• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Ukrayna rəsmiləri Azərbaycan jurnalistlərini təbrik ediblər

Cəmiyyət

22-07-2022, 18:12

Ukraynanın bir sıra rəsmi şəxsləri, Rusiya ilə müharibədə fərqlənən komandirləri Azərbaycan jurnalistlərini 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik ediblər.

Ukrayna Ali Radasının (parlament) Söz azadlığı məsələləri üzrə komitəsinin sədr müavini, deputat Yevgeniy Braqar “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Azərbaycanın bütün media nümayəndələrini, televiziya , radio və digər media orqanlarının işçilərini Milli mətbuat günü münasibətilə təbrik edib: “148 il əvvəl Azərbaycanın ilk qəzeti çap olunub. Bu sizin ölkənin tarixində çox önəmli hadisədir. Bununla bərabər mən Ukraynaya göstərdiyiniz dəstəyə, Rusiya ilə bizim aramızda olan münaqişəyə göstərdiyiniz ədalətli mövqeyə görə sizə minnətdarlığımı bildirmək istəyirəm”.


Ukraynanın Zaporojye vilayət parlamentinin sədri Alyona Juk isə vurğulayıb ki, jurnalistika hazırki dövrün ən çətin peşələrindən biridir: “Çox sağ olun ki, informasiya müharibəsinin ön cəbhəsində vicdanla, heç nədən qorxmadan işləyirsiniz. Bir dah bayramınızı təbrik edirəm. Ukrayna və Azərbaycan daim birlikdədir!”


Ukrayna ordusunun döyüş komandiri Roman Solohub müsahibəsində jurnalist Mübariz Aslanovun timsalında “Report Agentliyinin” və “Baku TV”-nin fəaliyyətini, onun Ukraynada dürüst, dəqiq işini, işğalçıların burada apardığı müharibəni, Ukrayna vətəndaşlarına qarşı həyata keçirdikləri qətlləri, bizim vətəndaşları, əhalini hətta qadağan olunmuş silahlarla məhv edilməsini işıqlandırılmasını görə qeyd etmək istərdim: “Sükanı belə saxlayın! Sizə əhsən!”


Ukrayna Silahlı Qüvvələrinin baş komandanının müşaviri Lyudmila Dolqonovskaya da “Report”un Şərqi Avropa bürosuna müsahibəsində azərbaycanlı jurnalist həmkarlarını Milli Mətbuat Günü münasibətilə təbrik edib: “Bizimlə olduğunuz üçün sizə təşəkkür etmək istəyirəm. Hətta bu dəhşətli, ədalətsiz müharibə şəraitində belə Ukraynanı tərk etmədiniz. Biz birgə çalışırıq və Baku TV, “Report”un müxbirlərinə burada olmaqdan, həqiqəti göstərməkdən qorxmadıqları üçün minnətdarıq. Bu, bizim üçün çox vacibdir, çünki hazırda hər bir ukraynalı – mülki vətəndaş, Ukraynanı qoruyan hərbi qulluqçu bizim qələbəmiz, azadlığımız uğrunda mübarizə aparır. Sizin etibarlı dost dəstəyinizi hiss edirik. Sizə təşəkkür edirəm. Bayramınız mübarək!”


Ukrayna xüsusi təyinatlı zabiti Volodimir Laquta da öz növbəsində Azərbaycan jurnalistlərini peşə bayramı münasibətilə tədbik edib: “Bu çox tarixi bir gündür. Azərbaycanda jurnalistika uzun illər boyu inkişaf edib. Bu münasibətlə, həmçinin dostum, burada – Ukraynada tanış olduğum və ölkəmizdə baş verənləri, Rusiyanın burada törətdiklərini işıqlandıran Mübarizi təbrik edirəm. O, daim qaynar nöqtələrə səfər edir, Rusiyanın nələr törətdiyini, hansı şəhərləri bombardman etdiyini çəkib göstərir. Həqiqətləri dünyaya nümayiş etdirən azərbaycanlı jurnalistlərə öz təşəkkürümü bildirirəm. Dostum Mübarizin timsalında bütün azərbaycanlı jurnalistləri təbrik edirəm. Sizə can sağlığı, əmin-amanlıq, müdriklik arzu edir, daim işinizin peşəkarı olmanızı diləyirəm. Çünki jurnalistika çox məsuliyyətli sahədir. Bu sahədə çalışan insanlar həqiqəti kiminsə marağına uyğun şəkildə deyil, olduğu kimi çatdırmaq üçün çox məsuliyyətli olmalıdırlar. Bayramınız mübarək!”


UNİAN informasiya agentliyinin baş redaktoru Mixail Qannitskiy də azərbaycanlı həmkarlarını mətbuat günü münasibətilə təbrik edib:

“Bu müharibənin davam etdiyi 5 ay yarım Ukraynanın çəkdiyi bədbəxtliklər zamanı biz əmin olduq ki, Azərbaycan jurnalistləri bizim də əsl dostlarımızdır, dürüst, peşəkar müxbirlərdir, Ukraynada olan hadisələri burada olan jurnalistlər doğru, qərəzsiz işıqlandırır. Buna görə də Roskomnadzor oxu.az saytının yamını Rusiyada bloklayıb. Buna baxmayaraq Baku TV-nin, “Report” informasiya agentliyinin, oxu.az-ın dürüst reportajlarını Azərbaycan və dünya ictimaiyəti oxuya bilir. Bu da çox xoşdur. Qeyd etməyə bilmərəm ki, bizim azərbaycanlı həmkarlarımız ön xəttə, Ukraynada qaynar nöqtələrdə işləyən zaman Rusiyanın işğalı nəticəsində əziyyət çəkən, ehtiyacı olan insanlara humanitar yardım da etməyə imkan tapırlar. Bu həm xalqlarının dostluğunun, həm keyfiyyətli jurnalistikanın , həm insanlara sevginin göstəricisidir. Eşq olsun Azərbaycan jurnalistlərinə! Bayramınızı təbrik edirəm”.\\report\

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

22-07-2022, 13:25

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib

Siyasət

14-08-2022, 11:33

Azərbaycan Pakistanı təbrik edib

Dünya

30-07-2022, 21:30

Blinken Ukrayna XİN başçısı ilə danışıb 

Siyasət

1-09-2022, 11:30

Azərbaycan Prezidenti Slovakiya dövlət başçısını təbrik edib

Siyasət

26-08-2022, 11:46

Leyla Əliyeva Mehriban Əliyevanı belə təbrik etdi (FOTO)

Siyasət

23-07-2022, 11:38

Azərbaycan Prezidenti misirli həmkarını təbrik edib

Mədəniyyət

10-01-2023, 18:17

Fərid Şərifov Sahib Ələkbərovu Doğum günü münasibətilə belə təbrik etdi - TƏBRİK

Siyasət

14-07-2022, 20:02

Azərbaycan XİN Fransanı təbrik etdi - FOTO

Mədəniyyət

13-01-2023, 11:23

Fərid Şərifov Doğum günü münasibətilə Ülviyyə Mahmudovanı TƏBRİK etdi

Cəmiyyət / Mədəniyyət

14-01-2023, 13:53

Fərid Şərifov Söhrət Ordenli Professor İlham Rəhimovu doğum günü münasibətilə təbrik etdi

---

6-08-2022, 21:50

Aİ Rusiyanın Zaporojye AES ətrafında əməliyyatlarını pislədi

İdman

22-07-2022, 15:55

Voleybol üzrə Zəfər Kubokunun qalibi bəlli olub

Araşdırma
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı: “İşi gördürdülər, pulumuzu istəyəndə bizi qapıdan çıxardılar”
Həkimlərdən “fond pulu”, yoxa çıxan dərmanlar, işə gəlməyən əməkdaşlar – Gəncə xəstəxanasında qalmaqallı iddialar
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
Hadisə
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
10-09-2026, 10:40
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
10-09-2026, 10:15
Xocalıda mina partlayışı olub, ANAMA əməkdaşı xəsarət alıb - YENİLƏNİB
9-09-2026, 18:30
Məclisdən evə qayıdarkən qəzaya düşüblər - 5 nəfərin öldüyü hadisənin təfərrüatı
9-09-2026, 17:45
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi - Foto
9-09-2026, 16:55
"Unibank və Leo Bank"ın ortaq oyunu: Vətəndaş iki bankın arasında qalıb
Xəbər lenti
  • Bu gün, 16:55
    “Bəy Mamed” yaşayış kompleksinin həyətini hasarlayıb özünə villa tikdirir” - Fotolar
  • Bu gün, 16:40
    Nazir: Təhsilin keyfiyyəti aşağı olan kənd məktəblərinin bağlanması məsələsinə baxılır
  • Bu gün, 16:19
    "Temu" ilə də yollarımız ayrılır - Uçuz məhsullar rəqabət məcəlləsini pozur?
  • Bu gün, 15:58
    Şeyxülislam: İslamdaxili dialoq olduqca aktual və zəruridir
  • Bu gün, 15:03
    Geka Geladze daxili işlər nazirinin müavini vəzifəsini tutacaq - YENİLƏNİB
  • Bu gün, 14:58
    “Adore” vaxtı keçmiş məhsulları endirimlə satır? – İddia (Video)
  • Bu gün, 14:27
    Bakı Dəmiryol Vağzalında yeni turniket zalı istifadəyə veriləcək
  • Bu gün, 13:59
    Notariatda köhnə ənənələr geridə qaldı, yoxsa? - Daxil Kərimovun “misilsiz xidməti“
  • Bu gün, 13:33
    BŞTİ: Məktəblərdə 504 413 şagird təhsil alacaq
  • Bu gün, 13:16
    Bərdənin köhnə bazarında nə baş verir? - burda qanun hərləyən yoxdur...
  • Bu gün, 12:56
    İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub
  • Bu gün, 12:48
    Şərur təhsilində ABSURD GEYİM QADAĞASI... - BU NƏDİ BELƏ?
  • Bu gün, 12:31
    "Bilik günü" Azərbaycanda 34 dərəcə isti olacaq
  • Bu gün, 12:17
    “AZ TECHNOCON GROUP” MMC iyirmi günə 5 tenderi hansı əsalarla əldə edə bilib – Zakir Quliyev bilər
  • Bu gün, 11:36
    Kamran Əliyev İƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 7-ci iclasında iştirak edib
  • Bu gün, 11:13
    İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
  • Bu gün, 10:53
    Bəs bu vurhavur, bu reklam nədir belə? - MƏZƏLƏNİRLƏR?
  • Bu gün, 10:22
    Yol polisi sentyabrın 15-i ilə bağlı sürücülərə müraciət etdi
  • Bu gün, 10:06
    Dövlət Əmək Müfəttişliyi Xidməti Elgün Feyzullayevi niyə müdafiə edir? - FOTO
  • Bu gün, 09:45
    Bakıda TDT Müsəlman dini liderlərinin 7-ci Görüşü keçirilir
  • Bu gün, 09:37
    Naxçıvan Həmkarlar İttifaqı sədrinin milyonluq imperiyası - SİYAHI
  • Bu gün, 09:01
    CNN: ABŞ İranla danışıqları nüvə proqramı üzərində cəmləşdirmək istəyir
  • Dünən, 15:00
    Livan ölkənin cənubunda BMT sülhməramlı qüvvələrinin mandatının uzadılmasını istəyib
  • Dünən, 14:00
    Azərbaycan təmsilçisi bu gün "Sea Breeze 2026" beynəlxalq turnirində final oyununa çıxacaq
  • Dünən, 13:00
    Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  • Dünən, 12:30
    Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
  • Dünən, 12:00
    Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR
  • Dünən, 11:00
    Tramp ABŞ-də Çin avtomobil zavodlarının açılmasına icazə verilə biləcəyini bildirib
  • Dünən, 10:30
    Premyer Liqa: Bu gün "Zirə" "Qarabağ"la üz-üzə gələcək
  • Dünən, 10:00
    İranın mülki gəmisinə zərbə endirilib, ölən və yaralılar var
  • 12-09-2026, 19:21
    Hicran Hüseynovadan müəllimlərə şok ittiham: “Niyə oxuyursan, ərə get” — Bəs xanım deputat öz işinə baxırmı? - VİDEO
  • 12-09-2026, 18:00
    Tatarıstanda yüngül mühərrikli təyyarə televiziya qülləsinə çırpılıb, ölənlər var
  • 12-09-2026, 17:51
    Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
  • 12-09-2026, 17:30
    Gələn il BRICS-ə sədrliyi bu ölkə edəcək
  • 12-09-2026, 17:00
    Keçmiş baş nazir film və serial istehsal edən şirkət qurdu
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə