan qərərgahının əməkdaşları qazanc uğrunda yarışa giriblər. Zəfər Qurbanov isə obyektivlikdən, şəffaflıqdan pafosla danışır. Maraqlıdır, Zəfər Qurbanov hansı üzlə deyir ki, mən olan yerdə rüşvət ola bilməz? Zəfər Qurbanovun idarəçiliyi altında dekan Famil Nəsibov Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əlində külli-miqdada pul ilə tutuldu, məhkəmə qərarı ilə işindən azad edildi. İnam Kərimovun Ali Məhkəməyə sədr təyin olunmasından sonra İnam Kərimovun, eləcə də Xaçmaz rayon icra hakimiyyətinin başçısı Elnur Rzayevin koməkliyi ilə ev dustaqlığına buraxıldı, yeni tədris ilində isə Zəfər Qurbanov onun yenidən universitetdə işinə bərpa olunması üçün söz də verib.

Sabiq rektor Mirdamət Sadıqovun vaxtında İmtahan Qərərgahının rəisi uzun müddət aqrar universitetdə yaxşı mütəxəssis olan professor Nazim Yusifov idi. Nazim Yusifov universitetin inkişafında canını qoymuş, ətrafına kafedralarda böyük təcrübəyə və pedaqoji ustalığa malik olan adamları cəlb etmiş və imtahan sessiyasında obyektivliyin tam təmin olunması üçün əlindən gələni etmişdi. Zəfər Qurbanov isə layiqli kadrları özündən tam aralamış, universitetə kənardan gəlmiş, ixtisası olmayan, aqrar sahəyə tamamilə yad olan şəxsləri imtahan qərərgahına, eləcə də müxtəlif vəzifələrə təyin etmişdir.

Cənab Prezident, bütün internet resurslarını axtarsaq Zəfər Qurbanovun ümummilli liderimiz Heydər Əliyev haqqında bir çıxışına rast gəlmək qeyri-mümkündür. Heydər Əliyevin fəaliyyəti haqqında bir kəlmə danışmayan Zəfər Qurbanov kimlərinsə təqdimatı əsasında ümummilli liderimizin 100 illiyi ilə bağlı Yubiley medalını almağa belə nail olub.

Cənab Prezident, Azərbaycan Dövlət Aqrar Universiteti ilə Türk Hava Yolları aviabiletlərin satınalınması üzrə başlanıldığı tarix bəlli olmayan açıq tender müsabiqəsinə yekun vurulmuş və “Türk Hava Yollari Anonim Ortakliği”nın Azərbaycandaki nümayəndəliyi ilə 252.100 manat və digər məbləğlərdə bir neçə dəfə satınalma müqaviləsi bağlanmışdır.

Maraqlıdır, Azərbaycan Dövlət Aqrar Universitetinə aviabiletlərin satınalınmasına təcili tələbat hansı zərurətdən yaranıb? Azərbaycan Dövlət Aqrar Universitetindən 27.03.2024-cü il tarixdən 31.12.2024-c il tarixə neçə nəfərin, nə məqsədlə, haradan, haraya uçacağı bəlli olmayan aviabiletlər alması nə qədər təcili tələbatdır? Vaxtı əvvəlcədən müəyyən olunmuş hər hansı bir beynəlxalq tədbirlərə aviabiletlər bron etmək olar. Məlum olduğu kimi aviabiletləri bir neçə ay qabaqcadan sifariş verdikdə, yəni bron etdikdə qiymətlər xeyli aşağı ola bilər. Belə olan təqdirdə, Azərbaycan Dövlət Aqrar Universiteti 252.100 manata ən azı 350 -400 bilet bron etmiş olur. Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalında Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən 25 nəfər türk mütəxəsislərin hər biri ilə 12.240 manat məbləğində satınalma müqaviləsi bağladığı barədə 18.03.2024-cü il tarixdə məlumat açıqlanıb. Bütün bunlar universitetin büdcəsinin dağıdılmasına və Zəfər Qurbanov tərəfindən mənimsənilməsinə xidmət edir.

Cənab Prezident!

Siz həmişə ADAU-nun inkişafı üçün əlinizdən gələni etmisiniz, üç dəfə bizim universitetdə olmusunuz. Sizin göstərişinizlə və əməyinizlə yaradılmış infrastruktur, eləcə də universitet Zəfər Qurbanovun yarıtmaz idarəçiliyi ucbatından məhvə doğru gedir.

İnanırıq ki, ən qısa zamanda aqrar təhsil ocağında tüğyan edən özbaşınalıqlara son qoyulması üçün göstəriş verəcəksiniz.

Hörmətlə, Azərbaycan Dövlət Aqrar Universitetinin professor müəllim heyəti

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Təhsil

15-05-2023, 01:54

Aqrar universitetdən Prezident İlham Əliyevə açıq məktub

Təhsil

11-04-2023, 23:02

Zəfər Qurbanov ADAU-nu niyə ÇÖKDÜRMƏK İSTƏYİR? – Görünən budur ki… (FOTOLAR)

Sosial / Ölkə

21-09-2023, 10:20

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyin tenderi ləğv edildi

Təhsil

18-04-2023, 20:48

Bəşir Bağırzadə Daxilə nəzarət etmir sadəcə olaraq Zəfər Qurbanovun əmirlərini yerinə yetirir - İDDİA

Cəmiyyət

24-10-2023, 11:29

Aqrar Xidmətlər Agentliyində NƏ İŞLƏR ÇEVRİLİR?

İqtisadiyyat

15-07-2022, 19:09

Azərbaycan və Litva kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirir

Gündəm / Siyasət

27-03-2024, 14:57

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

Gündəm / Şou-biznes

21-02-2024, 11:52

Akif İslamzadə İlham Əliyevə məktub yazdı: “Dualarımız Sizinlədir”

Gündəm / Ölkə

9-10-2023, 09:24

Gəncə başçısı Niyazi Bayramovun "SEVİMLİ KADRLARI" - Maliyyəci Rəşid Yusifov KİMDİR...

Gündəm

8-11-2023, 10:17

Azərbaycanda Zəfər Günü qeyd olunur

Cəmiyyət

17-11-2023, 12:22

Allahverən Pərvizoğlu İcra başçısı üçün Prezidentə təşəkkür etdi

Araşdırma

21-06-2022, 02:20

ADAU təhsil sistemində bir RÜŞVƏT ADASIDIR... - İTTİHAM VAR!

Araşdırma
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
322 nömrəli məktəbdə 128 840 manatlıq yığım iddiası: adlar açıqlanır, müraciətlər edilir - Bəs araşdırmanın nəticəsi haradadır?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Hadisə
Bu gün, 17:57
Bakıda məktəbli bıçaqlanıb
Dünən, 15:00
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
Xəbər lenti
  • Bu gün, 19:00
    Nazirlik: Dövlət başçısının yeni Fərmanı ilə övladlığagötürmə proseduru sadələşdirilib
  • Bu gün, 18:28
    ABŞ-nin sanksiyalar siyahısındakı şəxs İranın müdafiə naziri ola bilər
  • Bu gün, 18:15
    “Neptun”dakı endirim narazılıq yaratdı – Foto
  • Bu gün, 17:57
    Bakıda məktəbli bıçaqlanıb
  • Bu gün, 17:52
    783 minlik mənimsəmə işi: “Pulu birbaşa Mehdi Əmrahova verirdim” - MƏHKƏMƏ
  • Bu gün, 17:22
    Sabah bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 17:08
    Azərbaycanın Zəfəri – aparıcı güclərin sınan müqaviməti - ŞƏRH
  • Bu gün, 16:51
    İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
  • Bu gün, 16:45
    Badamdarda tikinti özbaşınalığı: Vüqar Zeynalov və Anar Quliyev hansı qanuna əsaslanaraq sərəncam verib?
  • Bu gün, 15:56
    Bu il magistraturaya qəbul üzrə 195 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib
  • Bu gün, 15:43
    Bakıda restoranda şok hesab: 10 nəfərə 1236 manat - FOTO
  • Bu gün, 15:12
    Ötən həftə 1144,9 ha ərazi minalardan təmizlənib
  • Bu gün, 15:01
    "Bazarstore"-dan xarab məhsul - FOTOLAR
  • Bu gün, 14:37
    Avstriyanın yeni səfiri Azərbaycanla ikitərəfli münasibətləri dərinləşdirmək niyyətindədir
  • Bu gün, 13:45
    Bakı Kommersiya Məhkəməsinin sədri məşhur dələduz Arzu Kazımovu belə qoruyur? – "Servis+" MTK işində qalmaqallı qərardadı necə alıblar
  • Bu gün, 13:42
    “Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
  • Bu gün, 13:24
    Badamdarda yüksək gərginliyin altında böyük təhlükə - Kim və necə içazə verib? - VİDEO
  • Bu gün, 13:15
    Sabah Bakıya və rayonlara yağış yağacaq
  • Bu gün, 13:05
    Şamaxıda “kəsib, sonra sayırlar?” - Sakinlərin haqqını kim qoruyacaq? – VİDEO
  • Bu gün, 12:49
    Rusiya ordusu Ukrayna ilə Moldova arasında daha bir sərhəd keçid məntəqəsinə zərbə vurub
  • Bu gün, 12:31
    Əli Həsənov Ukraynaya 300 milyon dolar yatırıb? - Sabiq Qaçqınkom sədrindən açıqlama
  • Bu gün, 12:05
    Naxçıvanda qeyri-filiz faydalı qazıntı yataqlarının istismarından büdcəyə daxil olan vəsait açıqlanıb
  • Bu gün, 11:55
    "VƏTƏN FƏDAİLƏRİ" LAYİHƏSİ NAXÇIVANDA TƏQDİM OLUNDU
  • Bu gün, 11:49
    Yasamalın icra başçısı kimin GÖZÜNƏ KÜL ÜFÜRÜR... - BU NƏDİ BELƏ?
  • Bu gün, 11:41
    Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib
  • Bu gün, 11:28
    Burda müştəriyə köhnə yemək verilir... - "Çox ac idik deyə ..."
  • Bu gün, 10:44
    Nazir: Müəllimlik peşəsinin əsas missiyası həm də savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir
  • Bu gün, 10:25
    “Qaçqınkom” dövlətin pulun belə “qaçırdır”:Bir mənbədən satınalma ilə...
  • Bu gün, 10:10
    Bakıda bəzi yollarda endirilən sürət həddi bərpa olunub
  • Bu gün, 09:34
    Bu gün Beynəlxalq Müəllimlər Günüdür
  • Bu gün, 09:09
    Yasamal rayonunun bir sıra ərazilərində işıq olmayacaq
  • Dünən, 17:00
    Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirib
  • Dünən, 16:37
    322 nömrəli məktəbdə 128 840 manatlıq yığım iddiası: adlar açıqlanır, müraciətlər edilir - Bəs araşdırmanın nəticəsi haradadır?
  • Dünən, 16:00
    İranın XİN başçısı Aİ-yə ABŞ ilə İsrailin hücumlarını dəstəkləməməyi təklif edib
  • Dünən, 15:30
    Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə