Qarabağa səfərdə “sürpriz dəyişiklik”: İctimai fəalların yerinə mollalar?
İctimai fəal və tanınmış yazar Vüsal Başaratov sosial şəbəkə hesabında Xaçmazdan Qarabağa təşkil olunacaq səfərlə bağlı diqqətçəkən paylaşım edib.
Onun sözlərinə görə, Xaçmaz rayonunun 57 saylı seçki dairəsindən seçilmiş deputat Ağalar Vəliyevin maliyyə dəstəyi ilə şəhid ailələri, qazilər, veteranlar, təhsil işçiləri, ağsaqqallar və rayon ictimaiyyətinin nümayəndələrinin Qarabağ bölgəsinə səfəri planlaşdırılıb.
Vüsal Başaratov bildirir ki, iyun ayında Xaçmaz Rayon İcra Hakimiyyətindən ona və ictimai fəal Kamal Dadaşova telefon vasitəsilə məlumat verilərək, həm təhsil işçisi, həm də ictimai fəal kimi səfər iştirakçılarının siyahısına daxil edildikləri bildirilib. Əvvəlcə səfərin iyunun ikinci yarısında, daha sonra isə iki gün sonra baş tutacağı deyilsə də, müxtəlif səbəblərdən təxirə salınıb.
Onun iddiasına görə, hazırda səfərin avqust ayında keçiriləcəyi gözlənilir. Lakin bu dəfə iştirakçı siyahısında dəyişiklik edildiyi və əvvəlki siyahıda yer alan iki ictimai fəalın əvəzinə iki din xadiminin (mollanın) daxil edilməsinin planlaşdırıldığı bildirilir.
Vüsal Başaratov bu dəyişikliklə bağlı ironik suallar səsləndirərək yazır:
Müəllif qeyd edir ki, məsələ iki nəfərin səfərdə iştirak edib-etməməsi deyil. Əsas sual odur ki, əvvəlcədən siyahıya daxil edilmiş şəxslər sonradan hansı əsasla və kimin qərarı ilə siyahıdan çıxarılıblar.
Vüsal Başaratov hesab edir ki, belə qərarların şəffaf şəkildə izah edilməsi vacibdir. Əks halda, əvvəlcə "ictimai fəal" adı ilə siyahıya salınıb, səfər günü başqa şəxslərlə əvəzlənməsi cəmiyyətdə müxtəlif suallar doğura bilər.
Qeyd edək ki, paylaşımda səsləndirilən fikirlər müəllifin şəxsi mövqeyi və iddialarıdır. Məsələ ilə bağlı Xaçmaz Rayon İcra Hakimiyyətinin və digər aidiyyəti qurumların mövqeyi açıqlanacağı təqdirdə, onu da dərc etməyə hazırıq.

"Görəsən, Qarabağ səfərində ictimai fəallar artıq 'köhnəlmiş format', mollalar isə 'yeni layihə' hesab olunur? Bəlkə də qərara gəliblər ki, səfərdə ictimai fəalların suallarına yox, mollaların dualarına ehtiyac var."
Müəllif qeyd edir ki, məsələ iki nəfərin səfərdə iştirak edib-etməməsi deyil. Əsas sual odur ki, əvvəlcədən siyahıya daxil edilmiş şəxslər sonradan hansı əsasla və kimin qərarı ilə siyahıdan çıxarılıblar.
Vüsal Başaratov hesab edir ki, belə qərarların şəffaf şəkildə izah edilməsi vacibdir. Əks halda, əvvəlcə "ictimai fəal" adı ilə siyahıya salınıb, səfər günü başqa şəxslərlə əvəzlənməsi cəmiyyətdə müxtəlif suallar doğura bilər.
Qeyd edək ki, paylaşımda səsləndirilən fikirlər müəllifin şəxsi mövqeyi və iddialarıdır. Məsələ ilə bağlı Xaçmaz Rayon İcra Hakimiyyətinin və digər aidiyyəti qurumların mövqeyi açıqlanacağı təqdirdə, onu da dərc etməyə hazırıq.
Şikayət və təkliflər üçün qaynar xətt
Xəbər, şikayət və təklifinizi bizə göndərin
Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz
BakuNews.az
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]