• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Kəmaləddin Qafarovun biznes imperiyası SİYAHI/FOTO

Araşdırma

11-12-2023, 00:52

O "şiş” Gürcüstana və yunan Kiprinədək yayılıb

Onkoloji Mərkəz sözün əsl mənasında can bazarıdır. Pulun varsa, bir az daha yaşamağa ümid edə bilərsən, yoxsa diriykən həyata vida deyəcəksən. Onkoloji xəstəlik şübhəsilə ilk müayinə 500 manat, kimyaterpiya keçmək üçün müayinə sənədlərini müalicə edəcək həkimə verilməsi 20 manat, kimyaterapiya 300 manat, kimyaterapiyadan öncəki müayinlər 60-100 manat (hər 21 gündən bir), 28 seanslıq şüa 1000 manat, pozitron-emissiya tomoqrafiyasına görə 1500 manat, qeydiyyat, bütün tibbi xidmətlər (müayinə, müalicə, əməliyyat), yeri gəldi-gəlmədi əlavə analizlər, biopsiyalar pullu, xəstə ölənə qədər soyğunçuluq…Baxmayaraq ki, MOM-a dövlət büdcəsindən hər il on milyonlarla manat ayrılır.

Bura pullu qəssabxanadır. Və o qəssabxananın baş direktor müavini Kəmaləddin Qafarov növbəti dəfə deputatlığa namizəddir. O Kəmaləddin Qafarov ki, insanların həyatı üzərindən özünə ağılagəlməz biznes şəbəkəsi qurub.

SƏHİYYƏNİN BƏDXASSƏLİ ŞİŞİ

YAP-ın 9 saylı Binəqədi II seçki dairəsindən deputatlığa vahid namizədi, Milli Onkologiya Mərkəzinin baş direktor müavini Kəmaləddin Qafarovun biznes şəbəkəsi ilə bağlı mediada mütəmadi olaraq məlumatlar yayılır.

İndiyədək bu şəbəkəyə aid müxtəlif şirkətlərin adları çəkilib, MOM-un tenderlərində iştirak etmiş şübhəli şirkətlərlə bağlı araşdırmalar aparılıb. Ən azından ona görə ki, onkoloji xəstəliklərin geniş yayılması fonunda Qafarovun ailə şirkətlərindəki şişkinlik də özlüyündə maraq kəsb edir. Bu biznes Milli Onkologiya mərkəzindəki açıq bazardan, şübhəli tenderlərdən qaynaqlanaraq ölkə hüdudlarını aşıb. Bu barədə bir qədər sonra.

Öncə Vergilər Nazirliyinin (hazırki İqtisadiyyat Nazirliyi) kommersiya qurumlarının dövlət reyestri məlumatları əsasında Qafarovun ailə şirkətlərinin bəziləri haqqında çıxarışları diqqətinizə çatdırmaq istəyirəm.

1.Kəmaləddin Qafarova bağlı ailə şirkətlərinin ən başında "AZƏRİ MED” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ gəlir. Niyə ən başında? Çünki "Azəri Med” onun baş direktor müavini olduğu mərkəzin şübhəli tenderlərində aktiv tərəfdaşdır.

Bu həmin şirkətdir ki, onkoloji xəstələrin dərisini şişindən çıxaran, dərmanından bintinədək gərəkli bütün ehtiyacları xəstələrin özlərinə qarşılatdıran Milli Onkologiya Mərkəzi dövlətin on milyonlarla manat vəsaitini tibbi sifarişlər adı altında bu şirkətə yönəldir.

Təkcə 2019-cu ilim fevralın 19-da MOM və "AzərMED” arasında müqavilənin məbləği 10 milyon 200 min manat olub. Bundan bir qədər əvvəl, 2018-ci il avqustun 3-də də bağlanmış müqavilənin də həcmi 10 milyon 120 min manat təşkil edib.

Şirkət 2004-cü ik iyulun 2-də Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində 1020 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib, qanuni təmsilçisi FAMİL RƏHİMLİ VƏLİ oğludur. Amma şirkətin hüquqi ünvanı BİNƏQƏDİ RAYONU, MUSTAFA KAMAL ATATÜRK, ev 65 A, MƏHƏLLƏ 3078A, m. 155-dir. Və ünvanda məhz Bu ünvanda Kəmaləddin Qafarov özü və uşaqları qeydiyyatdadır.

2. Şirkət ayrıca Əhməd Rəcəbli küçəsindəki AzeriMed "Tibbi Market”də tibbi ləvazimatların və avadanlıqların satışını həyata keçirir, bütün ölkəboyu şəbəkələşmiş "ZƏFƏRAN” apteklərinə və "ZƏFƏRAN HOSPİTAL”ı idarə edir.

Kəmaləddin Qafarovun qeydiyyatda olduğu BİNƏQƏDİ RAYONU, MUSTAFA KAMAL ATATÜRK, ev MƏHƏLLƏ 3078 A, EV 65 A, m. 155 ünvanında onun daha bir ailə şirkəti – "AZƏRİ MED-MNK” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ hüquqi qeydiyyatdadır. Şirkət Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 10 manat nizamnamə kapitalı ilə 2008-ci il martın 11-də qeydiyyata alınıb. Qanuni təmsilçisi Kəmaləddin Qafarovun yaxın qohumu CANİLYA QAFAROVA RƏHİM qızıdır.

3. Qafarovun ailə biznesində ən çox diqqət çəkən isə VERSAL PALACE şadlıq evidir. Olduqca dəbdəbəli və gözqamaşdırıcıdır. Şadlıq sarayı 7-ci mikrorayonda, A. Kunanbayev 57 ünvanında yerləşir və "VERSAL PALACE” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (VÖEN nömrəsi 1402942941) tərəfindən idarə olunur. MMC 2014-cü il oktyabrın 21-də Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 10 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Hüquqi ünvanı NƏSİMİ RAYONU, CƏLİL MƏMMƏDQULUZADƏ, ev 108, GİRİŞ B, m. 4, qanuni təmsilçisi Kəmaləddin Qafarovun qardaşı CƏLALƏDDİN QAFAROV NƏSRƏDDİN oğludur.

4. "VERSAL PALACE” MƏNZİL-TİKİNTİ KOOPERATİVİ – 2004-cü il avqustun 16-da 500 manat nizamnamə kapitalı ilə ELMİRA MƏMMƏDOVA PAŞA qızının adına rəsmiləşdirilib. Bakının Babək prospektində və Ağ Şəhərdə (10 bloklu, 7 mərtəbəli, 118 mənzilli) çoxmərtəbəli yaşayış komplekslərinin tikintisini həyata keçirir.

5. "KANON” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2008-ci il mayın 1-də 10 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində SƏBUHİ ABBASOV FÜQAR oğlunun adına rəsmiləşdirilib.

Bu şirkətin də hüquqi ünvanı Kəmaləddin Qafarovun qeydiyyatda olduğu BİNƏQƏDİ RAYONU, MUSTAFA KAMAL ATATÜRK, ev 65 A, m. 155-dir.

Səbuhi Abbasov əvvəllər Canilya Qafarovanın qanuni təmsilçisi olduğu "Azəri Med” MMC-nin idxal departamentinin direktoru olub. Bu şirkət üzərindən Qafarovlar ailəsi Kanon apteklər şəbəkəsinə sahibdir.

-Bakı şəhəri, X.Məmmədov 32 A,
-Yasamal rayonu Şərifzadə küçəsi 100,
-Şamaxı şəhəri,
-Sabunçu rayonu, Bakıxanov ŞTQ E.Xəlilov 1,
-Sabunçu, S.Qocayev 142, bina 1,
-Nəsimi rayonu, A.Mirqasımov 2,
-Ağdam rayonu Quzanlı, H.Əliyev prospekti,
-Səbail Rayonu. Əhməd Cavad Ev 32 M1 M2,
-Bakı şəhəri, Əhməd Cavad 32,
-Sumqayıt, 2-ci mkr, Sülh küçəsi,
-Ağcabədi
-Nizami rayonu Keşlə qəsəbəsi M.Ə.Sabir küçəsi 44D,
-Nəsimi rayonu 3018 məhəllə, Hüseynbala Əliyev küç 24a,
-Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, 4C,
-Yasamal rayonu, Şərifzadə 314 B
-Nəsimi rayonu, Hüseynbala Əliyev 156 A,
-Nəsimi rayonu, Asif Məhərrəmov 119A,
-Lənkəran, Həzi Aslanov küçəsi,
-Lənkəran, Nizami küçəsi,
-Gəncə, Atatürk prospekti,
-Quba şəh, Fətəlixan küç. Ev 6A,
-Biləsuvar, Kanon – Aran apteki,
-Ucar rayonu Ucar şəhəri Oğuz küçəsi ev 106.
-Xətai rayonu, H.Salmani küç, 5 saylı bina 1-ci mərtəbə

6.”SHAFRAN” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2008-ci dekabrın 4-də 1000 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdan keçib. BAKI ŞƏHƏRİ XƏZƏR RAYONU, BUZOVNA ŞTQ, DƏRBƏND, ev 1-də hüquqi qeydiyyatdadır. Qanuni təmsilçisi Kəmaləddin Qafarovun əmisi oğlu HÜSAMƏDDİN QAFAROV ŞƏMSƏDDİN oğludur.

"Shafran” MMC isə məşhur "Zəfəran” apteklər şəbəkəsinin sahibi – hüquqi təmsilçisi olub.
Keçmiş Vergilər Nazirliyinin 2018-ci il dekabrın məlumatına görə "Shafran” MMC ” Kəmaləddin Qafarovun xanımının təsisçisi oluğu "Azəri Med” MMC-yə birləşdiyini elan edib, hazırda ləğv prosesindədir.

7. "AVESTAFARM” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2009-cu il mayın 15-də 10 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdan keçib, qanuni təmsilçisi ELÇİN İBRAHİMOV İSMAYIL oğludur. Bu şirkət də 2018-ci il dekabrın 19-da Canilya Qafarovanın şirkətinə – "Azəri Med” MMC-yə birləşdirilib, hazırda ləğv prosesindədir.

8. "MEGA PHARMACY” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2009-cu il aprelin 9-dan Qafarovların ailə şirkətlərinin sırasına daxil olub. 10 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyata alınıb. Hüquqi ünvanı Kəmaləddin Qafarovun qeydiyyatda olduğu BİNƏQƏDİ RAYONU, MUSTAFA KAMAL ATATÜRK, ev 65A, MƏH. 3078A, m. 155, qanuni təmsilçisi isə CANİLYA QAFAROVA-dır.

9. "NATURALİST” FƏRDİ FİRMASI 2001-ci il yanvarın 18-də Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdan keçib. Firmanın qanuni təmsilçisi Kəmaləddin Qafarovun qaddaşı CƏLALƏDDİN QAFAROV NƏSRƏDDİN oğludur. Əczaçılıq sahəsində fəaliyyət göstərir, ayrıca aptekləri var.

10. HELİOS PHARMA LTD qonşu Gürcüstanda əczaçılıq sahəsində fəaliyyət göstərir. 2009-cu il noyabrın 12-də 202463510 saylı lisenziya nömrəsi ilə Gürcüstan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Reyestri Milli Agentliyində qeydiyyatdan keçib. 2018-ci ilin may ayınadək şirkət Kəmaləddin Qafarovun qardaşı Hüsaməddin Qafarovun adına olub. 2018-ci ilin mayında təsisçi dəyişdirilib və şirkət Canilya Qafarovanın (sənədlərdə Cəmalə kimi qeyd olunub) adına rəsmiləşdirilib.

Şirkət Tiflisin İsani-Samqor rayonu, Qorqasali küçəsi 41 ünvanında hüquqi qeydiyyatdadır, Tamara Qamzaşvili adlı gürcü qadın tərəfindən idarə olunur.

11. SALİDONT LTD 2 ay əvvəl, 2019-cu ilin noyabrın 7-də Kiprin cənubunda (yunan hissəsi), Aralıq dənizi sahilindəki Limasol şəhərində HE403879 saylı lisenziya ilə qeydiyyatdan keçirilib. Şirkətin idarə olunması PATRİCİA STİLİANOY adlı yunana həvalə olunub.


































Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm

2-11-2023, 22:40

Biznesmen deputatın KÖNLÜNDƏN NAZİR OLMAQ KEÇİR - Deputatın şirkətlərinin siyahısı

Gündəm / Səhiyyə

13-06-2023, 10:55

Cəmil Əliyevin rəhbər olduğu mərkəzdə “xərçəng biznesi” – VİDEO

Səhiyyə

15-09-2023, 10:13

Kliniki Tibbi Mərkəz: AD DƏYİŞİB... amma elə KÖHNƏ BAZARDIR...

Səhiyyə / Bölgə

1-07-2022, 10:29

Nə həkimlər dəyişib, nə xəstəyə münasibət… - Göyçayda RÜŞVƏT QALMAQALI

Sosial

23-10-2023, 11:20

“Premium Bank” kiçilib, kreditləri azalıb

İqtisadiyyat

13-07-2022, 19:12

“Azərsu”yun yığılmış zərəri 8 milyard manata yaxınlaşıb

Gündəm / Siyasət

4-07-2022, 12:25

Prezident 2022-ci ilin dövlət büdcəsinə dəyişiklikləri TƏSDİQLƏDİ

İqtisadiyyat

11-07-2022, 09:46

Bu şirkət bir nəfərə maaş verib – YENƏ DƏ ZƏRƏRDƏDİR

Cəmiyyət

13-09-2022, 13:16

Məktəb ləvazimatları neçəyədir? - Qiymətlər

İqtisadiyyat

23-08-2022, 10:11

Manatın bugünkü məzənnəsi

İqtisadiyyat

5-07-2022, 13:06

Dövlət ipotekası kreditlərinin sayı 39,5 mini ötüb

Şou-biznes

16-07-2022, 07:28

6 minlik çanta, 1258 manatlıq ayaqqabı - Nərgiz Əliyeva diqqət çəkdi

Araşdırma
Yetkinlik yaşına çatmayanları cinayətə sövq edənlər həbs olundular - VİDEO
QHT-lərin qanunsuz medal fəaliyyəti üzrə cinayət işləri məhkəməyə göndərildi
"Oleq Bakinski"yə amnistiya aktı şamil olundu: Konstantin Kuçerin işinə baxılacaq
GDRK direktorundan Bakunews.az-a hədə: Susdurma cəhdi, qanunsuz təyinatlar və kollecdə boykot təhlükəsi ETN-i bunada susacaqsız ? VİDEOFAKT
Gəncə Dövlət Regional Kollecində “kəsir pulu” qalmaqalı: İllik təhsil haqqı artırılıb, rüşvət tələbi iddiaları davam edir
Pənah Babayevin Serviz oyunu fiaskoya uğradı - Azyaşlı uşaqların sağlamlığı təhlükə altındadı...? VİDEO
Hadisə
18-01-2026, 12:00
Yanıq xəsarəti alan kişi xəstəxanada öldü
18-01-2026, 11:00
Şəmkirdə maşın ağaca çırpıldı - Ölən var
17-01-2026, 16:28
Naxçıvanda avtobus avtomobillə toqquşub, xəsarət alanlar var
17-01-2026, 14:23
Zaqatalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib - YENİLƏNİB
17-01-2026, 12:52
Metronun "20 Yanvar" stansiyasının platformasında bir nəfər ölüb
15-01-2026, 09:44
Qaxda qəza - Ölən və xəsarət alan var
Xəbər lenti
  • Dünən, 18:31
    Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb
  • Dünən, 17:55
    Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi - VİDEO
  • Dünən, 17:46
    Sumqayıtda “qanun” kameraya görə işləyir - Fərəcovun "qoçu dəstə"ləri var? VİDEO
  • Dünən, 17:14
    Böyük ola bilməyən "velikoruslar" – Duqin və solovyovların sönmüş ulduzları - ŞƏRH
  • Dünən, 17:01
    Bakıda restoranda kuryoz olay: Söyüşə görə müştəriyə cərimə yazıldı
  • Dünən, 16:47
    İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldü
  • Dünən, 16:41
    Məmurun əri həmin videosuna görə üzr istədi
  • Dünən, 15:53
    Tramp bu dəvəti Putinə də etdi
  • Dünən, 15:49
    Vəhdət Partiyası 20 yanvar şəhid ailələri ilə görüş keçirib - Onlar niyə milli qəhrəman olmadılar?
  • Dünən, 15:42
    20 Yanvar Faciəsinin 36-cı ildönümündə Xətai rayonunda Şəhid Ailələri və Əlillərlə Tədbir Keçirilib
  • Dünən, 15:37
    Prezidentlə xanımı İsveçrədədir - Fotolar
  • Dünən, 15:26
    Bakıda 3 dərəcə şaxta olacaq
  • Dünən, 15:16
    Azərbaycanda iqtisadi fəal əhalinin sayı açıqlanıb
  • Dünən, 14:56
    Yasamalda DƏRƏ XƏLVƏT... TÜLKÜ BƏY... - Bir gecəyə obyekt tikdilər...
  • Dünən, 14:35
    Azərbaycanda əhalinin sayı açıqlanıb
  • Dünən, 14:24
    Elm və Təhsil Nazirliyində milyonlarla manatlıq maliyyə uyğunsuzluğu - Kim qaytaracaq?
  • Dünən, 14:12
    Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilir
  • Dünən, 14:05
    Reyddə sahibkara qarşı münasibət müzakirə yaratdı - Video
  • Dünən, 13:44
    Ombudsman 20 Yanvarla bağlı bəyanat yayıb
  • Dünən, 12:55
    Xəlil Göyüşova 29 milyonluq tender verilib
  • Dünən, 12:31
    DİN-in şəxsi heyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - VİDEO
  • Dünən, 11:55
    2 dəfə sökülüb, 3-cü dəfə tikilir – Binəqədidə işləyən neft quyusunun üstündə qanunsuz obyekt inşa olunur VİDEO
  • Dünən, 11:35
    Sabah Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 11:26
    Rektor təyinatından sonra suallar artır: Texnologiya Universitetində nə baş verir?
  • Dünən, 11:08
    Azərbaycan XİN İspaniyaya başsağlığı verib
  • Dünən, 10:52
    “Appro Hospital”da 1 saatda 5 ölüm halı… “Xəstəxana deyil, qəssabxanadır” – Şikayət
  • Dünən, 10:30
    Çörəkdən tam imtina etməyin hansı zərərləri var? – Mütəxəssislər XƏBƏRDARLIQ EDİR
  • Dünən, 10:28
    Qəzza üçün Tramp Sülh Şurasına daimi üzv olan ölkələr 1 milyard dollar verməlidir
  • Dünən, 10:22
    Güzdəkdə dağlar yarılır, qanunsuz gil daşınır: Elşən Ələkbərovu hansı məmur himayə edir?-Video
  • Dünən, 10:06
    Baş nazir hüquqi şəxslərlə bağlı qərar imzaladı
  • Dünən, 10:00
    İspaniyada qatarların relsdən çıxması nəticəsində ölənlərin sayı 21-ə çatıb - YENİLƏNİB
  • Dünən, 09:47
    NƏSİMİ RAYONUNDA ZİRZƏMİLƏR DAĞDILIB, SƏKİLƏR QANUNSUZ ARTIRMALARIN QURBANINA ÇEVRİLİB - İH-DƏ SAHİBKARLARLA GİZLİ ANLAŞMALAR QURAN VƏZİFƏLİ ŞƏXS KİMDİR?
  • Dünən, 09:34
    Keşləyə su gəlməyəcək - SƏBƏB
  • Dünən, 09:30
    Zelenski: Rusiya Ukraynanın nüvə elektrik stansiyalarına zərər verməyə çalışır
  • Dünən, 09:00
    Suriya prezidenti Almaniya kansleri ilə görüşü ləğv edib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə