Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycan Prezidenti: Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

12.10.2026 11:39 114 1 dəq oxunur
Azərbaycan Prezidenti: Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir
Süni intellektin, rəqəmsallaşmanın və digər yeni həllərin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına ünvanladığı müraciətində bildirib.

Dövlət başçısı vurğulayıb ki, bu prosesdə texnoloji tərəqqinin yaratdığı imkanlardan səmərəli yararlanmaqla yanaşı, müəllif və ixtiraçıların hüquqlarının etibarlı qorunması, innovasiyaların təşviqi və cəmiyyətin maraqları arasında optimal tarazlığın təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az