Sizin reklam burada 728×90
Son dəqiqə

MN hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulması ilə bağlı müraciət edib

14.02.2025 16:09 228 1 dəq oxunur
MN hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulması ilə bağlı müraciət edib
Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub.

Bu barədə Müdafiə Nazirliyindən (MN) bildirilib.

"İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, xüsusilə andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik" MN-in məlumatında deyilir.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az