• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“Təmiz Şəhər” milyonları “zibilə atıb”... - Rəsmi

Cəmiyyət

20-02-2025, 09:49

Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin yol verdiyi bir sıra nöqsanlar üzə çıxıb.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə Hesablama Palatasının apardığı təhlükəsiz tullantıların idarə olunması auditinin nəticələrində bildirilib.
Toplanmış sübutlar auditlə əhatə olunan dövrdə Bakı şəhərinin 11 rayon (Qaradağ rayonu istisna olmaqla) mənzil-kommunal təsərrüfatı birlikləri və bu kimi digər qurumları tərəfindən “Təmiz Şəhər” ASC-yə təhvil verilmiş müvafiq tullantıların miqdarının Bakı şəhəri üzrə yığılmış ümumi (statistik məlumatlara əsasən) məişət tullantılarının 42,5%-inə bərabər olduğunu və nəticə etibarı ilə 2935,2 min tona yaxın tullantıların ASC-yə təhvil verilməsinin Bakı ŞİH xətti ilə təmin edilmədiyini və məişət tullantılarının yığılması və zərərsizləşdirməyə təqdim edilməsi işinin səmərəsiz təşkil edildiyini deməyə əsas vermişdir ki, bu da bir tərəfdən tullantıların çeşidlənməsi və ya yüksək kalorifik dəyərlə yandırılması ilə rəsmən səfərbər olunmamış resurs potensialının, digər tərəfdən isə qeyri-qanuni çeşidləmənin və çirkləndirmənin miqyasının nə dərəcədə yüksək olduğunu göstərir.
Təhlükəsiz tullantıların “Bakı Tullantıların Enerjiyə Çevrilməsi Layihəsi” üzrə bağlanılmış 2008-ci il 15 dekabr tarixli Müqavilə şərtlərinə uyğun kalorifik dəyərlə Yandırılma zavoduna təhvil verilməməsi istehsal edilmiş elektrik enerjisinin miqdarına mənfi təsirlərə, eləcə də yandırılma prosesi üzrə enerji və qazdan istifadə səviyyəsinin artmasına səbəb olmaqla yanaşı Bakı şəhəri üzrə müvafiq tullantıların qəbulu və yandırılmaya yönəldilməsi işinin təkmilləşdirilməli olan tərəflərini bir daha təsdiq edib.
2023-cü ilin göstəriciləri bir tullantı konteynerinə düşən əhali sayının Bakı şəhərindən (87) kəskin fərqlənməklə Yevlax şəhərində 424-ə, Abşeron rayonunda 322-ə, Ağcabədi rayonunda 3092-ə, Bərdə rayonunda 780-ə və Beyləqan rayonunda 1141-ə bərabər olduğunu göstərmişdir ki, bu da həmin regionlarda tullantıların toplanılması fəaliyyətinin sanitar-epidemioloji və ekoloji təhlükəsizlik normalarına uyğun səmərəli təşkil edilməməsini deməyə əsas verib.
Təhlükəsiz (bərk məişət) tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi üzrə xidmət haqlarının əhali istehlakçı qrupundan toplanılması əsasən (Bakı şəhərinin Nizami rayonu, Gəncə və Mingəçevir şəhərləri istisna olmaqla) nağd qaydada həyata keçirilməklə auditlə əhatə olunan dövrdə həmin əməliyyatlar çərçivəsində rəsmiləşdirilmiş daxilolmaların məbləği Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti və müvafiq tabeli qurumlarının xətti ilə 16,5 mln. manata, auditlə əhatə olunmuş digər regionlar üzrə 4,3 mln. manata, mənbəyi bu və digər vəsaitlərdən ibarət olmaqla satınalma prosedurları keçirilmədən sənədləşdirilmiş müxtəlif alışların məbləği isə, müvafiq olaraq 9,4 mln. manata və 1,3 mln. manata bərabər olmuşdur ki, bu da bir tərəfdən hesablaşmaların nağdsız aparılmasını və dövlət satınalmalarını tənzimləyən hüquqi aktların tələblərinin pozulmasını göstərmiş, digər tərəfdən isə daxili nəzarət mühitinin maliyyə-təsərrüfat fəaliyyətində riskləri minimallaşdıran sağlam meyarlara əsaslanmadığını deməyə əsas verib.
“Təmiz Şəhər” ASC-yə zərərsizləşdirilməsi üçün ümumilikdə 101,4 min ton miqdarında tullantını təhvil vermiş 25 qeyri-dövlət sahibkarlıq subyektinin faktiki olaraq tullantıların daşınması xidmətləri ilə məşğul olduğu, eyni nəqliyyat vasitəsi ilə 2-3 sahibkarlıq subyektinin tullantı daşıdığı hallarının mövcudluğu şəraitində tullantıların daşınmasında istifadə edilən ümumilikdə 108 nəqliyyat vasitəsindən 84-nün məişət tullantıları daşınan yük avtomobili xüsusi nəqliyyat vasitəsi olmadığı, Bakı şəhərində təhlükəsiz tullantıların daşınması ilə ixtisaslaşmayan (təhlükəsizlik normalarına cavab verməyən) şəxslərin də məşğul olduğu, eyni zamanda, qeydiyyatı tullantıların yığılması və daşınması fəaliyyətinə aid 2021-ci ildə 181, 2022-ci ildə 243, 2023-cü ildə 311 aktiv vergi ödəyiciləri tərəfindən “Təmiz Şəhər” ASC-yə hər-hansı tullantı təhvil verilmədiyi müəyyən edilib.
Bakı şəhərinə analoji Sumqayıt, Gəncə, Yevlax şəhərlərinin və Abşeron rayonunun ərazisində bərk məişət tullantılarının yığılması və daşınması xidmətlərinin yerli İH orqanlarının tabeliyindəki müvafiq qurumları ilə yanaşı digər hüquqi və fiziki şəxslər tərəfindən də həyata keçirildiyi şəraitdə həmin sahibkarlıq subyektlərinin rekvizitləri, maddi-texniki bazası və funksional fəaliyyət göstəriciləri, o cümlədən yığılmalı və təhvil verilməli olan tullantıların miqdarı müəyyənləşdirilməmiş, həmin sahibkarlıq subyektlərindən tullantıların poliqonlara təhvil-təslimi prosesində bərk məişət tullantılarının zərərsizləşdirilməsinə dair xidmət haqlarının toplanılması təmin edilməmiş, tullantıların yığılması və daşınması prosesinin sanitar-epidemioloji və ekoloji təhlükəsizlik normalarına cavab verməsinə nəzarət edilməmiş, kənd əraziləri (Bakı şəhəri istisna olmaqla) fəaliyyət dislokasiyasına ümumiyyətlə daxil edilməmişdir ki, bu da yerli İH orqanlarının təhlükəsiz tullantıların yığılması və çatdırılması prosesində səlahiyyətlərindən tam səmərəli istifadə olunmadığını göstərmişdir.
Eyni zamanda, auditlə əhatə olunmuş yerli İH orqanlarının müvafiq tabeli qurumlarının balanslarında tullantıların daşınması təyinatına aid 643 ədəd yük daşıyan nəqliyyat vasitəsindən 475-nin və ya 73,9%-nin xüsusi nəqliyyat vasitəsi olmadığı müəyyən edilmişdir ki, bu da tullantıların sanitar-epidemioloji və ekoloji təhlükəsizlik normalarına cavab verməyən qeyri-xüsusi nəqliyyat vasitələri ilə daşınması hallarına dövlət qurumları (Bakı şəhəri daxil olmaqla) tərəfindən də yol verildiyini göstərib.
Auditlə əhatə olunan 2021-2023-cü illərdə “Təmiz Şəhər” ASC tərəfindən zərərsizləşdirilmə üçün təhvil alınmış ümumilikdə 2525,9 min ton təhlükəsiz tullantının 93,9%-i basdırılma və yandırılmaya yönəldilərək yalnız 6,1%-nin çeşidlənməyə qəbul edilməsi təmin olunub ki, bu da ASC-nin tərkibindəki Çeşidləmə zavodunun illik istehsal gücünün bir növbəli iş rejimi ilə 51,5%-nə, iki növbəli iş rejimi ilə 25,8%-nə bərabər olmaqla bərk məişət tullantılarının ekoloji və iqtisadi cəhətdən daha səmərəli və nəticəli zərərsizləşdirilməsi üsullarının üstünlük təşkil etmədiyini göstərib.
Bakı şəhərinin 8 rayonunu əhatə edən bərk məişət tullantılarının ilkin çeşidlənməsi üzrə pilot layihənin reallaşdırılması çərçivəsində “Təmiz Şəhər” ASC-yə ilkin çeşidlənmiş tullantı kimi (kağız, karton, plastik, şüşə və metal) təhvil verilmiş tullantıların həcmi ümumilikdə 99,5 min tona yaxın olmaqla Bakı şəhəri üzrə yığılmış bərk məişət tullantılarının ümumi miqdarına nisbəti 1,9%-ə bərabər olmuşdur ki, bu da ilkin çeşidlənmə prosesinin əhatə dairəsinin genişləndirilməsi və son nəticədə təhlükəsiz tullantıların timsalında dairəvi iqtisadiyyatın formalaşdırılması perspektivlərinin uzun müddət tələb etdiyini deməyə əsas verib.
“Balaxanı Bərk məişət tullantılarının yandırılması zavodunun 2013-2023-cü illərdəki fəaliyyəti müddətində yaranan (“Təmiz Şəhər” ASC-nin vasitəsi ilə) 363271,7 min manat məbləğində xərclərinin 120755,3 min manat məbləğində daxilolmalarını 3,0 dəfə üstələməsi, o cümlədən illik əməliyyat və texniki xidmət haqqı məbləğlərinin yüksək olması səbəbindən bərk məişət tullantılarının yandırılması ilə enerjiyə çevrilməsi üzrə 11 il ərzində aktiv fazada icra edilməkdə olan layihənin iqtisadi cəhətdən səmərəli və nəticəli olmadığını göstərmişdir.
“Təmiz Şəhər” ASC üzrə 1 ton təhlükəsiz tullantının çeşidlənməsindən əldə olunan vəsaitin miqdarının orta hesabla 55,9 manata, yandırılmasından əldə olunan vəsaitin miqdarının orta hesabla 21,7 manata bərabər olmaqla tullantıların zərərsizləşdirilməsində çeşidləmə üsulunun istər ekoloji, istərsə də iqtisadi səmərəliliyinin və nəticəliliyinin daha yüksək olduğunu göstərsə də Bakı şəhəri və digər regionlarda təhlükəsiz tullantıların idarə edilməsində çeşidləmə prosesi lazımi səviyyədə inkişaf etdirilməməklə çeşidlənmədən əldə edilə biləcək potensial gəlirlər reallaşdırılmamışdır ki, bu da “Təmiz Şəhər” ASC-nin, digər müvafiq regionlar üzrə isə yerli İH orqanlarının tabeli qurumlarının dövlət büdcəsinin vəsaitlərindən asılılıq səviyyəsinin yüksək olmasını şərtləndirən əsas amillər sırasındadır.
“Təmiz Şəhər” ASC tərəfindən tullantıların çeşidlənməsindən alınan təkrar istifadə materiallarından idarəedicisi olan Balaxanı Sənaye Parkının 2021-ci və 2022-ci illərdə yalnız 1, 2023-cü ildə isə yalnız 3 rezidenti üzrə olmaqla ümumilikdə 2140,9 ton miqdarında təkrar istifadə materialları (PET, tullantı qida yağı, polietilen) satılmışdır ki, bu da təkrar istifadə materiallarının satışının ümumi miqdarına və əldə olunan ümumi vəsaitlərə nisbətdə, müvafiq olaraq 2021-ci ildə 13,9% və 20,4%, 2022-ci ildə 8,3% və 12,2%, 2023-cü ildə 8,5% və 12,7% təşkil etməklə Balaxanı Sənaye Parkının idarəedilməsinin səmərəliləşdirilməli olan tərəflərini göstərmişdir. Eyni zamanda, regionlardakı poliqonlarda çeşidlənmə fəaliyyətinin Bakı şəhərindən fərqli olaraq kustar üsulla aparılmasının müşahidə olunması nəzərə alınmaqla reallaşdırılmamış gəlir potensialının Sumqayıt şəhəri üzrə 23,0 mln. manata, Gəncə şəhəri üzrə 12,0 mln. manata, Yevlax şəhəri üzrə 1,9 mln. manata, Şirvan şəhəri üzrə 2,1 mln. manata, Mingəçevir şəhəri üzrə 2,0 mln. manata, Ağcabədi rayonu üzrə 763,8 min manata, Bərdə rayonu üzrə 1,9 mln. manata və Beyləqan rayonu üzrə 1,6 mln. manata yaxın olduğunu demək olar.
Ölkə üzrə tullantılarla bağlı fəaliyyətə dövlət nəzarətini həyata keçirən ETSN-nin tabeliyində 15 ildən çox fəaliyyət göstərməklə dayanıqlı yüksək rentabelliyə malik “Tullantıların İdarəetmə Mərkəzi” MMC tərəfindən təqdim edilmiş sənədlərə əsasən 2008-2023-cü illər ərzində qəbul edilmiş 106331,5 ton miqdarında istehsalat prosesində əmələ gələn təhlükəsiz tullantıların zərərsizləşdirilməsi poliqonda basdırılma üsulu ilə həyata keçirilmiş, mövcud maliyyə imkanları hesabına təhlükəsiz tullantıların çeşidlənməsi infrastrukturu yaradılmamış, dairəvi iqtisadiyyata keçidin nümunəvililiyi baxımından, eyni zamanda, ekoloji və iqtisadi cəhətdən daha səmərəli və nəticəli olan zərərsizləşdirilmə üsullarına üstünlük verilməyib.
Özəl audit təşkilatlarının hesabatları nəzərə alınmaqla “Təmiz Şəhər” ASC tərəfindən 2020-ci ildə 2,6 mln. manat, 2021-ci ildə 0,3 mln. manat və 2023-cü ildə 5,2 mln. manat məbləğində vəsaitlərin artıq ödənilməsi müəyyən edilmiş, artıq ödənilmiş həmin məbləğlərin, müvafiq olaraq növbəti illərdə Yandırılma zavodunun operatoru tərəfindən ASC-nin hesablaşma hesabına qaytarılmasına baxmayaraq dövlət büdcəsindən ayrılan subsidiya məbləğlərinin müvafiq həddlərdə azaldılması üçün aidiyyəti üzrə təşəbbüslər irəli sürülməmiş və dövlət büdcəsinin vəsaitlərinə qənaət edilməsi imkanlarından istifadə edilməmişdir.
Bakı ŞİH-nin 03.10.2013-cü il tarixli sərəncamı ilə Xəzər rayonu, Şüvəlan qəsəbəsinin cənub-şərq hissəsində köhnə daş karxanasının yaxınlığındakı 2,9 hektar torpaq sahəsinin ötürücü məntəqə və çeşidləmə xəttinin qurulması üçün “Təmiz Şəhər” ASC-nin daimi istifadəsinə verilməsi və “Şüvəlan bərk məişət tullantılarının yüklənmə-boşaltma məntəqəsinin layihə-smeta sənədlərinin hazırlanması işləri”nın satınalınması predmeti üzrə 292,6 min manat məbləğində bağlanmaqla yerinə yetirilmiş müqavilə üzrə hesablaşmaların aparılması şəraitində tikinti işlərinin başlanılması ilə əlaqədar ünvanlanmış məktuba cavab olaraq Bakı ŞİH tərəfindən (07.03.2023-cü il tarixli məktubla) sözügedən layihənin reallaşdırılması üçün digər sahənin müəyyənləşdirilməsi məsələsinə baxılması təklif edilmişdir ki, bu da təhlükəsiz tullantıların Bakı şəhəri üzrə zərərsizləşdirmə infrastrukturunun genişləndirilməsinin yubadılması ilə yanaşı dövlət vəsaitinin səmərəsiz xərclənməsini də şərtləndirmişdir.
Tikintisi aidiyyəti dövlət qurumları, o cümlədən Bakı ŞİH, eləcə də ETSN ilə müvafiq qaydada razılaşdırılması şəraitində “Təmiz Şəhər” ASC tərəfindən bağlanılaraq hesablaşmalar aparılmış satınalma müqavilələrinin predmetləri kimi təhlükəli tullantılar poliqonunun yerli və beynəlxalq standartlara uyğun layihə-smeta və digər sənədlərinin hazırlanmasından sonra ETSN tərəfindən (11.09.2023-cü il tarixli məktubla) Böyükşor gölünün mühafizə zonasında Təhlükəli Tullantılar Poliqonunun tikintisinin məqsədəuyğun olmadığı və alternativ variantların nəzərdən keçirilməsinin məqsədəuyğun hesab edildiyi bildirilmişdir ki, bu da müvafiq tullantıların Bakı şəhəri üzrə zərərsizləşdirmə infrastrukturunun genişləndirilməsinin yubadılması ilə yanaşı ümumilikdə 669,1 min manat məbləğində dövlət vəsaitinin də səmərəsiz xərclənməsini şərtləndirmişdir.
“Təmiz Şəhər” ASC tərəfindən təhlükəli tullantıların zərərsizləşdirilməsi fəaliyyətinin həyata keçirilməsi müvafiq qaydada razılaşdırılmadan “Təhlükəli tibbi tullantılarının sterilizasiyası avadanlığının alınması” predmeti üzrə 1,5 mln. manat məbləğində satınalma müqaviləsinin bağlanılmasına yol verilmiş və icra olunmuş ödənişin müqabilində 2 ədəd təhlükəli tibbi tullantıların sterilizasiyası avadanlığının alınmasına baxmayaraq quraşdırılması təmin edilməmişdir ki, bu da dövlət vəsaitlərinin hüquqi mandata uyğun olmayan istiqamətlərdə səmərəsiz və nəticəsiz xərclənməsi deməkdir.
“Təmiz Şəhər” ASC tərəfindən bağlanmış müqavilənin yerinə yetirilməsi çərçivəsində 949,9 min manat məbləğində dövlət vəsaitinin xərclənməsi müqabilində əldə edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində bərk tullantıların idarəetmə sisteminin qurulmasına dair tədbirlərin milli strategiyaya inteqrasiyası üçün idarəetmə strategiyası, texniki-iqtisadi qiymətləndirmə və regional investisiya planlarının hazırlanması layihəsi Regional Strategiya” adlı 348 səhifədən ibarət sənədin, o cümlədən həmin sənəddə əks etdirilmiş təklif və tövsiyyələrin praktiki tətbiqi məsələlərinə önəm verilməyək dövlət vəsaitlərindən səmərəsiz istifadə olunmasına yol verilmişdir.
Eyni zamanda, 278,8 min manat məbləğində dövlət vəsaitinin xərclənməsi müqabilində əldə edilmiş “Təmiz Şəhər” ASC-nin kommersiya, maliyyə, vergi və hüquq diaqnostikası” adlı sənədin ASC-nin fəaliyyətində praktiki olaraq tətbiq edilməsi cari auditlə toplanmış sübutlarla öz təsdiqini tapmamışdır.
Qeyd edək ki, “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasovdur.

Qafqazinfo

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

16-11-2024, 15:02

Lesli Adoqame: "Afrikada tullantıların yandırılması alternativ həllərlə əvəz edilməlidir"

Olay

24-11-2023, 17:54

Hacıqabul Rayon Polis Şöbəsində məişət tullantıların qalaqlanması faktı aşkar edilib

Cəmiyyət

22-11-2023, 16:54

Sabirabad rayonunda tullantıların qalaqlanması faktı aşkar edilib

Gündəm / Cəmiyyət

6-08-2024, 15:03

Binəqədiyə ÖZ EVİ kimi baxmayan başçının işini Eldar Əzizov da BƏYƏNMƏDİ - Bakı meriyasında XÜSUSİ MÜŞAVİRƏ

Gündəm / Araşdırma

30-10-2024, 18:22

Nərimanovda ətrafa səpələnən ZİBİLLƏR – Məişət tullantıları günlərdir niyə DAŞINMIR? – FOTO

Cəmiyyət

1-06-2024, 18:06

Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir

Cəmiyyət

12-11-2024, 12:31

Gəncədə şübhəli "Yaşıl şəhər” layihəsi - ARAŞDIRMA

Bölgə

14-07-2023, 19:12

Şamaxıda bələdiyyə sədri və ətraf mühiti çirkləndirənlər barəsində qanunamüvafiq tədbirlər görülüb FOTO

Gündəm / Cəmiyyət

12-02-2025, 11:14

Rafail Mehrəliyevin işçisi Cavanşir Alaverdizadənin 1 milyon manatdan çox.....

Cəmiyyət

13-08-2022, 15:41

Əvvəl necə idi, indi necədir...

İqtisadiyyat

2-09-2022, 12:01

“Qırmızı Ürəklər”200 kiloqrama yaxın batareya topladı

Cəmiyyət

14-10-2024, 20:02

732 minə quyu qazıb tullantıları basdıracaq...

Araşdırma
Yetkinlik yaşına çatmayanları cinayətə sövq edənlər həbs olundular - VİDEO
QHT-lərin qanunsuz medal fəaliyyəti üzrə cinayət işləri məhkəməyə göndərildi
"Oleq Bakinski"yə amnistiya aktı şamil olundu: Konstantin Kuçerin işinə baxılacaq
GDRK direktorundan Bakunews.az-a hədə: Susdurma cəhdi, qanunsuz təyinatlar və kollecdə boykot təhlükəsi ETN-i bunada susacaqsız ? VİDEOFAKT
Gəncə Dövlət Regional Kollecində “kəsir pulu” qalmaqalı: İllik təhsil haqqı artırılıb, rüşvət tələbi iddiaları davam edir
Pənah Babayevin Serviz oyunu fiaskoya uğradı - Azyaşlı uşaqların sağlamlığı təhlükə altındadı...? VİDEO
Hadisə
Dünən, 12:00
Yanıq xəsarəti alan kişi xəstəxanada öldü
Dünən, 11:00
Şəmkirdə maşın ağaca çırpıldı - Ölən var
17-01-2026, 16:28
Naxçıvanda avtobus avtomobillə toqquşub, xəsarət alanlar var
17-01-2026, 14:23
Zaqatalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib - YENİLƏNİB
17-01-2026, 12:52
Metronun "20 Yanvar" stansiyasının platformasında bir nəfər ölüb
15-01-2026, 09:44
Qaxda qəza - Ölən və xəsarət alan var
Xəbər lenti
  • Bu gün, 16:47
    İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldü
  • Bu gün, 16:41
    Məmurun əri həmin videosuna görə üzr istədi
  • Bu gün, 15:53
    Tramp bu dəvəti Putinə də etdi
  • Bu gün, 15:49
    Vəhdət Partiyası 20 yanvar şəhid ailələri ilə görüş keçirib - Onlar niyə milli qəhrəman olmadılar?
  • Bu gün, 15:42
    20 Yanvar Faciəsinin 36-cı ildönümündə Xətai rayonunda Şəhid Ailələri və Əlillərlə Tədbir Keçirilib
  • Bu gün, 15:37
    Prezidentlə xanımı İsveçrədədir - Fotolar
  • Bu gün, 15:26
    Bakıda 3 dərəcə şaxta olacaq
  • Bu gün, 15:16
    Azərbaycanda iqtisadi fəal əhalinin sayı açıqlanıb
  • Bu gün, 14:56
    Yasamalda DƏRƏ XƏLVƏT... TÜLKÜ BƏY... - Bir gecəyə obyekt tikdilər...
  • Bu gün, 14:35
    Azərbaycanda əhalinin sayı açıqlanıb
  • Bu gün, 14:24
    Elm və Təhsil Nazirliyində milyonlarla manatlıq maliyyə uyğunsuzluğu - Kim qaytaracaq?
  • Bu gün, 14:12
    Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilir
  • Bu gün, 14:05
    Reyddə sahibkara qarşı münasibət müzakirə yaratdı - Video
  • Bu gün, 13:44
    Ombudsman 20 Yanvarla bağlı bəyanat yayıb
  • Bu gün, 12:55
    Xəlil Göyüşova 29 milyonluq tender verilib
  • Bu gün, 12:31
    DİN-in şəxsi heyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - VİDEO
  • Bu gün, 11:55
    2 dəfə sökülüb, 3-cü dəfə tikilir – Binəqədidə işləyən neft quyusunun üstündə qanunsuz obyekt inşa olunur VİDEO
  • Bu gün, 11:35
    Sabah Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək
  • Bu gün, 11:26
    Rektor təyinatından sonra suallar artır: Texnologiya Universitetində nə baş verir?
  • Bu gün, 11:08
    Azərbaycan XİN İspaniyaya başsağlığı verib
  • Bu gün, 10:52
    “Appro Hospital”da 1 saatda 5 ölüm halı… “Xəstəxana deyil, qəssabxanadır” – Şikayət
  • Bu gün, 10:30
    Çörəkdən tam imtina etməyin hansı zərərləri var? – Mütəxəssislər XƏBƏRDARLIQ EDİR
  • Bu gün, 10:28
    Qəzza üçün Tramp Sülh Şurasına daimi üzv olan ölkələr 1 milyard dollar verməlidir
  • Bu gün, 10:22
    Güzdəkdə dağlar yarılır, qanunsuz gil daşınır: Elşən Ələkbərovu hansı məmur himayə edir?-Video
  • Bu gün, 10:06
    Baş nazir hüquqi şəxslərlə bağlı qərar imzaladı
  • Bu gün, 10:00
    İspaniyada qatarların relsdən çıxması nəticəsində ölənlərin sayı 21-ə çatıb - YENİLƏNİB
  • Bu gün, 09:47
    NƏSİMİ RAYONUNDA ZİRZƏMİLƏR DAĞDILIB, SƏKİLƏR QANUNSUZ ARTIRMALARIN QURBANINA ÇEVRİLİB - İH-DƏ SAHİBKARLARLA GİZLİ ANLAŞMALAR QURAN VƏZİFƏLİ ŞƏXS KİMDİR?
  • Bu gün, 09:34
    Keşləyə su gəlməyəcək - SƏBƏB
  • Bu gün, 09:30
    Zelenski: Rusiya Ukraynanın nüvə elektrik stansiyalarına zərər verməyə çalışır
  • Bu gün, 09:00
    Suriya prezidenti Almaniya kansleri ilə görüşü ləğv edib
  • Bu gün, 08:30
    Günün qoroskopu: risk etməmək daha yaxşıdır
  • Dünən, 21:14
    Xaçmazda olimpiada, amma suallar çoxdur… — FOTOFAKT
  • Dünən, 17:00
    Vitse-spiker: Azərbaycanla münasibətlər Gürcüstanın iqtisadi inkişafına zəmin yaradır
  • Dünən, 16:00
    Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
  • Dünən, 15:30
    FHN-dən qarlı havada axtarış-xilasetmə TƏLİMİ
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə