Azərbaycan Dillər Universitetində (ADU) növbəti kadr dəyişikliyi baş verib. Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin sabiq rəisi Aynur Sabitova ADU-nun İxtisas ölkəsinin ədəbiyyatı kafedrasının müdiri təyin edilib.
Məlumata görə, Aynur Sabitova 2018–2024-cü illərdə Ədliyyə Nazirliyində yüksək vəzifədə çalışıb. O, eyni zamanda bu ilin avqust ayına qədər ADU-da Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri vəzifəsində də fəaliyyət göstərib.
Qeyd edək ki, Aynur Sabitova həm hüquq, həm də filologiya sahəsindəki təcrübəsi ilə tanınır. Onun yenidən ADU-da vəzifəyə gətirilməsi universitetdə keçirilən kadr islahatları fonunda baş verib.
Yeni təyinatla bağlı universitet rəhbərliyi hələlik rəsmi açıqlama verməyib.