Sizin reklam burada 728×90
Son dəqiqə

Magistraturaların boş qalan yerlərinə müsabiqənin nəticələri elan olundu

15.08.2022 19:36 691 1 dəq oxunur
Magistraturaların boş qalan yerlərinə müsabiqənin nəticələri elan olundu
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri avqustun 15-də saat 17:00-dan etibarən DİM-in internet saytında yerləşdirilib.

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, bakalavrlar müsabiqənin nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Magistraturanın boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 1848 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 761 nəfər (o cümlədən 71 nəfər dövlət sifarişi əsasında) magistraturaya qəbul olub.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az