• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“Məzun Evi”nin atalı-analı yetimlərindən ibarət təxribatçı dəstə hələ də cəzasız qalıb

Cəmiyyət

9-06-2025, 15:56

“Məzun Evi”nin atalı-analı yetimlərindən ibarət təxribatçı dəstə hələ də cəzasız qalıb

Abşeron rayonu, Madsazır kəndi, Duz zavodu yolu, 2-ci yaşayış massivi, bina 3, blok 1, mənzil 11 də yaşayan Ramiz İbrahimzadə əslini Azərbaycan Respublikasının baş prokuroruna və daxili işlər nazirinə göndərdiyi ərizənin surətini “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ünvanlayaraq, ərizəsində ehtiva olunan məsələlərin ictimai əhəməyyətini vurğulayaraq, mediada işıqlandırılmasını xahiş etmişdir.

Ərizə müəllifi 5 aprel 2025-ci il tarixdə gözü ilə şahid olduğu hadisəni nəql edir: “Həmin tarixdə Abbasova Sevda Bayram qızı üç azyaşlı övladları ilə birgə musiqi məktəbinə gedən zaman Bikə adlı qonşu onun üzərinə hücum edərək ona əl-qol atıb vurdu, əlindəki mobil telefonunu sındırdı, dodağını əlindəki açara oxşayan ələtlə partlatdı. Sevda xanım Bikəyə “zəhmət olmasa, yanımdan uzaqlaş. Mən sizinlə heç bir söhbət eləmək istəmirəm” – deyirdi. Lakin Bikə onu təhqir edərək, azyaşlı uşaqlarının gözü qarşısında döydü. Mən bu hadisənin şahidi oldum. Hətta məni də küçə söyüşləri ilə təhqir etdi, şərəf və ləyaqətimi alçaldan şər və böhtanlar atdı. Bikə adlı bu şəxslə onun kimi bir neçə nəfər öyrədilmiş qadın və kişilər qonşuluqda Sevdanı uzun illərdir möhkəm incidirlər, hətta hamilə ikən vəhşicəsinə döymüşdülər. Lakin sahə inspektoru Orxan İsmayılov bu məsələyə səhlənkar yanaşmışdır. Sevdanı hamilə ikən döyən dəstənin cinayət əməllərini ört-basdır edərək, cinayətkarları cəzasız qoymuşdur. Vaxtında Abşeron polisi bu işə düzgün, obyektiv baxsaydı, bu qədər hadisə Sevda xanımın başına gəlməzdi. Sevdaya qarşı təxribat törədən dəstənin başçısı Novruzov Rəşad Əhliman oğludur. Rəşad işçisi olduğu Sosial Xidmətlər Agentliyindəki vəzifəsindən qovulmasın deyə binanın aşağısındakı çayxanada hər kəsi öyrədərək, söyüş qoyaraq bu qədər kütləni Sevdanın üstünə qaldırır. Bunların məqsədi Sevdanın yaşadığı mənzili onun əlindən almaqdır. İstəyirlər ki, Sevdanı üç azyaşlı uşağı ilə küçədə qoysunlar. Bu evlər sənədsiz verildiyi üçün sakinlər hər cür yola əl atırlar ki, Sevdaya dövlət tərəfindən verilən mənzil əlindən alınsın. Hətta bu dəstə Sevdanın həyat yoldaşını da ələ alaraq, onun vasitəsilə Sevdaya mənzili geri qaytarması üçün təzyiq göstərib. Onun yoldaşı isə “məni sosial şəbəkədə paylaşma” – deyərək acıqlanmışdır. Sosial şəbəkədə paylaşımı isə Atayev Habil adlı qonşu edib. Sevda xanımı da videoya çəkərək 5 min nəfərə yaxın izləyicisi olan “Tik-tok” hesabında canlı yayımda təhqir edib. Habil dəfələrlə belə hərəkət edərək həmin dəstənin təxribatında iştirak edib. Habil həmin təxribatçı çəkilişi 3 aprel 2025-ci il tarixdə Bakının Ziya Bünyadov prospektində, “Çinar Plaza” həndəvərində, Sosial Xidmətlər Agentliyinin həyətində törətmişdir”.

