• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Sevindik Hətəmovun yüksələn karyerası - “karyer müdiri” kreslosundan uzanan bir yol...

Bölgə / Olay

4-08-2023, 19:42

Azərbaycanda yerli idarəçiliyin təkmilləşdirilməsi və effektivliyinin yüksəldilməsi məqsədilə həyata keçirilən islahatlar uğurla davam etdirilir. Yaxın keçmişdə fəaliyyət istiqamətləri bir-birini təkrarlayan qurumların birləşdirilməsi, səmərəsiz strukturların ləğv edilərək yeni və daha funksional orqanlarla əvəzlənməsi həmin islahatların nümunələri kimi göstərilə bilər.

Sevindik Hətəmovu qohumu necə “satdı”

Bu baxımdan son zamanlar ayrı-ayrı icra başçılarının yerlərinin dəyişdirilməsi də diqqətçəkən məqamlardandır. Heç kimə sirr deyil ki, hansısa icra başçısının uzun illər eyni rayonda çalışması istər-istəməz müəyyən durğunluğa, passivliyə gətirib çıxarır. Bu baxımdan icra başçılarının yerdəyişməsi yerli idarəçiliyin effektivliyini artıran amil kimi nəzərdən keçirilməlidir. Sonuncu belə kadr yerdəyişməsinə isə Saatlı və Sabirabad rayon icra hakimiyyətləri başçılarının təyinatları zamanı şahidlik etdik. Proseslə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, bu qəbildən olan kadr yerdəyişmələri bundan sonra da davam edəcək. Saytımıza daxil olan informasiyada vurğulanır ki, yaxın günlərdə Salyan rayon icra hakimiyyətinin Sevindik Hətəmov paytaxt rayonlarının birinə – Qaradağ rayonuna təyinat alacaq. Karyerası ərzində özünü peşəkar kadr, nümunəvi idarəçilik təcrübəsinə malik məmur kimi yalnız müsbət tərəflərdən göstərənSevindik Hətəmovun yüksək etimada layiq görülməsi heç də təsadüfi sayılmamalıdır. Salyandakı mənbələrdən cumhuriyyet.az-a verilən məlumatda bildirilir ki, Mehdi Səlimzadənin yeni vəzifəyə gedəcəyi ilə bağlı onun yaxın ətrafı da məlumatlıdır. Belə ki, S.Hətəmovun yaxın qohumu Oqtay adlı şəxs də bu yaxınlarda qohumunun yeni təyinat alacağını bildirib. Onu da qeyd edək ki, icra başçısının bacısının əri Oktay onun Qaradağdakı daş karxanalarını idarə edir. Eyni zamanda “Nabranda” möhtəşəm bir istirahət mərkəzi yeznəsi Oktayın adına alınıb.

Oxumamış “montyor” və ya daş karxanasında parlayan “ulduz”

Hətəmov Sevindik Hacıağa oğlu 1969-cu il aprel ayının 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1980-ci ildə Güləbird kənd orta məktəbini bitirdikdən sonra dərhal əmək fəaliyyətinə başlayıb və ilk iş yeri elə təhsil aldığı Güləbird kənd orta məktəbi olub. Sözügedən təhsil ocağında çilingər-montyor işinə düzələn gələcəyin icra başçısı düz bir il burada başını girələdikdən sonra ali təhsil almaq niyyətinə düşüb. 1981-ci ildə Azərbaycan Politexnik İnstitutunun Mühəndis-mexanik fakültəsinə daxil olan Sevindik Hətəmov ali təhsilini başa vurduqdan sonra yenidən doğulub-boya çatdığı Laçın rayonuna qayıdıb.1987-ci ildə Laçın rayon Texniki Təhcizat Bazasında mühəndis, 1987-1989-cu illərdə Laçın rayon Texniki Təhcizat Bazasında böyük mühəndis, 1989-1990-cı illərdə Laçın rayon Maddi-Texniki Təhcizat və Mexanikləşdirmə İstehsalat Birliyində mühəndis, 1990-1997-ci illərdə Laçın rayon Təsərrüfathesablı Tikinti Quraşdırma Sahəsində rəis vəzifələrində çalışsa da onun oliqarx kimi parlaması “Güzdək” daş karxanasında işə düzəlməsindən sonraya təsadüf edib. 1997-ci ildə “Güzdək” daş karxanasına direktor vəzifəsinə yiyələnən Sevindik Hətəmov burada özünə əməlli-başlı “gün ağlaya” bilib.

Karyer müdiri əvvəlcə millət vəkili, sonra isə icra başçısı olur

“Güzdək” daş karxanasındakı fəaliyyəti artıq Sevindik Hətəmova böyük kapital, hörmət və lazımı dairələrə giriş fürsəti tanımışdı. Məhz bu üstünlüklərindən istifadə edən Sevindik Hətəmov Azərbaycan hakimiyyətində təmsil olunan çox nüfuzlu bir məmurun kölgəsinə sığınaraq siyasi karyerasını qurmağa başlayır və bu onda pis alınmır. 2005-ci ildə deputat mandatı qazanan Sevindik Hətəmov artıq sıradan biri deyildi və bu onun hakimiyyət düşərgəsində qəbul olunmasının bariz göstəricisi sayıla bilərdi. Bir müddət Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri vəzifəsində də çalışan Hətəmov daha sonra Prezidenti Administrasiyasında işlə təmin olunur. PA-da Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışan Sevindik Hətəmov 2012-ci ilin aprel ayında Yardımlı rayon icra hakimiyyətinin başçısı, 4 mart 2016-cı il tarixdə isə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunnur və bu günə qədər də həmin vəzifədə çalışır.

Yardımlıda, Salyanda “at oynadır”, Bakıda “tavan” verir

Bu salyan rayonunun hazırki rəhbərinin rəsmi tərcümeyi-halıdır. Əslən laçınlı olan icra başçısının həyatında daha çox diqqəti çəkən məqam daş karxanasında rəhbər olmasıdır. Amma o hansı vəzifələri tutmasından asılı olmayaraq hər zaman “karyer biznesi”nə sadiq qalıb və hazırda da onun bir neçə daş karxanasının olduğu haqda məlumatlar var. Onu da bildirək ki, Yardımlıda, ardınca Salyanda “hakimi mütləq” olan S.Hətəmovun karxana biznesi problemsiz ötüşmür. Məsələn bir neçə il öncə öncə Güzdəkdəki karxanasında Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun təzyiqi ilə üzləşərək məğlub olan Yardımlı rəhbəri daha sonra eyni aqibəti Qaradağ rayon icra başçısı ilə yaşayıb. Belə ki, Süleyman Mikayılov rayon ərazisindəki bütün sahibkarlardan öz adamları vasitəsilə xeyriyyə aksiyasına qoşulmağı tələb edib. Qaradağda ən çox sahibkarların cəmləşdiyi və daş karnalarına sahib olan sahibkarlardan bu məbləğ alınıb. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, Qarabağda bir neçə daş karxanasına sahib olan Yardımlı rayonunun icra başçısı Sevindik Hətəmovla Suleyman Mikayılov arasında qalmaqal daha da böyüyüb. Verilən məlumata görə ümumilikdə Qaradağda 10 karxanaya və üzlük daş istehsalı sexinə sahib olan Sevindik Hətəmov bu aksiyada iştirak etməkdən imtina edib və bu aksiyanın əsl mahiyyətini anlamadığını bildirib. Sevindik Hətəmovun tələb olunan pulu elan olunan bank hesabına köçürmək istəməməsi Süleyman Mikayılovun qəzəbinə səbəb olub. Bundan sonra 2 gün Sevindik Hətəmovun karxanalarına elektrik enerjisi verilməyib cə sonda Sevindik Hətəmovun karxanalarını idarə edən yaxını Miri adlı şəxs Süleyman Mikayılovun adamları ilə görüşərək razılığa gəlib.

Qohum əqrabaya yaradılan şərait

Sevindik Hətəmovun qarşısına ölkə başçısı ciddi tapşırıqlar qoyduğu halda, icra başçısı isə öz şəxsi maraqlarının əsirinə çevirilib. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, Sevindik Hətəmovun yaxın qolunu “Zamin bank” ASC-nin Gənclik filialının direktoru işləyən Mahir Tapdıq oğlu Abbaszadənin Laçın rayonunda millət vəkili seçilməsi üçün milyonlar xərcləyib. Ona görə də Mahir Abbaszadə də hər an Sevindik Hətəmovu yuxarı dairələrdə müdafiə edir. Sevindik Hətəmov yaxın qohumları üçün də ağ gün ağlayıb. Belə ki, bacı Nəsilənin əri Fərruxu Bakı şəhərində yerləşən Laçın köçkün məktəbinin direktoru təyin etdirib. Bacısının əri Oktay onun Qaradağdakı daş karxanalarını idarə edir. Oktayın oğlu Cəmil Məmmədovu Sumqayıt şəhərində Hərbi Prokurorluğa işə düzəldib və deyir ki, ”nə qədər dayın sağdır, ürəkli ol, heç nədən çəkinmə, səni hələ dayın daha yüksək vəzifəyə təyin etdirəcək”. Sevindik Hətəmov Ağcəbədi rayonu ərazisində Laçın rayonuna aid qış yatağında 250 baş iri-buynuzlu və 1400 baş xırda-buynuzlu heyvandan ibarət böyük bir ferma yaradıb. Həmin heyvandarlıq fermasına sahibkarı kimi qayınatası Cənnət kişinin adına rəsmiləşdirib. Hətta həmin ferma üçün Sahibkarlıq Kömək Milli Fondundan xeyli kredit Cənnət kişinin adına ayrılıb. Bakıda İnqilab küçəsində “milyonerlər” məhəlləsində bacısı Lətifənin adına 4 mərtəbəli villa alıb. Oğlu Xətainin öz şəxsi nüfuzundan və əlaqələrindən istifadə edərək Bakı şəhəri 3 saylı “Asan Xidmət” Mərkəzinə müavin vəzifəsinə təyin etdirib. Qızı Günayı isə Neftçilər xəstəxanasında UZİ aparatı üzrə həkim vəzifəsinə yerləşdirib. Oğlu Xətai və qızı Günay isə son model dəyəri 150 min dollar “Range-Rover” markalı maşınla işə gedirlər. “Nabranda” möhtəşəm bir istirahət mərkəzi yeznəsi Oktayın adına alıb. Bakının mərkəzində Sevindik Hətəmovun 8 yerdə topdansatış mağazalar şəbəkəsi var. Yasamal Rayonunun Bakı Dövlət Universiteti yaxınlığında “Meqa-Siti” yaşayış kompleksində ikisi 4, üçüsə 3 otaqdan ibarət 5 mənzili alıb. Kompleksdə yerləşən “İdman-sağlamlıq” mərkəzini də bacısı Nəcibənin adına almış və icarəyə verib. Həmin yaşayış Kompleksi ilə üzbəüz son model “Gözəllik Salonu”da Sevindik Hətəmova məxsus obyektlərdən biridir.(aztoday.az)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Bölgə

19-07-2022, 16:35

Salyan icra başçısının videosu da "səhnəcik" çıxdı: GÖRÜN KİM ÇƏKİRMİŞ (VİDEOFAKT)

Gündəm / Bölgə

10-07-2023, 18:42

Zakir Fərəcov məzuniyyət qadağasına əməl etmədi – İcra başçısının Avropada dincəldiyi deyilir

Gündəm

21-07-2023, 10:41

Naxçıvanın statusu da REFERENDUMA ÇIXARILIR? -

Gündəm / Bölgə

19-06-2023, 03:14

“Tender şahı” icra başçısı, yoxsa müavin gətirilir? - AĞDAMda kadr dəyişikliyi gözlənilir

Bölgə

30-12-2022, 01:29

Zakir Fərəcov hansısa xanıma mənzil bağışlayıb - Partıya sədirindən sərt ittiham

Gündəm

7-07-2023, 15:56

Sevindik Hətəmovun Salyandakı tender kralı və - VİDEO

Bölgə / Olay

25-07-2023, 19:11

İcra başçısının müavini əhalinin otlağında qanunsuz nar bağı salıb... - VİDEO

Cəmiyyət

15-07-2022, 16:15

Vilyam Hacıyev hansı qurumlardan milyonlarla pul mənimsəyib?

Cəmiyyət / Bölgə

19-07-2023, 10:58

Eyvaz Hüseynov da YOL ÜSTÜNDƏDİR...

Bölgə

22-06-2022, 11:51

Tərtər İH-də 13 minlik QALMAQAL

Bölgə

5-07-2022, 12:08

Goranboy icra hakimiyyətində dərə xəlvət: Şöbə müdiri qız qaçırır, rəhbəri isə ayaqyolunda…

Cəmiyyət

31-07-2022, 14:40

Qaziləri aldadan şəxs icra başçısının qardaşı oğlu çıxdı

Araşdırma
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Azərbaycanda qanunsuz lizinq - “Vüsal 300“ -ün adamları sosial şəbəkələri “zəbt” edib
“Dərs yox, jurnal var?” – Gəncə Regional Kollecində növbəti qanun pozuntusu iddiası video və sənədlərlə gündəmdə
“PAŞA-K” dərman şirkətindən ŞİKAYƏT - “Ailəmizi ölümlə hədələyirlər, həyatımız təhlükədədir”
Hadisə
24-05-2026, 12:30
Bərdədə baş verən avtomobil qəzasında bir nəfər ölüb
23-05-2026, 11:27
Qubada yol ÇÖKDÜ – 3 kəndin rayonla əlaqəsi KƏSİLDİ - FOTO
12-05-2026, 09:21
Kəmaləddin Heydərov Lökbatanda yanğın baş verən əraziyə gəlib - YENİLƏNİB
10-05-2026, 12:30
Ceyhun Bayramov: Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya üzrə işlər davam etdirilir
10-05-2026, 12:00
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
7-05-2026, 17:34
Gülbadə Abdullayeva hadisəsi ilə bağlı ziddiyyətli açıqlamalar: KTM rəhbərliyinə yönələn suallar artır
Xəbər lenti
  • Bu gün, 12:46
    Vətəndaşlar üçün təcili kreditləşmə alətlərinin tətbiq edilməsi planlaşdırılır
  • Bu gün, 12:24
    Təhsilimiz Bağırovlardan qurtula bilmir - VİDEO
  • Bu gün, 12:01
    Qazaxıstanda təyyarə qəzaya uğrayıb, pilot ölüb
  • Bu gün, 11:52
    Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? – Sabiq sədrlə bağlı yeni məlumatlar yayıldı
  • Bu gün, 11:28
    Paraplanla ölkəyə 47 kq narkotik gətirənlər saxlanılıblar
  • Bu gün, 10:59
    “Sənədim var” deyib qonşuların evini təhlükəyə atırlar? – Xırdalanda aparılan tikinti yaşayış evlərinə zərər vurur iddiası
  • Bu gün, 10:41
    Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur
  • Bu gün, 10:09
    Allahşükür Paşazadə: Həccdə olan zəvvarlar ziyarətlərini tamamlayıblar
  • Bu gün, 09:17
    Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
  • Bu gün, 09:02
    Prezidentin sosial media hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib
  • Bu gün, 08:50
    Azərbaycanda Qurban bayramı qeyd edilir
  • Dünən, 19:00
    Əli Həsənovun kadrı Bakı Təhsil İdarəsinə rəhbər gətirilir
  • Dünən, 18:38
    Emmanuel Makron İlham Əliyevi təbrik edib
  • Dünən, 18:32
    AYNAnın məqsəd nizam intizam yaratmaqdı , yoxsa soyğunçuluq?
  • Dünən, 18:09
    Tbilisinin simvolik abidələri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq
  • Dünən, 18:00
    Məmmədli kəndində heyvan bazarı fəaliyyətə başlayıb
  • Dünən, 17:32
    Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib
  • Dünən, 17:16
    Prezident bir sıra məhkəmələrə sədr təyin edib
  • Dünən, 17:03
    “Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir - TƏFƏRRÜAT
  • Dünən, 16:27
    Kamran Əliyev Qaradağ rayonunda vətəndaşları qəbul edib
  • Dünən, 16:19
    Rahat marketdə köhnə məhsullar, endirimlı qiymətlər….
  • Dünən, 15:50
    MSK bu ilin daimi seçici siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurub
  • Dünən, 15:43
    Azay Möhnətov nəyin "Bədəl" ödəyir?-“AF Hotel” yandı, “Eurohome” bağlandı
  • Dünən, 15:00
    TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub
  • Dünən, 13:06
    Sabah 30 dərəcə isti gözlənilir
  • Dünən, 12:59
    Xətai rayonunda qalmaqalı tikinti - Sənəddə 1, reallıqda isə 2 mərtəbə... - VİDEO
  • Dünən, 12:24
    Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirəcək
  • Dünən, 12:11
    Otorapor_azerbaijan-dan şikayət - "200 manatım və 4 saat boşuna vaxtım getdi"
  • Dünən, 11:40
    Sahibə Qafarova: WUF13-ün uğurla keçirilməsi İlham Əliyevin siyasətinin müsbət nəticəsidir
  • Dünən, 11:10
    Gədəbəy rəsmən ÖZBAŞINA QALIB - FOTOFAKT
  • Dünən, 10:50
    Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq
  • Dünən, 10:44
    Saleh Məmmədovun CİNAYƏT YUVASINDA korrupsiya araşdırması BAŞLADI - TƏFƏRRÜAT
  • Dünən, 10:12
    Qurban bayramı ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
  • Dünən, 09:52
    “Azure Residence”dən ŞİKAYƏT
  • Dünən, 09:26
    Gürcü nazir müavini: Bakı-Tbilisi qatarları qarşılıqlı turist axınlarını artıracaq
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə