• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“FAZİL MƏMMƏDOV DÖVRÜ” QAYIDIR? - Kiçik sahibkarlara qarşı kütləvi yoxlamalar nə ilə bağlıdır?

Cəmiyyət

18-10-2024, 19:11

Əvvəlcə ondan başlayaq ki, Azərbaycanda kiçik bir köşkü, icarəyə götürdüyü 10-20 kvadrat metrlik mağazası, balaca bir sexi və s. olan vergi ödəyicilərinin “sahibkar” kimi qeyd edilməsi və təqdim olunması, yumşaq desək, şişirdilmiş və pafoslu görünür. Çünki həmin bu “sahibkarlar”ın əhəmiyyətli hissəsi heç şəxsi mənzilə belə sahib deyil, kirayələrdə yaşayır, mağazasındakı, sexindəki əmlakın, malların böyük əksəriyyəti firmalardan nisyə götürülüb, öz “kapitalı” 1-2 min manatı keçmir, banklara “ətək-ətək” borcu var və sair. Belə adamlara rəsmən “sahibkar” adı qoyub, onların büdcəni dolduracaqlarını gözləmək doğru deyil...

Ancaq bütün bunlara rəğmən son zamanlar vergi orqanı kiçik sahibkarlara qarşı operativ və kameral vergi yoxlamalarını, anoloji vergi hesablamalarını xeyli artırıb. Vergi orqanının kiçik biznesi, mağazası, dönərxanası, kafesi, “telefon budkası” və s. olanları “gözünün yaşına baxmadan” böyük məbləğlərdə cərimələməsi müşahidə olunur. Sahibkar adlandırılan vətəndaşlardan bununla bağlı şikayətlər çoxalıb. Cərimələrin məbləği isə Vergi Məcəlləsinə edilən məlum dəyişikliklərdən sonra “dodaq uçurur”...

Məlum olduğu kimi, sahibkarlar kassa çeki vurmadığı üçün 1000 manat, qeydiyyatsız işçi üçünsə 2000 manat məbləğində cərimə olunurlar. Belə hallar təkrar qeydə alındıqda cərimələr dəfələrlə artır. Nəticədə mağazasındakı şəxsi malının dəyəri, yaxud evindəki ehtiyat pulu heç 1000 manata çatmayan binəva sahibkara minlərlə manatlıq cərimələr yazılır.

Ümumiyyətlə, ölkəmizdəki minimum əmək haqqı, pensiya və digər göstəricilər nəzərə alındıqda sadələşdirilmiş vergi ödəyiciləri olan kiçik sahibkarlara tətbiq edilən cərimələrin məbləği tamamilə yüksək və qeyri-adekvat görünür. Buna görə də zatən ölkədə alıcılıq qabiliyyətinin düşməsindən, borc-xərcdən və s. çıxılmaz vəziyyətə düşmüş sahibkarların çoxu onlara yazılan cərimələri ödəyə bilmirlər və “bizneslərini” bağlayırlar, işçilərini də evə yollayırlar. Nəticə işsizlər ordusunun bir qədər də böyüməsidir. Bundan hökumətin, onun iqtisadi blokunun, vergi orqanının nə qazandığını söyləmək isə çətindir...

Vergi əməkdaşlarının kiçik sahibkarı “cinayət başında yaxalaması” metodları isə başqa bir mövzudur. Artıq xeyli “müasirləşən” və “kreativləşən” vergi əməkdaşları “obyektlərə” videokameralarla girərək, az qala “gizli çəkiliş” aparırlar və sahibkarın “kassa cinayəti”ni, işçini rəsmən qeydiyyata almamasını və s. görüntüləyirlər ki, sabah vətəndaş “o yan-bu yan” edə bilməsin.

Yeri gəlmişkən, sahibkarları artıq yalnız kassaya çek vurmadığına görə yox, həm də kassa çekində müştəridən aldığı əskinasın dəyərini və qaytardığı pulun qalığını göstərmədiyi üçün də cərimələyirlər. Yəni, faktiki olaraq, sahibkar vergidən yayınmır, müştəridən aldığı pulu kassaya vurur, lakin aldığı və qaytardığı məbləği çekdə göstərmədiyi üçün vergi orqanı ona 1000 manat cərimə yazır. Bu da haqlı narazılığa səbəb olur, insanlar məhkəmələrə müraciət edirlər və sair. Maraqlıdır ki, bəzi sahibkarlar vergi orqanını kameral, yaxud operativ vergi yoxlamasına, anoloji vergi hesablamasına görə məhkəməyə verdiyi üçün ona təkrar vergi yoxlaması açılmasından şikayətlənirlər.

Ümumiyyətlə, kiçik sahibkarlara qarşı “səlib yürüşü”nü xatırladan kütləvi vergi yoxlamaları, vergi orqanının haqlı-haqsız cərimələri, “havadan götürülən” anoloji vergi hesablamaları, sahibkarlara qarşı münasibəti və s. sabiq vergilər naziri Fazil Məmmədovun dövrünü xatırlatmağa başlayır. Belə görünür ki, hökumətin iqtisadi komandası və vergi orqanı ötən müddətdə sahibkarlara münasibətdə 2017-ci ildə vəzifəsindən atılan Fazil Məmmədovun “üsulları”ndan fərqli bir şey düşünə bilməyib. Maarifləndirmə, təşviqat, müasirləşmə və s. barədə deyilən “nağılları” bir kənara ataraq, cərimə iqtisadiyyatına üstünlük verirlər.

Əslində, “COVİD-19”-la əlaqədar vergi yoxlamalarına məhdudiyyət qoyulmasına dair qərar bu yoxlamaların xüsusilə də kiçik sahibkarlar üçün dağıdıcı təsirinin etirafı idi. Bu, doğru və ilk növbədə siyasi qərar idi. Lakin belə görünür ki, hökumətin iqtisadi bloku “yoxlama və cərimə iqtisadiyyatı” təcrübəsinə qayıtmağa üstünlük verir.

Ölkəı başçısı “sahibkar vergidən başqa heç nə ödəməli deyil” desə də, belə çıxır ki, bunu nəzərə almayanlardan biri elə vergi orqanının özüdür. Çünki sahibkar təkcə vergi yox, böyük cərimələr də ödəməli olur. Özü də onu cərimələnəcək hala gətirən həm də maddələrinin dəyişmə sürətinə, dolaşıqlığına, oradakı cərimə məbləğlərinin real iqtisadiyyata nisbətdə böyüklüyünə görə “dünyada analoqu olmayan” Vergi Məcəlləsidir.

Əlbəttə, vergi qanunvericiliyini pozan sahibkarın cərimələnməsində hüquqi və texniki baxımdan bir qəbahət yoxdur. Lakin hökumət sıradan bir hüquqşünas, mühasib, xəzinədar kimi dar düşünməməlidir və məsələyə daha geniş aspektdən baxmağa borcludur. Bu gün sahibkar işçiyə ödədiyi əmək haqqının 25 faizi qədər də DSMF-ə pul köçürməlidir. Bu, yüksək məbləğdir. Müstəqil iqtisadçıların dəfələrlə bunu tənqid etməsinə baxmayaraq, dəyişən heç nə yoxdur. Üstəgəl işsizliyin sığortası və icbari tibbi sığotra da sahibkarın boynundadır ki, bu da üst-üstə əmək haqqının 30 faizinə çatır. Belə olan təqdirdə sahibkar hələ minimum əmək haqqı ilə hər işçiyə görə xəzinəyə hər ay əlavə 100 manatdan artıq vəsait ödəməlidir. Üstəgəl icarə haqqının 14 faizi, dövriyyənin 2 faizi və sair. Hələ bunun “uçaskovısı”, “JEK”-i, “fövqəladəsi”, “sanepidemstansiyası”, “AQTA”-sı və saysız hesabsız digər xərcləri var. Nəticədə xərci borcunu ödəməyən kiçik sahibkar işçini qeydiyyatdan keçirməkdən yayınır ki, xərci azalsın. Yaxud, sadələşdirilmiş vergi üçün qoyulan illik 200 minlik limit. Bu limit artırılmalıdır ki, sahibkar bütün dövriyyəsini kassaya vurmaqdan yayınmasın. 200 mini keçən şəxs dərhal ƏDV ödəyicisinə çevrilir. ƏDV ilə işləmək üçün müvafiq şəffaf gömrük, maliyyə-biznes mühiti və s. yaradılmadan hamını ƏDV-yə keçirmək istəyi başa düşülən deyil. Azərbaycanda ƏDV ilə işləməyin nə qədər mürəkkəb, baş ağrıdan və problemli olduğunu biməyən yoxdur. Ona görə sahibkar vergidən yayınmaq üçün yox, məhz ƏDV-yə düşməmək üçün dövriyyəsini kassadan gizlətməli olur.

Yeri gəlmişkən, yaranan bu durum həm də hökumətin iqtisadi komandasının qeyri-neft sektorunun “misilsiz inkişafı” barədə nağıllarının elə nağıl olaraq da qaldığının sübutudur.

Bu, xüsusilə də ölkəmizdə neft hasilatının azalması və neftin qiymətinin tədricən düşməsi fonunda olduqca təhlükəli tendensiya təsiri bağışlayır. Belə çıxır ki, ölkənin valyuta gəlirləri azaldıqca, sahibkarların “qara günləri” çoxalacaq. Lakin “qəpik-quruş” qazanan kiçik sahibkarın son qəpiyini də müxtəlif “hoqqlarla” cərimə adı altında alıb büdcə doldurmaq heç də ağıllı iqtisadi siyasət sayıla bilməz. Zatən kiçik sahibkar zümrəsinə aid “yetim-yesirdən” yığıla biləcək vəsait neft gəlirlərilərinin mində birini də təşkil etməyəcək. Olsa-olsa büdcədəki çox kiçk dəlikləri doldurmağa yetəcək. Belə olan halda, yüz minlərlə “öz başını bir təhər saxlayan” vergi ödəyicisini divara dirəməyin mənası nədir?

“AzPolitika.info”

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

3-04-2024, 13:27

Azərbaycanda ilk dəfə vergi ombudsmanı təyin edildi

Gündəm / Cəmiyyət

19-04-2024, 13:22

Parlament vergi orqanlarının vəzifəli şəxslərinin maaşının artırılmasını təsdiqləyib

Cəmiyyət

21-08-2022, 19:23

Fərdi sahibkar istifadə etdiyi nəqliyyat vasitəsinə görə əmlak vergisi ödəməlidirmi?

Bölgə / Olay

12-10-2023, 11:50

Biləsuvar Rayon İcra Hakimiyyəti hazırda vergi borcu olan şirkətlə müqavilə bağladı

Cəmiyyət

22-08-2022, 19:55

Vergi hesabatını təqdim etməsəniz...

Dünya

21-05-2024, 12:04

Ermənistanda vəkillər vergi artımına ETİRAZ EDİRLƏR

Sosial

13-07-2023, 11:54

Vergi borcu olan "AE UNION" MMC 3 tenderdə qalib seçildi - "Dayı"-sı güclü imiş

Cəmiyyət

13-07-2022, 21:36

Qrant layihələrində çalışanların fəaliyyəti necə rəsmiləşdirilir?

İqtisadiyyat

11-10-2023, 11:35

Mikayıl Cabbarov: “Vergi daxilolmalarının həcmi 22,6 faiz artıb” - FOTO

Siyasət

20-02-2024, 16:28

Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbə verildi

İqtisadiyyat / Sosial

21-09-2023, 17:42

2024-cü ildə tütün məmulatları və alkoqollu içkilər üzrə aksiz dərəcələri artırılacaq

Cəmiyyət

3-10-2024, 20:08

İqbal Məmmədov 15 gündə 8 milyondan çox borcunu ödədi - DETALLAR

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
13-08-2026, 09:41
Yevlaxda avtoqəzada ölən şəxslərin kimliyi məlum olub, cinayət işi başlanılıb
11-08-2026, 16:09
Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb
10-08-2026, 18:25
Şahbuzda avtomobil aşıb, sərnişin ölüb
10-08-2026, 10:46
Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü
10-08-2026, 09:59
"David Seliverstov" Gürcüstanda kazinoda dava saldı, antisemitizmdən dəm vurdu -DETALLAR
9-08-2026, 11:00
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Xəbər lenti
  • Dünən, 23:44
    Şeyxülislam Allahşükür Paşazadənin adını kim və nə üçün hallandırır?
  • Dünən, 19:01
    Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib
  • Dünən, 18:53
    Özbaşına qalan Nizami rayonunun başçısına VACİB SUAL: - Şirin Mirzəyev 68A və 76A arasında tikiliyə icazə necə verilib?
  • Dünən, 18:32
    Məhərrəmlik başa çatdı - Toylar başladı
  • Dünən, 18:09
    Tramp Ankarada sui-qəsddən necə xilas olub?
  • Dünən, 17:40
    Azərbaycandan tranzit keçməklə Ermənistana daha 420 ton buğda göndərildi
  • Dünən, 17:19
    Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Dünən, 17:03
    Evləri yandı, qəzalı binaya sığındılar: “Uşağı işə aparıram ki, ilan vurmasın”
  • Dünən, 16:42
    Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur
  • Dünən, 16:36
    Biləcəri qəsəbəsində qanunsuz inşaat işi – İcazəni Elxan Allahverdiyev verib
  • Dünən, 16:06
    TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB
  • Dünən, 15:46
    “Xezer-Construction”a MİLYONLAR BELƏ ÖTÜRÜLÜR... - İcazə verin, şübhələnək...
  • Dünən, 15:08
    ETN və MÜTDA-da mütəşəkkil büdcə talanı - Təhsilimizin gələcəyinə vurulan zərbə...
  • Dünən, 14:36
    Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb
  • Dünən, 14:22
    Binəqədidə Ağsaray şadlıq sarayının yaxınlığında söküntü: Rəsmi qurumlar niyə susur?/VİDEO
  • Dünən, 13:18
    Sabah 37 dərəcə isti olacaq
  • Dünən, 13:00
    Pilləsiz tikiliyə sənəd verildi: Şəhərsalma və Arxitektura Komitəsinin qərarı sakinlərin narazılığına səbəb oldu (FOTO)
  • Dünən, 11:36
    Sabahdan metroda dəyişiklik: "Nizami" və "28 May" arasında qatar olmayacaq
  • Dünən, 11:25
    "Qızılbaş Group" MMC-nin vergi borcu var
  • Dünən, 11:10
    9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub
  • Dünən, 10:58
    FUAD İBRAHİMOV VƏ ORXAN ƏLİZADƏNİN ÇİRKİN MÜLKİYYƏT TƏLƏSİ: Vətəndaşın Mülkünü Zorla Əlindən Almaq İstəyən Məmurlar
  • Dünən, 10:46
    Rusiya Sumı, Dnepropetrovsk, Xarkov və Zaporojyeyə zərbələr endirib: ölənlər və yaralananlar var
  • Dünən, 10:40
    "Öz pulumu bu günə qədər geri ala bilmirəm" - GİLEY
  • Dünən, 09:53
    Azərbaycan neftinin qiyməti 94 dollardan aşağı düşüb
  • Dünən, 09:44
    Həmkarlar İttifaqında Sahib Məmmədov GESTAPOSU - Şok FAKTLAR
  • Dünən, 09:30
    Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ilə Kluj-Napoka şəhəri arasında əlaqələrin qurulması müzakirə olunub
  • Dünən, 09:22
    Tovuz MMTİB-dən yaşıllaşdırma işləri üzrə 35 minlik satınalma
  • Dünən, 09:10
    Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə bu gün start verilir
  • Dünən, 09:04
    Deputat QHT-si getdi, məmur QHT-si gəldi:qrant islahatının yeni modeli
  • Dünən, 08:47
    Bakıda yalnız üç istiqamətdə nəqliyyatın sıxlığı yaranıb
  • 13-08-2026, 19:09
    Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var
  • 13-08-2026, 19:01
    Sabiq baş direktorun həkim Ramil Abdullayevla bağlı işi yenidən araşdırılacaq
  • 13-08-2026, 18:22
    Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb
  • 13-08-2026, 18:12
    Biləcəridə evlər söküldü, ağaclar kökündən çıxarıldı - Ərazini alan sahibkar kimdir? - VİDEO
  • 13-08-2026, 17:55
    Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə