Sizin reklam burada 728×90
Son dəqiqə

Şeyx Portuqaliyaya gedir

23.11.2024 13:57 236 1 dəq oxunur
Şeyx Portuqaliyaya gedir
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 25-də BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə Portuqaliyaya səfər edəcək.

Şeyx 26-27 noyabr tarixlərində baş tutacaq BMT Sivilizasiyalar Alyansının “Sülhdə birlik - etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması” mövzusunda 10-cu Yubiley Qlobal Forumunun açılışında iştirak edəcək.

Noyabrın 27-də Lissabonda baş tutacaq KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının yeni tərkibdə ilk toplantısına qatılacaq.

Qeyd edək ki, A.Paşazadə Beynəlxalq Mərkəzin Direktorlar Şurasının üzvüdür.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az