• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Dördmərtəbəli evin beşinci mərtəbəsi – Elşad Həsənov "romantikası"nın səbəbi nə? / FOTOFAKT

Cəmiyyət

23-12-2024, 14:36

Prezident İlham Əliyevin təyinatı ilə, vəzifədə oturub da, yüzlərlə insanın taleyinə biganə qalmağın bir cəzası da olmamış deyil…

Xalq yazıçısı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” adlı məşhur bir romanı var. (“Təhminə” filmi də, bu roman əsasında çəkilib. Red) Xoşbəxtliyin yeni mərtəbələrinin fəth edilməsindən bəhs edən bu romanla işimiz yox. Bəlkə də, sayqılı Anar müəllimin heç ağlına da gəlməzdi ki, əsərini bədii boya ilə “Beşmərtəbəli evin altıncı mərtəbəsi” adlandırması nə zamansa kimlərisə yaşayış binalarında yeni mərtəbələri fəth etməyə həvəslədirə bilər. Necə də ki, həvəsləndirib…

Yeni mərtəbə belə “fəth edilib”

Günümüzdə də, yeni mərtəbələr “fəth edilir” amma, xoşbəxtliyin yox, sovet dövründən tikilmiş dördmərtəbəli yaşayış binasının beşinci mərtəbəsi. İlk dəfə eşidib, yaxud görəndə inandırıcı olmaya da bilər… Başda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev olmaqla bir neçə yüksək instansiyaya ünvanlanmış və bir surəti də Yenixeber.org-a daxil olmuş müraciətdə bəhs edildiyi kimi.

Bakı şəhəri, Yasamal rayonu Azad Mirzəyev küçəsi, 241 ünvanda dördmərtəbəli binanın sakinləri günlərin bir günü səhər yuxudan durub görürlər ki, kimlərsə, kimlərinsə “xeyir-duası ilə” üstündə özünə fərdi mənzil tikməklə binanı edir beşmərtəbə(?) Etirazın, narazılıqların da nəticəsi olmur…

Dövlət başçısına ünvanlanmış müraciətdə deyilir:

Bildiririk ki, biz-Bakı şəhəri, Yasamal rayonu Azad Mirzəyev küçəsi, 241 ünvanda yaşayırıq və bu binanın mənzillərinin mülkiyyətçiləriyik. Yaşadığımız bina dördmərtəbəli, çoxmənzilli yaşayış binasıdır. Tanımadığımız, naməlum şəxslər tərəfindən yaşadığımız və mülkiyyətçisi olduğumuz binanın bizim icazəmiz olmadan 5-ci mərtəbəsi tikilməyə başlayıb və hal-hazırda da tikilməkdədir. Bina əlavə mərtəbənin tikintisinə hesablanmayıb və bu səbəbdən də, yeni mərtəbənin tikintisinə tab gətirməyərək uçma təhlükəsindədir. Ailələrimizin həyatı real təhlükə altındadır. Binanın 5-ci mərtəbəsini tikən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və bina əvvəlki- dördmərtəbəli vəziyyətinə qaytarılmalıdır.

Sizdən xahiş edirik ki, binanın 5-ci mərtəbəsinin sökülməsini, əvvəlki vəziyyətə qaytarılmasını və bu qanunsuz işi görənlərin cinayət məsuliyyətinə cəlb edilməsini təmin edəsiniz.

Aidiyyatı dövlət qurumlarının müəmmalı susqunluğu(?)

Biz müraciətdə yer alan iddialarla bağlı bir neçə instansiyadan mövqe öyrənməyə çalışdıq. İlkin olaraq mənzilin sahibi İlqar müəllimlə (Soyadını öyrənə bilmədik.Red.) telefonla danışdıq. Bizimlə telefon söhbətində o bildirdi ki, sözügedən mənzilin lazım olan bütün sənədləri var(?) Və həm də, hansı araşdırmanı aparıb, nə istəyiriksə onu da yazmağımızı “məsləhət bildi”.

Yenixeber.org olaraq aidiyyatı üzrə dörd dövlət strukturuna rəsmi sorğu ünvanladıq: Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizova, Yasamal Rayonİcra Hakimiyyətinin başçısıcənab Elşad Həsənova,Fövqəladə Hallar NazirliyiTikintidə Təhlükəsizliyə NəzarətDövlət Agentliyinin rəisicənab Cəbrayıl Xanlarova və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Anar Quliyevə.

Bakı Şəhəri İcra Hakimiyyətindən bildirdilər ki, 2018-ci ildən Memarlıq və Şəhərsalma Baş İdarəsi onlara tabeli qurum deyil, bu səbəbdən də məktub araşdırılması üçün aidiyyatı təşkilata göndərilib.

Fövqəladə Hallar NazirliyiTikintidə Təhlükəsizliyə NəzarətDövlət Agentliyindən hələ ki, səs çıxmır(?)

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Başİdarəsi isə Fövqəladə Hallar NazirliyiTikintidə Təhlükəsizliyə NəzarətDövlət Agentliyinə və Yasamal Rayonİcra Hakimiyyətinə bizim sorğumuz əsasında müraciət ünvanlayıb və bir surətini də məlumat üçün bizə göndərib:


Yasamal Rayonİcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənova

Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi cənab Cəbrayıl Xanlarova

məlumat üçün: “Yenixeber.org” İnformasiyaPortalının baş redaktoru cənab İlqar Salmanova
Bakı şəhəri, Yasamal rayonu, Azad Mirzəyev küçəsi, ev 241 ünvanında 4 mərtəbəli yaşayış binasında qanunsuz tikinti işlərinin aparılması haqqında “Yenixeber.org” İnformasiyaPortalının Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinəünvanlanmış 04.12.2024-cü il tarixli məktubuna Bakı Şəhər Memarlıq və Şəhərsalma Başİdarəsində baxılmışdır.
Əməkdaşlarımız tərəfindən yerində baxış Yasamal rayonu, Azad Mirzəyev küçəsi, ev 241ünvanında yerləşən 4 mərtəbəli yaşayış binasının üzərində uzun illər öncə əlavə mərtəbə inşaedildiyi müşahidə edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 24.11.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na və AzərbaycanRespublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş“Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun olaraq müvafiq tədbirləringörülməsi, nəticəsi barədə “Yenixeber.org” İnformasiya Portalına və AzərbaycanRespublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq vəŞəhərsalma Baş İdarəsinə 7 (yeddi) gün müddətində məlumat verilməsi xahiş olunur.

Beləliklə aidiyyatı dövlət qurumu da rəsmən qanunsuz tikinti faktını etiraf edir. Təəssüf ki, elə hər şey də, bu sadə etirafla bitmiş kimi görünür. Qanunsuz tikili də, onun yüzlərlə insana yaratdığı məlum təhlükələr də, var olaraq qalır...

Elşad Həsənovun köməkçisi “gül vurdu”

Ən maraqlısı, daha doğrusu komik olanı Yasamal Rayonİcra Hakimiyyətinin başçısıcənab Elşad Həsənovun köməkçisi Habil Süleymanzadənin “cavabı” oldu. Baş redaktorumuzun mobil telefonuna zəng edən Süleymanzadə “tövsiyə” etdi ki, məsələni özümüz araşdıraq, heç bir qanunsuzluq yoxdur və onları da “narahat etməyək”(?) Ardınca da, əxlaqına, tərbiyəsinə uyğun olaraq telefonu qapatdı…

Elşad Həsənovun rəhbəri olduğu və bəhs etdiyimiz faktın da əhatə dairəsində olduğu təşkilatdan bu sayaq “cavab” “N” dənə sullara yol açır.

Qarşıdakı günlərdə bu suallara aydınlıq gətirmək məqsədi ilə, digər dövlət orqanlarına müvafiq sorğular ünvanlamaqla növbəti, daha da detallı yazımız olacaq.

Cənab Elşad Həsənova xatırlatmaqda fayda var ki, prezident İlham Əliyevin təyinatı ilə, vəzifədə oturub da, yüzlərlə insanın taleyinə biganə qalmağın bir cəzası da olmamış deyil…(Yenixeber.org)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Hadisə

13-05-2024, 21:40

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub

Cəmiyyət

20-08-2022, 21:34

Hökməlidə yanğın söndürülüb

Mədəniyyət

23-07-2022, 16:41

Milli Mətbuat Günündə Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyi ziyarət olunub

Hadisə

26-07-2024, 15:11

Qəbələdə orta məktəb yandı

Cəmiyyət

16-09-2024, 19:26

Deputat seçilən Günay Ağamalı "Buta" bağçasını bu qiymətə satışa çıxardı - DETALLAR

Gündəm

22-07-2024, 15:57

Eldar Əzizovun danlağı da xeyir etmədi: YASAMAL BELƏ SATILIR... - BU DA FAKT!!!

Cəmiyyət

14-08-2022, 11:49

Bakının bu ünvanında binalar sökülür: Sakinlərə kirayə haqqı verilir (VİDEO)

Mədəniyyət

2-07-2024, 15:06

Xalq artistindən maraqlı PAYLAŞIM – “Evin kişisi yoxdursa...”

Bölgə

17-03-2024, 18:20

Sumqayıtda beşmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

Hadisə

4-08-2022, 10:54

Xırdalan partlayışı: ekspertizalar təyin edildi    

Gündəm / Cəmiyyət

3-07-2024, 11:12

YAP-ın seçkilərlə bağlı iclası keçirilir

Siyasət

15-07-2024, 13:49

Prezidentdən yeni icra başçısı - Təyinatı

Araşdırma
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Hadisə
Dünən, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
Xəbər lenti
  • Bu gün, 17:18
    Azərbaycan yeni mərmiatan dron istehsal edib
  • Bu gün, 17:02
    Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb
  • Bu gün, 16:47
    "Bu dəyişiklik nə vaxt baş verəcək?" - HƏQİQƏTƏN DƏ...
  • Bu gün, 16:17
    Dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı mexanizmi ilə bağlı qanunvericilik təkmilləşdirilir
  • Bu gün, 15:57
    Cavid Qurbanovu tənqid edən şair ONUNLA BARIŞDI - "ARA VURANLAR" var imiş...
  • Bu gün, 15:31
    Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini ratifikasiya edib
  • Bu gün, 15:17
    “Lux Residence”-dən növbəti şikayət: "məni məcburi çıxarmağa çalışırlar"
  • Bu gün, 14:43
    İsrail ordusunun Baş Qərargah rəisi yüksək döyüş hazırlığı səbəbilə ABŞ səfərini ləğv edib
  • Bu gün, 14:16
    İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
  • Bu gün, 14:07
    12 milyonluq “Bulvar İdarəsi” İŞİ: “Pulları Fuad müəllimə verirdim” - MƏHKƏMƏ
  • Bu gün, 12:42
    Azərbaycanda sosial şəbəkələrin fəaliyyətinin qanunla tənzimlənməsi təklif olunur
  • Bu gün, 12:35
    Dələduzluq edən məmur DANIŞDI: "Çoxlu borcum vardı" - TƏFƏRRÜAT
  • Bu gün, 12:06
    Milli Məclisin komitələrinin səlahiyyətlərinin artırılması təklif olunur
  • Bu gün, 11:49
    Leobank müştəriləri aldadır? – Kart qalığı ilə bağlı narazılıq
  • Bu gün, 11:13
    Prezident: Azərbaycanın müdafiə sənayesi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub
  • Bu gün, 11:03
    Zakir Həsənov: Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası mövcuddur
  • Bu gün, 10:54
    Yasamalda piyadaların bir yolu var: UÇMAĞI ÖYRƏNMƏK... - DƏLİXANADIR, VALLAH...
  • Bu gün, 10:24
    Azərbaycan neftinin qiyməti 118 dollara düşüb
  • Bu gün, 10:14
    “Şeyx, sənin tormozun tutmur, Əlinin qadasını alırdın, Ruhəngiz, indi...” - Xalq artistinə cavab verdi, digərlərinə söz atdı
  • Bu gün, 09:50
    İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanlayıb
  • Bu gün, 09:43
    Bakıda qutabı 75 manata satan iş adamı Rusiyaya 1.5 milyard aparıb - İLGİNC
  • Bu gün, 08:54
    Bu gün Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq
  • Dünən, 23:32
    Nadir Qocabəyli Tural Sadıqlının iddiasına cavab verdi: “Məsələ təkcə Hikmət Hacıyevlik deyil”
  • Dünən, 19:00
    Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
  • Dünən, 18:23
    İraqı sonuncu İtaliya hərbçisi tərk edib
  • Dünən, 18:18
    Dövlətin güzəştli krediti hesabına tikilən nəhəng anbar müsadirə olunaraq satışa çıxarıldı – Fotolar
  • Dünən, 17:53
    Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
  • Dünən, 17:42
    Vasif Talıbovun işdən çıxarılan yaxın adamının əmlaklarının SİYAHISI YAYILDI
  • Dünən, 17:19
    Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, 6 nəfər ölüb
  • Dünən, 17:09
    "Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
  • Dünən, 16:45
    Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olunub
  • Dünən, 16:31
    1700 manat dəyərində kreditlə məhsul alsa da... - GİLEY
  • Dünən, 16:02
    Dövlət Xidməti Xətainin heykəlinin lövhə hissəsindəki yazı ilə bağlı məsələni araşdırır
  • Dünən, 15:46
    "Aldadılaraq "kredit bataqlığı"na salındım, indi də təhdid olunuram" - Kukla Teatrının əməkdaşı Prezidentdən kömək istədi
  • Dünən, 15:17
    Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə