• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Yeni Azərbaycan Partiyası ötən 31 il ərzində nümunəvi, zəngin və şərəfli inkişaf yolu keçib

Cəmiyyət

21-11-2023, 13:09

Bu gün ölkəmizin siyasi həyatında əhəmiyyətli rol oynayan Yeni Azərbaycan Partiyasının yaranmasının 31-ci il dönümüdür. Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biridir.
Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti nəticəsində yaranan Yeni Azərbaycan Partiyası özünü bütün mənalarda təsdiqləyərək, yeni tarixin yeni çalarlarını özündə birləşdirməyi bacarıb. Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz dəst-xətti, rolu vardır. Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günlərindən bütün xalqın partiyası oldu. Xalqımızın Heydər Əliyevə dərin inam və etimadı nəticəsində Yeni Azərbaycan Partiyası yarandıqdan sonra respublikanın bütün bölgələrində onun təşkilatlanması prosesi başladı, partiyanın sıraları sürətlə genişləndi. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq özünü Azərbaycana bağlı sayan hər kəs bu partiyada öz yerini gördü, onun düşüncələrinə, mövqeyinə göstərilən rəğbəti duydu.Yarandıqdan cəmi 7 ay sonra hakim partiyaya çevrilən Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günündən özünə aydın vəzifələr müəyyənləşdirdi. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Heydər Əliyevin müdrik siyasəti sayəsində müstəqil dövlət quruculuğunda əldə olunan uğurlar, Azərbaycanın dünya birliyində mövqeyinin möhkəmlənməsi Yeni Azərbaycan Partiyasının xalq arasındakı nüfuzunu getdikcə artırdı. Dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətindən biri də odur ki, o, zəngin idarəçilik irsi yaratmaqla, gələcək nəsillərin bundan yararlanması üçün geniş imkanlar açmışdır. Ulu öndər Azərbaycanın gələcəyini düşünməklə verdiyi çox dəyərli tövsiyəsi ilə xalqı düz yola istiqamətləndirdi: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Ulu öndərə sonsuz inamı olan xalq verilən dəyərli tövsiyədən bəhrələnərək düzgün seçim etməklə, Azərbaycan xalqının bitib-tükənməz sevgisini qazanmış cənab İlham Əliyevi özünə lider seçdi. Bu gün Cənab Prezidentimiz İlham Əliyevin apardığı siyasətin məqsəd və vəzifələri eyni zamanda onun Sədri olduğu partiyanın məqsəd və vəzifələri deməkdir. Yeni Azərbaycan Partiyasının proqramında partiyanın inkişaf tarixinə və uğurlarına nəzər salınır, onun Heydər Əliyev yoluna və irsinə sadiqliyi, qarşısına qoyduğu məqsəd və vəzifələri böyük məsuliyyətlə, layiqincə yerinə yetirdiyi vurğulanır. Yeni Azərbaycan Partiyasının seçkilərdə qazandığı qələbələr bu partiyanın cəmiyyətdəki yerinin möhkəmliyini, dövlətçiliyimizin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətə xalq dəstəyini, insanların bu təşkilata olan yüksək etimadın göstəricisidir. Bu gün böyük qürur hissi duyuruq ki, Ulu Öndər Heydər Əliyevin ideyaları Yeni Azərbaycan Partiyasınin sədri Cənab Prezident İlham Əliyev tərəfindən daha müvəffəqiyyətlə həyata keçirilir.
Yeni Azərbaycan Partiyası 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında partiyanın qarşısına yeni hədəflər və vəzifələr qoyulmuşdur. Prezident İlham Əliyevin dediyi kimi: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var”. Prezident İlham Əliyevin sədrliyi ilə uğurla fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, eləcə də bölgənin ən güclü siyasi partiyasına çevrilib. Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 31 il ərzində bütün potensialını dövlətə, xalqa xidmətə yönəldərək, mühüm uğurlara imza atıb. Bu partiya Azərbaycanın ictimai-siyasi həyatında hər zaman alternativsiz siyasi təşkilat kimi nüfuzunu gündən-günə artırır, daha da güclənir, yeni-yeni nailiyyətlər əldə edir. Fəxrlə demək olar ki, ölkəmizin ictimai-siyasi, sosial va mədəni hayatında əldə olunan hər bir uğur, məhz Yeni Azərbaycan Partiyasının iqtidar partiyası olaraq dünyada və regionda baş verən hadisələri real qiymətləndirərək, realist siyasət həyata keçirməsi nəticəsində əldə olunmuşdur.Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi və yenilməz Azərbaycan Ordusunun yüksək qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanıldı. Cənab Prezidentin rəhbərliyi altında Müzəffər Ordumuzun 44 gün ərzində icra etdiyi “Dəmir Yumruq” əməliyyatları şanlı tariximizə Zəfər ili kimi qızıl həriflərlə yazıldı və Vətən həsrəti çəkən xalqımızın 30 illik həsrətinə son qoydu, ərazi bütövlüyümüzü bərpa etdi, bizə qalib bir xalq adını qazandırmış oldu. Bu Qələbə təkcə Azərbaycana ərazi bütövlüyünü bərpa edə bilmək imkanını deyil, regionda sülhün bərqərar olmasına, ölkənin beynəlxalq nüfuzunun artmasına və yeni iqtisadi imkanların yaranmasına da zəmin yaratdı. Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan uğurlu iqtisadi və hərbi siyasət, həmçinin Müzəffər, rəşadətli Milli Ordumuzun şücaəti düşməni istər hərb, istərsə də siyasət meydanında ağır məğlubiyyətə uğratdı. Bu tarixi zəfəri ilə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi. Bu tarixi qalibiyyətin nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanlarında sübuta yetirildi. Beləliklə, zaman göstərdi ki, Möhtərəm Prezident, Ali Baş Komandan, Partiyamızın sədri cənab İlham Əliyev xalqın xilaskarı olmağı bacardı. Ali Baş Komandan bu illər ərzində Azərbaycan xalqına və dövlətinə qalibiyyət bəxş etdi. Prezident İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində bu gün müstəqil Azərbaycan möhtəşəm, parlaq və xoşbəxt gələcəyə doğru inamla irəliləyir. Əminliklə deyə bilərik ki, həmişə olduğu kimi, bundan sonra da müdrik və qədirbilən xalqımız Yeni Azərbaycan Partiyasının sədri, Cənab Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməklə daha böyük zəfərlər əldə edəcəkdir.

Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

15-08-2022, 15:54

Siyasi partiyalar yeni qanun layihəsinə dair təkliflərini Milli Məclisə təqdim ediblər

Araşdırma / Ölkə

7-09-2023, 10:48

Ədliyyə Nazirliyi hansı partiyaları qeydə almayıb? - Açıqlamalar

Siyasət

1-03-2023, 00:24

YAP Sabunçu rayon təşkilatı 30 illik yubileyini qeyd etdi - FOTO

Siyasət

23-03-2023, 00:34

Fərid Şərifov: Azərbaycan var olduqca Heydər Əliyev də yaşayacaqdır

Cəmiyyət

3-03-2023, 00:41

Nəhayət Şirinova: Bu gün biz gənclər hər birimiz YAP-la addımıadığımız uğur yolumuz haqqında ürək dolusu bəhs edir və bundan hər zaman qürur duyuruq

Dünya

28-07-2022, 19:20

ABŞ-da 3-cü SİYASİ PARTİYA yarandı

Gündəm

10-12-2022, 13:55

Ömrünü Azərbaycanım deyə fəda edən Ulu öndər Heydər Əliyev

Gündəm

11-10-2023, 11:39

Milli Məclisdə heç vaxt mandat qazana bilməmiş PARTİYALAR

Ölkə / Olay

28-10-2023, 20:50

Partiyalar hazırlıqlara START VERDİ – Qurultaylar nə vaxt KEÇİRİLƏCƏK?

Dünya

5-09-2022, 15:59

Britaniyanın yeni baş naziri məlum oldu

Siyasət / Dünya

14-05-2023, 21:59

Türkiyədə seçkilər: İlkin nəticələr açıqlanır, Ərdoğan liderdir - YENİLƏNİR

Cəmiyyət

7-04-2023, 22:48

YAP “Heydər Əliyev İli” çərçivəsində jurnalistlər arasında fərdi yazı müsabiqəsi elan edib

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
4-11-2026, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
4-11-2026, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
4-11-2026, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
4-11-2026, 10:59
ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
2-11-2026, 09:01
Goranboyda minik avtomobili yük avtomobilinə çırpılıb, bir ailənin 5 üzvü xəsarət alıb
1-11-2026, 11:00
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub
Xəbər lenti
  • Dünən, 19:00
    Publik hüquqi şəxslərin rəhbər və müavinlərinin maaşı müəyyənləşib
  • Dünən, 18:30
    Türkiyədə uçqun altında qalanlardan biri ölüb - Yenilənib
  • Dünən, 18:15
    İşğal olunmamış rayon sakini ilə nikahda olmuş kişilər və uşaqları “məcburi köçkün” statusu alacaq
  • Dünən, 18:08
    Biləcəridə ağacların kəsildiyi iddia olunur - “Ağ Saray”ın arxasında nə tikilir? - VİDEO
  • Dünən, 17:46
    Rayonun işğalından sonra doğulmuş uşaqlara "məcburi köçkün" statusu veriləcək
  • Dünən, 17:41
    Sumqayıtda Fərəcova etirazlar başladı - Təmizlik işçiləri maaşlarını ala bilmir - VİDEO
  • Dünən, 17:23
    Vilayət Eyvazov DİN-in strukturlarında xidmət etmək istəyən vətəndaşların sıra baxışını keçirib
  • Dünən, 17:16
    “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə mühüm posta TƏYİNAT - FOTO
  • Dünən, 16:55
    Fransada etirazçılar talan və yanğınlar törədib, polis gözyaşardıcı qaz tətbiq edib
  • Dünən, 16:25
    Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb
  • Dünən, 16:04
    Prezident bir qrup media nümayəndəsini təltif edib - Siyahı
  • Dünən, 15:48
    Səhiyyə Nazirliyində BÖYÜK TƏMİZLİK ƏMƏLİYYATI başladı - ŞOK ADLAR
  • Dünən, 15:31
    Prezident "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib
  • Dünən, 15:20
    AĞSU REGİONAL QAZ İSTİSMAR İDARƏSİNDƏ MÜHASİBATIN YENİ DÜSTURU: 10 NƏFƏR ÇƏTİNLİKLƏ BACARIRDI, 5 NƏFƏR NECƏ BACARACAQ?
  • Dünən, 14:54
    Kriştianu Ronaldu Portuqaliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb
  • Dünən, 14:38
    Bakıdakı Alman aptekləri vergidən yayınır? – Şikayət
  • Dünən, 14:26
    Ərdoğan Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib - YENİLƏNİB
  • Dünən, 13:04
    Sabah yağış yağacaq - Proqnoz
  • Dünən, 12:54
    “Azərlotoreya” müştərinin uduşunu vermədi – Məhkəməlik oldu
  • Dünən, 12:28
    Gələn il şəhid ailələri və müharibə əlilləri üçün 600 mənzil alınacaq
  • Dünən, 12:15
    Süni Mayalanma Mərkəzinin direktoru keçmiş həmkarını özünə müavin gətirdi - FOTO
  • Dünən, 11:54
    Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
  • Dünən, 11:34
    Məcnun Məmmədovun üç ili - Biznes təcrübəsi kənd təsərrüfatını xilas edə bildimi?
  • Dünən, 11:14
    Milli Məclis yaşayış minimumu və ehtiyac meyarının həddini müzakirə edir
  • Dünən, 10:58
    Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır – Vətəndaşlar narazıdır
  • Dünən, 10:36
    “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan 1 aylıq həbs edilib
  • Dünən, 10:14
    İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
  • Dünən, 10:09
    Lənkəranın mərkəzində biabırçı yol - Sakinlər icra başçısına müraciət etsələ də... - FOTO
  • Dünən, 09:25
    UEFA Avropa Liqası: "Beşiktaş" Şotlandiya, "Yuventus" Niderland klubu ilə qarşılaşacaq
  • Dünən, 09:17
     Ağsu Regional Qaz İstismar İdarəsində ciddi iddialar - Rəhbərlikdən açıqlama gözlənilir
  • Dünən, 09:03
    Bakının iki rayonunda işıq kəsiləcək
  • 4-11-2026, 19:00
    Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
  • 4-11-2026, 18:40
    Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib
  • 4-11-2026, 18:30
    Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
  • 4-11-2026, 18:18
    Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə