İranın hava məkanı 12 aprelə qədər bağlı qalacaq.
Bu barədə Yaxın Şərq hava nəqliyyatının idarə olunması dairələrindəki mənbə məlumat verib.
Qeyd olunub ki, İran səması 12 apreldə yerli vaxtla təxminən saat 8:30-a qədər uçuşlar üçün bağlı olacaq.
Mənbə qeyd edib ki, qadağanın istisnaları hökumət, hərbi və tibbi təyyarələrin uçuşları, eləcə də mülki aviasiya orqanının xüsusi icazəsi ilə axtarış-xilasetmə uçuşları üçün tətbiq oluna bilər.
Xatırladaq ki, İranın hava məkanı 28 fevral səhəri ABŞ-İsrail hərbi əməliyyatının başlamasından sonra bağlanıb. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri zərbələrə məruz qalıb.