R.İbrahimzadə hüquq-mühafizə və cinayət təqibi orqanlarından haqqında bəhs etdiyi təxribatçı dəstənin başçısı Rəşad Novruzovun və Bikə adlı qadının məsuliyyətə cəlb olunmasını, məhkəmə qarşısına çıxarılmasını xahiş edir.

Xatırladaq ki, Sosial Xidmətlər Agentliyinin "Məzun evi" sosial xidmət müəssisəsinin bir qrup sakini Agentliyə müraciət edərək, müəssisənin digər bir qadın sakininin davranışlarından narazı olduqlarını bildirib, onun "Məzun evi"ndən çıxarılmasını xahiş ediblər.

Həmin "Məzun evi"ndə mənzillə təmin edilmiş imtiyazlı şəxsin həyat yoldaşı olub və nikahları pozulduğu zaman əri mənzili tərk edib, hazırda həmin mənzildə üç övladı ilə birgə yaşayır.

"Sakinlər Agentliyin rəhbər vəzifəli şəxsləri tərəfindən qəbul edilib, onlara müvafiq izahatlar verilib və profilaktik söhbət aparılıb, müraciətləri aidiyyəti üzrə müvafiq quruma göndərilib.

Qəbula gələn sakinlərdən bir qismi Agentliyin əməkdaşlarına qarşı təhqiramiz ifadələr işlədib, onlara qarşı kobud davranıb, hətta qurumun inzibati binasının qapılarını vurub sındırmağa çalışıblar. Bununla əlaqədar hüquq mühafizə orqanlarına müraciət olunub" , - Agentlikdən verilən məlumatda bildirilir.

Baş verən insidentlə bağlı iki nəfər saxlanılıb. 1992-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş G.H. və 1991-ci il təvəllüdlü, Hacıqabul rayon sakini D.F. polis əməkdaşları tərəfindən tutulublar.

Həmin şəxslərin saxlanılmasına səbəb agentliyin inzibati binasında səs-küy salmaları olub. Məlumata görə, 2025-ci il aprelin 3-də onlar Sosial Xidmətlər Agentliyinin binasına gələrək İdarə Heyətinin sədri Vüqar Behbudovla görüşmək istəyiblər. Görüş baş tutmadıqda G.H. və D.F. günün ikinci yarısında yüksək səslə danışaraq və işçilərə qarşı təhqiramiz ifadələr işlədərək narazılıqlarını bildiriblər.

Daha sonra onlar binanın qapısını dəfələrlə əllə döyərək hər hansı əməkdaşın diqqətini çəkməyə və onlara yaxınlaşmasına çalışıblar.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri üzrə protokol tərtib olunub. Məhkəmənin qərarı ilə G.H. və D.F. 8 sutka inzibati həbs cəzası alıblar.

Yeri gəlmişkən yada salaq ki, R.İbrahimzadənin haqq səsini ictimaiyyətə çatdırmaq üçün məhz “Korrupsiya və Qanun” qəzeti redaksiyasına üz tutması təsadüfi deyildir. Daimi oxucularımız bu mövzuda ötən il qəzetimizdə getmiş “Mehriban Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn “Məzun Evi” sosial layihəsini kimlər korrupsiya dalanına dirəyib” və “Məzun Evi”nin atalı-analı “yetimləri” sərlövhəli tənqidi məqalələri xatırlayarlar.

Ramiz İbrahimzadənin verdiyi məlumatlara əsasən hazırlanan həmin məqalələrdə yaşadığı binada baş verən qanun pozuntuları və digər neqativ hallarla bağlı şikayət etdiyi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun ona qarşı qanunsuz hərəkətlərindən, qüvvədə olan məhkəmə qərarlarını icra etməməsindən söz açılmışdı: Valideyn himayəsi olmadan internat məktəbində böyümüş gənclərdən Seymur Kazımlının qabağa verilməsi, nəhayətdə Seymurun özünün və vəd verdiyi yoldaşlarının aldadılması, Sosial Müəssisənin o vaxtkı müdiri Rüxsarə Axundovanın təklifinə inanan Seymur Kazımlının mənzil növbəsində olan və qabağa düşmək istəyən özü kimi kimsəsiz internat məzunlarından pul alıb, məmurlara ötürməsi, nəhayətdə isə aldadılmaları, 2019-cu ilin axırlarında Seymur Kazımlının həbs edilməsi, maraqlı vəzifəli şəxslərin, onların vasitəçi əlaltıları - “Məzun Evi” Sosial Müəssisəsinin keçmiş Rüxsarə Axundovanın, Əlil Uşaqlara Yardım İctimai Birliyinin sədri Validə Abbasova və başqalarının məhkəməyə təzyiqləri nəticəsində S.Kazımlının 2 saylı İstintaq Təcridxanasından azadlığa buraxılması və s. kimi məlumatlar oxucular tərəfindən maraqla qarşılanmışdı.

Qarşısında yaradılan müxtəlif süni bürokratik maneələrə baxmayaraq, məhkəmə çəkişməsi yolu ilə mənzillə təmin olunduğunu qeyd edən Ramiz İbrahimzadə DSMF-nin keçmiş Sosial təminat şöbəsinin müdiri, hazırki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun valideyn himayəsindən məhrum olmuş şəxslərin sənədlərini tam dolğun araşdırmadan onları mənzillə təmin etdiyini yazmış, qanunsuz olaraq mənzillə təmin olunan adamlardan Rəşad və Elşad Novruzov qardaşlarının da adlarını çəkmişdi. Həmçinin qeyd etmişdi ki, “Məzun Evi” Sosial Müəssisəsinin rəhbərliyi, binaların komendantı bəzi kimsəsizləri şərləyib guya “daxili intizam qaydalarını pozduqlarına görə” akt tərtib edib yaşadıqları mənzildən məhrum edir, sonra da həmin boşalmış mənzilləri satırlar. R.İbrahimzadə buna misal olaraq redaksiyaya “Məzun Evi” sakinləri sırasından Alıxanov Malik Cavad oğluna da verilmiş mənzilin onun həbsdə olduğu vaxt qanunsuz olaraq başqa adama verilməsini əks etdirən məlumatları təqdim etmişdir. Hərçənd, bu, ayrı söhbətin mövzusudur.

“Korrupsiya və Qanun” qəzeti

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

3-08-2022, 15:28

18 yaşlı kanadalı tələbə: “Sevinirəm ki, nəhayət, Şuşadayam”

Cəmiyyət

20-12-2024, 11:49

Zərərçəkmiş Xalid Kərimov Prezidentə müraciət edərək istintaq işinin nəzarətə götürülməsin xahiş edir

Gündəm / Cəmiyyət / Ölkə / Olay

17-05-2025, 01:40

Aldadılmış qadının ədalət axtarışı – Prezidentə və aidiyyəti qurumlara müraciət

Hadisə

3-06-2025, 20:59

Abşeronda "MƏZUN EVİ"ndə həbs həyatı yaşayan şəxsin evində yanğın baş verib FOTO/VİDEO

Gündəm / Təhsil

19-07-2023, 13:20

Yasamal rayonu Əhməd Bakixaov adina 6 nömrəli Uşaq Musiqi Məktəbinin direktor Sevda Rəhimovanın qanunsuz əməlləri

Şou-biznes

28-07-2022, 17:30

Sevdadan həyat yoldaşı ilə bağlı paylaşım - FOTO

Gündəm / Olay

29-06-2023, 15:40

“AzTV”nin əməkdaşlarını Fransada ölümlə hədələdilər: Silahlı dəstə xəsarət yetirib kameranı sındırdı - VİDEO

Hərbi

2-10-2023, 12:52

Vaqif Xaçatryanın cinayət işinə baxacaq hakimin kimliyi məlum olub

Hərbi

31-03-2025, 10:31

MN: Ermənistan tərəfinin təxribatçı cəhdlərinin qarşısı alınıb

Araşdırma / Olay

2-08-2023, 19:31

FHN-nin əndrabadi kadr siyasəti - Ramiz Mehdiyevin oğlu, Teymur Mehdiyev orda nə işlə məşğuldur?

Gündəm / Hadisə

2-11-2024, 12:32

Şabranda dörd yaşlı qızın dəhşətli ölümü - Təfərrüat

Gündəm / Cəmiyyət

10-08-2024, 14:29

Gözəlləşmək istədi, amma əvəzində... - GİLEY

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Dünən, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
11-10-2026, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
8-10-2026, 19:00
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - Yenilənib
8-10-2026, 16:55
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
6-10-2026, 17:41
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
6-10-2026, 09:38
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Xəbər lenti
  • Bu gün, 08:56
    Yasamal və Xətai rayonlarının bir hissəsində işıq olmayacaq
  • Dünən, 19:06
    Rusiya ordusu Donetsk vilayətində qəsəbəni "Smerç" raketləri ilə vurub, ölənlər var
  • Dünən, 18:54
    Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? - ARAŞDIRMA
  • Dünən, 18:33
    Bakıda "Ürək transplantasiyası həftəsi" keçiriləcək
  • Dünən, 18:18
    SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... - VƏ...
  • Dünən, 18:02
    Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Dünən, 17:46
    Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -İcra Hakimiyyətinin "qırmızı işığı"nda qalan sahibkarlar
  • Dünən, 17:37
    Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib
  • Dünən, 17:30
    Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları
  • Dünən, 16:19
    Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
  • Dünən, 16:09
    Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -Bir mənbədən satınalma metodunun tətbiqi ilə(?)!
  • Dünən, 15:46
    Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib
  • Dünən, 15:33
    Elşən Salahov əslində kimi cəzalandırmalı idi – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
  • Dünən, 15:21
    Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
  • Dünən, 15:02
    Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO
  • Dünən, 14:47
    Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq
  • Dünən, 14:27
    İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib
  • Dünən, 12:06
    Azərbaycan və Kamboca işçi qrupu yaradacaqlar
  • Dünən, 11:39
    Azərbaycan Prezidenti: Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir
  • Dünən, 11:32
    İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
  • Dünən, 11:22
    İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
  • Dünən, 11:11
    “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... - DƏMX hərəkətə keçdi
  • Dünən, 10:47
    Şahin Babayev: "Bakıdan Praqaya uçuşların sayının 14 % artacağı gözlənilir"
  • Dünən, 10:31
    Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? - AKTUAL
  • Dünən, 09:45
    BƏƏ Prezidentinin müşaviri Körfəz ölkələrini kollektiv təhlükəsizliyi gücləndirməyə çağırıb
  • Dünən, 09:33
    Cəlilabadın icra başçısı NƏ DÜŞÜNÜR? - HƏQİQƏTƏN DƏ...
  • Dünən, 09:06
    Biləsuvarda toyda bıçaqlanma olub
  • Dünən, 08:59
    1000 manatlıq yeməkdən qoxu gəlir, təmirsiz məktəb, qaytarılmayan pullar... - "Landau School"da BİABIRÇILQ
  • Dünən, 08:37
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • 11-10-2026, 17:52
    Müəllimlərdən dünyəvi məktəb mühitinə dəstək
  • 11-10-2026, 17:00
    Allahşükür Paşazadə niyə SUSUR?
  • 11-10-2026, 16:00
    Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var
  • 11-10-2026, 15:42
    Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
  • 11-10-2026, 15:00
    Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
  • 11-10-2026, 14:00
    FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə