Sizin reklam burada 728×90
Son dəqiqə

Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə 13 saylı tam orta məktəbdə «Narkomaniyaya yox deyək!» mövzusunda maarifləndirici görüş keçirilib -

16.11.2023 13:16 243 1 dəq oxunur
Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə 13 saylı  tam orta məktəbdə «Narkomaniyaya yox deyək!» mövzusunda maarifləndirici görüş keçirilib -
Tədbirdə çıxış edən rəis müavini polis, polkovnik-leytenantı Farid Vəliyev dövrümüzün ağır bəlası olan narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən danışıb. Bu bəlaya düçar olmuş şəxslərin sağlam həyata qayıtmasının çox çətin olduğunu qeyd edən rəis müavini, şagirdlərə diqqətli olmağı, narkotik aludəçisinə çevrilmiş şəxslərdən uzaq durmağı tövsiyə edib.
Daha sonra çıxış edən digər iştirakçılar narkomaniyanın tək ölkəmiz üçün deyil, bütün dünya üçün təhlükə mənbəyi olduğunu xatırladaraq, narkomaniyaya qarşı aparılan mübarizə tədbirlərindən, qəbul olunan dövlət proqramlarından danışıblar. Bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edən məruzəçilər, çıxışlarının sonunda məktəblilərə təhsillərində uğurlar arzulayıblar.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.





Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az