• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Prorektoru belə öldürmüşdülər...

Araşdırma / Olay

17-11-2023, 13:14

Xəbər verdiyimiz kimi, “Təfəkkür” universitetinin prorektoru Tariyel Əhmədovun qətlinə görə həmin təhsil müəssisəsinin rektoru vəzifəsində işləmiş, hazırda isə Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru olan Müşfiq Atakişiyev də həbs olunub.

Onun Tariyel Əhmədovu işgüzar nüfuzuna və rektor vəzifəsində qalmasına maneə kimi qəbul etməsi, bu səbəbdən qisas məqsədilə pul müqabilində prorektoru öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə həmkəndlisi Samir Quliyevlə birgə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

“Qafqazinfo” bu məqamda 12 il əvvəlki qətlin təfərrüatını xatırladır.

Tariyel Əhmədov 2011-ci il sentyabrın 16-da evinin yaxınlığında qətlə yetirilib. Belə ki, idman kompleksində Tariyel Əhmədovun başına küt alətlə vurulan zərbə nəticəsində onun kəllə sümüyü sınıb, beyin zədələnməsi nəticəsində dünyasını dəyişib.

Hadisə səhər saatlarında, Tariyel Əhmədov idman formasında məşq eləyən zaman baş verib. Onun meyiti Yasamal rayonu, Şərifzadə küçəsi 8 saylı ünvanda yerləşən yaşayış binasının qarşısındakı idman meydançasında aşkar edilib.

Maraqlıdır ki, Əhmədovlar ailəsi hadisənin ilk illərindən bu yana qətlə görə məhz Müşfiq Atakişiyevi ittiham edirdi. Mərhumun oğlu Zaur Əhmədovun bununla bağlı dövrü mətbuata dediklərini xatırlayaq:

“Bu səbəbsiz deyil. Atam qeyd etdiyim kimi Universitetin həmtəsisçilərindən biri idi. Öldürülməsəydi, növbəti ildə həmtəsisçilər arasında razılığa görə rektor olmalı idi. Qətlin baş verməsinin səbəblərindən biri bax budur.

Atam qətlə yetiriləndən sonra M.Atakişiyev məni yanına çağırıb bildirdi ki, sizə atanın payına görə 78 min manat, yəni o dövrün kursuna uyğun olaraq 100 min dollar pul verəcəm.

Mən razılaşmadıqda bildirdi ki, get fikirləş, bu işin arxasında çox güclü bir fiqur dayanır. Sonradan anama da deyib ki, uşaqlarına yazığın gəlsin. Həmin vaxtda Bakı şəhərində adi bir köşkün qiyməti 100 min manatdan yuxarı idi. Bu halda hansı bir ağıllı insan uzun illər ərsəyə gələn, beynəlxalq aləmdə tanınan universitetdəki 33 faizlik payını 78 min manata satar? Onun yüksək vəzifəli şəxslərin adını hallandırması anamı qorxuya salmışdı. Ona görə də verilən cüzi məbləğlə razılaşıb paydan imtina etmişdi”.

Qeyd edək ki, 16 sentyabr 2011-ci il tarixdə 1942-ci il təvəllüdlü Tariyel Əhmədovun yaşadığı binanın yaxınlığında üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb. 12 il sonra isə prorektoru öldürməkdə şübhəli bilinən şəxs müəyyən edilib. Belə ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət peşəkar istintaq-əməliyyat qrupu tərəfindən birgə həyata keçirilən tədbirlər nəticəsində 12 il əvvəl törədilərək bağlı qalmış xüsusilə ağır cinayətin açılması təmin edilib.

Həyata keçirilmiş çoxsaylı intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində əldə edilmiş sübutlarla 1977-ci il təvəllüdlü Dəyanət Quliyevin tamah məqsədi ilə Tariyel Əhmədova küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu gün isə həmin qətlə görə daha 2 şəxs məsuliyyətə cəlb edilib. Birgə keçirilən çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Müşviq Atakişiyevin sifarişçi, Samir Quliyevin isə qətlin icraçısı kimi qolları qandallanıb.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Kriminal

16-11-2023, 12:52

Azərbaycanda prorektorun qətlini sabiq rektor sifariş edibmiş - RƏSMİ

Hadisə

6-08-2022, 14:08

Tanınmış prokuroru şantaj edənlərin işi məhkəməyə göndərilib

Təhsil

2-10-2023, 13:54

Bu universitetin prorektoru işdən çıxarıldı

Kriminal

9-09-2023, 12:59

Azərbaycanda 25 il əvvəl törədilmiş sifarişli qətllərin üstü açıldı

Təhsil

18-06-2023, 22:27

ATU-nun prorektorunun iki oğlu da yanında işləyir - Qanun buna icazə verirmi?

Hadisə / Bölgə

22-11-2022, 09:39

Saatlida soyğunçuluq edən şəxs saxlanilib

Cəmiyyət

25-08-2022, 16:50

11 il əvvəl törədilən qətlin üstü açıldı

Sosial / Olay

14-09-2023, 10:22

“Məzun Evi”nin şefi haqda İLGİNC FAKTLAR

Siyasət

1-09-2022, 13:10

İlham Əliyev İtaliya-Azərbaycan Universitetinin yaradılması mərasimində iştirak edib

Təhsil / Sosial

27-07-2023, 13:54

`QARA MASKALI`lar SDU rektorunun QAPISINI DÖYƏCƏKMİ?

Gündəm / Olay

3-11-2023, 10:16

Fərhad Əhmədovun şirkətində parçalanma başladı?

Araşdırma

13-09-2023, 16:58

Yeni rektorlar kimlərdir?

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
Dünən, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
Dünən, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
Dünən, 10:59
ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
2-11-2026, 09:01
Goranboyda minik avtomobili yük avtomobilinə çırpılıb, bir ailənin 5 üzvü xəsarət alıb
1-11-2026, 11:00
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub
Xəbər lenti
  • Bu gün, 10:36
    “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan 1 aylıq həbs edilib
  • Bu gün, 10:14
    İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
  • Bu gün, 10:09
    Lənkəranın mərkəzində biabırçı yol - Sakinlər icra başçısına müraciət etsələ də... - FOTO
  • Bu gün, 09:25
    UEFA Avropa Liqası: "Beşiktaş" Şotlandiya, "Yuventus" Niderland klubu ilə qarşılaşacaq
  • Bu gün, 09:17
     Ağsu Regional Qaz İstismar İdarəsində ciddi iddialar - Rəhbərlikdən açıqlama gözlənilir
  • Bu gün, 09:03
    Bakının iki rayonunda işıq kəsiləcək
  • Dünən, 19:00
    Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
  • Dünən, 18:40
    Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib
  • Dünən, 18:30
    Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
  • Dünən, 18:18
    Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
  • Dünən, 18:10
    Rafiq Cəlilovun Cəlilabadı - Onun 5 illik idarəçiliyi rayona nə verib?
  • Dünən, 17:47
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 17:37
    Milyonluq "Dağ İncisi"nin kölgəsində qalan zəhmət: 5 fəhlənin 6290 manatlıq haqqı necə mənimsənilib?
  • Dünən, 17:11
    Əli Əsədov Rusiya, Belarus, Özbəkistan və Qırğızıstan rəsmiləri ilə görüşüb
  • Dünən, 16:57
    Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova da vəzifədən uzaqlaşdırılır
  • Dünən, 16:38
    Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər
  • Dünən, 16:12
    Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib
  • Dünən, 15:54
    Səfərbərlik Xidməti 46 min manatlıq gül alır - Nigar Seyidzadə satacaq...
  • Dünən, 15:29
    Rusiyanın Kamışevaxaya endirdiyi zərbə nəticəsində ölnlərin sayı 37 nəfərə çatıb
  • Dünən, 15:11
    Ağsu Regional Qaz İstismar İdarəsində ciddi iddialar - Rəhbərlikdən açıqlama gözlənilir
  • Dünən, 14:59
    Paşinyanın Brüssel mesajları - fantaziya və reallaşmayacaq arzular
  • Dünən, 14:47
    Cəlilabadda 6 kəndin işığı kəsilib
  • Dünən, 13:10
    Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq
  • Dünən, 12:59
    İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar
  • Dünən, 12:52
    Naxçıvanda şəkər xəstələrinin CİBİNƏ BELƏ GİRİRLƏR... - BU NƏDİ BELƏ?
  • Dünən, 12:37
    Taleh Kazımov: "9 ayda milli ödəniş sistemi ilə əməliyyatlar ÜDM-i 8,5 dəfə üstələyib"
  • Dünən, 12:25
    Qalmaqallı Qaralovanın kollecində QANLI OLAY - TƏFƏRRÜAT
  • Dünən, 12:04
    Sahil Babayev: "Büdcənin cari xərclərinin qeyri-neft-qaz gəlirləri hesabına ödənilməsi hədəflənir"
  • Dünən, 11:52
    Bəylər Eyyubovun adı ilə alver edənlər: Binədə şok dələduzluq və hədə-qorxu şəbəkəsi!
  • Dünən, 11:34
    Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
  • Dünən, 11:17
    AQTA-nın ŞADLIQ EVLƏRİ BİZNESİ... - Zəhərlənən hələ çox olacaq...
  • Dünən, 10:59
    ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
  • Dünən, 10:45
    Kürdəmir xəstəxanasının əməkdaşı 125 min manatlıq mənimsəmədə ittiham edilir - TƏFƏRRÜAT
  • Dünən, 10:24
    Bakıda III Beynəlxalq Sağlamlıq Turizmi Konfransı keçirilir
  • Dünən, 10:19
    Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu! (VİDEO)
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə