Sizin reklam burada 728×90
Son dəqiqə

ADU-da konsert ənənəsi davam edir – Tələbələr Röya, Aygün və Manananı görmək istəyir

11.03.2026 13:45 435 1 dəq oxunur
ADU-da konsert ənənəsi davam edir – Tələbələr Röya, Aygün və Manananı görmək istəyir
Bakunews.az xəbər verir ki, Azərbaycan Dillər Universitetində tələbələr üçün təşkil olunan konsert proqramları artıq ənənə halını almağa başlayıb. Universitetin Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin təşkilatçılığı ilə son iki ildə tanınmış müğənnilərin iştirakı ilə konsertlər keçirilib. Həmin şöbənin bədii rəhbəri, klarnet ifaçısı Hüseyn Məmmədoğludur.

2025-ci ildə ADU-da Xalq artisti Nazpəri Dostəliyevanin iştirakı ilə konsert proqramı baş tutub. Tədbir tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

2026-cı ildə isə universitetdə növbəti konsert keçirilib. Bu dəfə tanınmış müğənni Gülay Zeynallı tələbələr qarşısında çıxış edib. Konsert proqramı universitetin tələbələri tərəfindən maraqla izlənilib.

Tələbələr isə növbəti tədbirlərdə daha bir sıra məşhur sənətçiləri universitet səhnəsində görmək istədiklərini bildirirlər. Onların sözlərinə görə, Xalq artistləri Röya Ayxan və Aygün Kazımova, həmçinin Əməkdar artist Manana Caparidzenin ADU-da konsert proqramı ilə çıxış etməsi tələbələr üçün maraqlı olardı.

Qeyd edək ki, ADU-da tələbələrin mədəni həyatının zənginləşdirilməsi məqsədilə bu cür tədbirlərin davam etdirilməsi planlaşdırılır.

Nərmin
Bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az